Təzəkənd (Zəngibasar)

Təzəkənd və ya Tatar Təzəkəndi - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[2]

kənd
Təzəkənd
40°05′55″ şm. e. 44°28′05″ ş. u.
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 8,8 km²
Mərkəzin hündürlüyü 912,5 ± 43,5 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 8.376 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 6 km məsafədə, İrəvan şəhərinin cənub-şərqində, Buğut dağının ətəyində yerləşir. Kəndin adı sonralar Təzəkənd kimi rəsmiləşdirilmişdir[3][4]. Qafqazın 5 verstlik xəritəsində Təzəkənd kimi[5] qeyd edilmişdir. Zəngibasar rayonu təşkil edilənədək, 14 yanvar 1969-cu ilə kimi Eçmiədzin rayonunun tabeliyində olmuşdur.

Toponim XIX əsrdə «azərbaycanlı» sözünün sinonimi kimi işlənən tatar etnonimi ilə Təzəkənd («təzə» yeni, «kənd» yaşayış məntəqəsi mənası ifadə edir) oykoniminin birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı erməni dilinə kalka edilərək Tazagyuğ (kyuğ erməni dilində kənd deməkdir) qoyulmuşdur.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 10 noyabr 1970-ci il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək Ayntap adlandırılmışdır.

Kənddə 1897-ci ildə 224 nəfər, 1914-cü ildə 75 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış və azərbaycanlılar deportasiya olunmuşdur. 1918-1919-cu illərdə Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Kınddə hazırda ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (18311931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62
  4. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.235
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.235
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62-63, 138-139