Mikloş Radnoti (orijinal adı Mikloş Qlatter; 5 may 1909[1][2], Budapeşt – 9 noyabr 1944[2], 10 noyabr 1944 və ya 6 noyabr 1944[3]) — macar müəllim və şair.
Mikloş Radnoti | |
---|---|
mac. Radnóti Miklós | |
Doğum adı | Glatter Miklós |
Doğum tarixi | 5 may 1909[1][2] |
Doğum yeri | Budapeşt, Avstriya-Macarıstan |
Vəfat tarixi | 9 noyabr 1944[2] (35 yaşında), 10 noyabr 1944 (35 yaşında) və ya 6 noyabr 1944[3] (35 yaşında) |
Vəfat yeri | Abda, Macarıstan |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Həyat yoldaşı | Fanni Darmati |
Təhsili | Seqed Universiteti |
Fəaliyyəti | şair, yazıçı, tərcüməçi |
Əsərlərinin dili | Macar dili |
Mikloş Radnoti Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Mikloş Radnoti Budapeştdəki Brück & Grosz tekstil şirkətinin sahibinin övladı idi. Doğuş zamanı əkiz qardaşı ölü doğulmuşdu. Bir müddət sonra anası vəfat etmişdi. Uşaqlıq illərini xalasının ailəsi ilə birlikdə keçirmişdi.
Radnoti ibtidai və orta təhsilini doğulduğu şəhərdə almış və 1927-28-ci illərdən başlayaraq Liberetsdəki tekstil sənayesi üçün açılan ali məktəbdə təhsilini davam etdirmişdi. Daha sonra isə 1930-a qədər tanınmış tekstil şirkətində kommersiya müxbiri olaraq çalışmışdı. Sonda isə başqa bir təhsil arzusunda olan Radnoti Seqed Universitetində fəlsəfə, macar və fransız dillərini öyrənməyə başladı.
1934-cü ildə “Marqit Kaffkanın bədii inkişafı” adlı fəlsəfi doktorluq dissertasiyasını müdafiə etdi. Təhsilini tamamladıqdan sonra babasının doğulduğu şəhərin adına uyğyn olaraq adını Radnoti olaraq dəyişdi. 1935-ci ilin avqust ayında Darmati mətbəə evinin sahibinin qızı olan Fenni (1912-2004) ilə ailə həyatı qurdu. Xoşbəxt keçən evlilik həyatlarında təəssüf ki, onun deportasiyasına qədər övlad sahibi olmadılar. 1935-36-cı illərdə Budapeştdəki Jiqmond Kemen gimnaziyasında müəllim kimi ilk peşə təcrübəsini qazandı.
1940-cı ilin sentyabr ayından dekabr ayına kimi və ikinci dəfə isə 1942-ci ilin iyulun 1943-cü ilin aprelinə kimi Macarıstan ordusunun yəhudi əmək batalyonuna çağırıldı. 1943-cü ilin 2 mayında həyat yoldaşı ilə birlikdə yəhudi inancını dəyişərək katolik oldular. 1944-cü ilin may ayında Radnotinin üçüncü hərbi xidməti başladı və onun batalyonu Serbiyanın Bor şəhərinə deportasiya edildi. 1943-cü ildən sonra macar-yəhudi birləşmiş qüvvələrinin muzdlu işçiləri Almaniyanın müharibə sənayesinin mis ehtiyacının yüzdə əllisini əhatə edən Bor mis mədənləri yaxınlığında həbs edildi.
1944-cü ilin noyabr ayında Radnoti və digər 20 məhbus fiziki və zehni olaraq gücdən düşdükləri üçün Macarıstan Qvardiyası tərəfindən güllələndilər. Onun dəqiq öldürülmə tarixi haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi mənbələrdə ölüm tarixi 6-10 noyabr arası göstərilir. Macarıstan Elmlər Akademiyasının 2009-cu ildə təşkil etdiyi elmi sərgidə ölüm tarixi kimi 4 noyabr göstərilmişdir. Bu gün Sentkiralsabadyadan Abdaya yol təxminən 1 saat 30 dəqiqədir. Radnoti həyat yoldaşı ilə birlikdə Kerepeşi məzarlığında dəfn edilmişdir. 2013-cü ildə onun Abdadakı heykəli zədələndi, lakin zərərin səbəbi hələ dəqiqləşdirilməmişdir.[5][6][7][8][9][10][11][12]