Sarıcalar (Zəngibasar)

Sarıcalarİrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur.[1][2]

kənd
Sarıcalar
39°59′06″ şm. e. 44°25′56″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Sarıcalar xəritədə
Sarıcalar
Sarıcalar

Rayon mərkəzindən 8 km cənub-qərbdə, Zəngi çayının yanında yerləşirdi. Zəngibasar rayonu yaradılanadək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Saracalar formasında verilir[4]. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Sarucalar kimidir[5][6]. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. 1588-ci ilə aid mənbədə Qarabağda qışlayan bir el Sarıcalı adlanırdı[7] [167]. XIX əsrin əvvəllərində Qarabağda yaşayan tayfalardan biri Sarıcalı idi[8] Mənşəcə bu tayfa Əfşarlara məxsusdur.

Toponim sarıcalılar türk tayfasının adı[9][10] əsasında yaranmışdır. "Sarıcalı tayfasına mənsub yer" mənasını ifadə cdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kənddə 1831-ci ildə 107 nəfər, 1873-cü ildə 354 nəfər, 1886-cı ildə 440 nəfər, 1897-ci ildə 460 nəfər, 1904-cü ildə 638 nəfər, 1914-cü ildə 811 nəfər yalnız azərbaycanlı yaşamışdır[11]. 1918-ci ildə kənd sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 207 nəfər, 1926-cı ildə 224 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır[11]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kəndin sakinləri 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından çıxarılıb Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. Kəndin ərazisi Həbilkəndə (Kalinin adına qəsəbə) birləşdirilimişdir.[12]

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852. .
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.218
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.50
  5. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996. .
  6. Гордлевский В.А. Сочинения, том. Ш. .
  7. Kirzioqlu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancak lari; “ulus” ve “oymakleri”. Sevic matbaasi. Ankara, 1979. .
  8. Зубарев Д.Е. Карабахская провинция. Обозрение. ч. III. Спб., 1836. .
  9. Mir Mehdi Xəzani. Kitabi-tarixi — Qarabağ, "Qarabağ- namələr", II kitab, Bakı, "Yazıçı", 1991. s.104–105
  10. Mirzəyev H. Əyər, Azaderek//Azadyer kəndləri, "Filologiya məsələlərinə dair tematik toplu", 2001, № 6. s.14
  11. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.50–51, 130–131
  12. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Сарыҹалар // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.