Dilağarda

DilağardaAzərbaycan Respublikasının Füzuli rayonunun Dilağarda kənd inzibati ərazi dairəsində kənd.[2]

Dilağarda
39°40′24″ şm. e. 47°08′35″ ş. u.HGYO
Ölkə
Rayon Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1918[1]
Xəritəni göstər/gizlə
Dilağarda xəritədə
Dilağarda
Dilağarda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1820-ci ildə Rusiyanın Cənubi Azərbaycandan köçürüb gətirdiyi tayfalardan (Qasımlı, Zərgər, Mahrızlı, Şahsevən) biri Dilaqarda adlanırdı. Bu el 600 ailədən ibarət olmaqla ondan əvvəl Talış bölgəsində və Cənubi Azərbaycanda maldarlıqla məşğul olurdu. Köçürülmüş tayfalardan 24 kənd yaranmışdı ki, onlardan üçü (Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda) Dilaqarda elinin adının eynidir.[3] Digər məlumatlara əsasən isə (Baharlının "Azərbaycan" kitabi) bu kənd Nizami Gəncəvinin dövründə Cənubi Azərbaycanın (İndiki İran İslam Respublikasının ərazinin bir hissəsi) eyni adlı kəndinin köçəri əhalisinin buralarda yerləşməsindən sonra yaranmışdır. Bu ərazilərə nisbətən Cənubi Azərbaycan daha isti olduğundan otlaq əraziləri tez quruyur. Nəticədə əhali öz mal-qarasını buraların münbit torpaqlarının yaşıllıqlarında otarmaq üşün ilin müəyyən dövrlərində buralara gətirirlərmiş. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823 ilə aid Qarabağ əyalətinin siyahıya alınmasına istinadən Dilağarda kəndi 20 tüstüdən ibarət olmuş, pul vergisi və başqa mükəlləfiyyətlər daşımışlar.[4] Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan müxtəlif illərdə aparılmış əhalinin, o cümlədən bəylərin, din xadimlərinin siyahıya alınması sənədlərinə istinadən Çar Rusiyası dövründə Dilağarda kəndi Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır.[4] Dilağarda da 1842, 1849, 1863, 1873, 1886 illərdə əhalinin siyahıya alınması aparılmışdır. Dilağarda da aparılmış 1842 il siyahıya alınması istisna olmaqla kişilərin adı ardıcıllıqla qeydə alınmış, qadınların yalnız sayı göstərilmişdir.[4] Dilağarda 1842 ildə 50 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 165 nəfərdən ibarət Dilağarda da 96 kişi, 69 qadın yaşamışdır. 1849 ildə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır. Aparılmış siyahıya alınmaya görə, 142 nəfər sakini olmuş Dilağarda 54 tüstüdən ibarət idi. 1863 ilin siyahıya alınma sənədinə istinadən əhalisinin ümumi sayı 354 nəfər olmaqla 79 tüstüdən ibarət Dilağarda da 181 kişi, 173 qadın yaşamışdır. 1873 ildə Dilağarda 89 tüstüdən ibarət olmuşdur. Dilağarda da əhalinin ümumi sayı 673 nəfər olmaqla 328 kişi, 345 qadın yaşamışdır. 1886 ilə aid əhalinin siyahıya alınmasına görə, 710 sakini olmuş Dilağarda 107 tüstüdən ibarət idi. Həmin ildə Dilağarda da 380 kişi, 330 qadın sakin yaşamışdır.[4] Dilağarda da müxtəlif illərdə bəylərin və din xadimlərinin, onların ailə üzvlərinin siyahıya alınması aparılmış, illərə görə yaşları göstərilmişdir. 1849-cu ildə Dilağarda da aparılmış bəylərin siyahıya alınmasına əsasən kənd 3 bəy ailəsi olmaqla 9 kişidən ibarət olmuşdur. 1863 ilə aid siyahıya alınmaya istinadən Dilağarda da 1 bəy ailəsi və onların ailə üzvləri yaşamışdır. 1886-cı ilin bəylərin siyahıya alınmasına görə, Dilağarda da 2 bəy, 1 din xadimi və 7 ailə üzvü yaşamışdır.[4] Dilağarda, Qobu Dilağarda, Araz Dilağarda kəndləri 1993 ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Dilağarda kəndi 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[5].

Köndələnçayın (Arazın qolu) sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim qaraqoyunlu tayfa ittifaqına daxil olan dilağarda tirəsinin adı ilə bağlıdır etnotoponimdir. Əsasən maldarlıqla məşğul olan dilağardalılar əvvəllər Cənubi Azərbaycan və Talış zonasında yaşayırdılar. Sonralar onların bir hissəsi Azərbaycanın şimalında məskunlaşmışdı. Yayı Talış silsiləsində, qışı isə Muğanda keçirən dilağardalılar Araz Dilağarda, Qobu Dilağarda kəndlərinin də bünövrəsini qoymuşlar.[6]

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

XVIII–XIX əsrlərdə Dilağarda kəndində Kazım bəy Ağahəsən bəy oğlu (1811–1880), oğlanları Muradxan bəy (1836–), Ağahəsən bəy (1851–), nəvələri Murtuza bəy (1866-–), Hacıağa bəy (1871–), Ağa bəy (1876–), Kazım bəy (1881–), Kamran bəy (1874–), qardaşı proporşik Hacıağa bəy (1824–1848), Lütfəli bəy Məhəmmədhəsən bəy oğlu (1812–), qardaşı Abdulla bəy (1819–) adlı bəylər yaşamışlar.[4] Əmirxan bəy Novruzxan bəy oğlu (1789–) Ağabəyim xanımla (1797–) ailə həyatı qurmuşdur. Onun Əbdülhüseyn bəy (1819–), Mirzəhüseyn bəy (1820–) adlı iki oğlu, Hüsnü xanım (1836–), Sənəm xanım (1836–) adlı iki qızı dünyaya gəlmişdir.[4] Molla Məmmədbağır Molla Musa (1813–), Molla Rza Əmirxan oğlu (1824–) Dilağarda kəndinin din xadimlərindən sayılmışlar.[4]

Kənddə işğal oluna qədər orta məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərmişdir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 13 km şimalda, Füzuli-Martuni şose yolundan 2 km Köndələnçayın (Arazın qolu) sol sahilindən 6 km aralı, Qarabağ silsiləsinin ətəyindədir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Üzümçülük, taxılçılıqheyvandarlıq kəndin iqtisadiyyatının əsasını təşkil edirdi.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  4. 1 2 3 4 5 6 7 8 Orxan Zakiroğlu (Baharlı). Qaraqoyunlular. I kitab. Bakı, 2015
  5. "Daha 23 kənd işğaldan azad edildi". report.az (az.). 9 noktyabr 2020. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  6. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  • Orxan Zakiroğlu (Baharlı). Qaraqoyunlular. I kitab. Bakı, 2015

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]