Cəmiyyət (əvvəlki adı: Ninki) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Ninki kəndi Cəmiyyət kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmiyyət kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Cəmiyyət | |
---|---|
39°47′38″ şm. e. 46°53′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.058 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vaxtilə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını da dəyişdirib Ninki adlandırmışdılar. 1992-ci ildən yaşayış məntəqəsinin keçmiş adı bərpa edildi. Cəmiyyət ərəb dilində "birlik", "camaat", "yığın" deməkdir.[3]
Cəmiyyət kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
250 | Bağır xan məbədi[4] | XII əsr | Cəmiyyət kəndi | Memarlıq | Ölkə |
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | XXXX | XXXX | XXXX |
2009[6] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.