Mikloş Zrini

Mikloş Zrini (3 may 1620[1][2], Çakoveç[1]18 noyabr 1664[3][4][…], Kurşaneç[d], mac. Zrínyi Miklós) — macarxorvat əsilli əsgər, dövlət xadimi, şair.

Mikloş Zrini
mac. Zrínyi Miklós
Şəxsi məlumatlar
Doğum tarixi 3 may 1620(1620-05-03)[1][2]
Doğum yeri
Vəfat tarixi 18 noyabr 1664(1664-11-18)[3][4][…] (44 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı, siyasətçi, hərbi qulluqçu
Atası Yuray V Zrinski[d]
Həyat yoldaşları
  • Mariya Euzebiya Draskoviç[d],
  • Mariya Sofiya Löbl[d]
Uşağı
  • Adam Zrinski[d]
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikloş Zrini 5 yanvar 1620-ci ildə dünyaya gəlmişdir. Doğum yeri barədə müxtəlif fikirlər mövcuddur. Ehtimal olunur ki, Çakoveçdə doğulmuşdur. Onun atası Kral II Ferdinandın sadiq adamlarında olan xorvat hakimi IV Mikloş Zrini, anası isə macar əsilzadəsi Maqdolna Seç olmuşdur. Mikloş Zrininin uşaqlığı Çakoveçde keçmişdi. Çox kiçik yaşda anasını itirdikdən sonra atası, Qabor Betlenə qarşı döyüşdə xəstələnib həyatını itirdi (1626). Mikloş Zrini 1628de qardaşı Piter Zrini ilə birlikdə Qrazdaki Sizvit məktəbinə göndərildi. 1633te təhsilinə Vyanada və Nadsombatda davam edən Zrini  artıq 6 dildə danışa, 8 dildə oxuya bilirdi.1636-cı ildə o, qardaşı ilə birlikdə kral tərəfindən təhsil almaqları üçün İtaliyaya göndərildi. Onların İtaliya səyahətləri 8 ay davam etdi. Mikloş Zrini burada qədim dövr əsərlərini və Roma İmperiyasının tarixini öyrəndi,eləcə də Papa VIII Urban ilə görüşdü. Səyahətinin böyük hissəsini Venesiyada keçirən Zrini Venesiyadakı həyatdan, opera, teatr və musiqidən çox təsirlənmişdi. Zrininin diqqətini daha çox müasir İtalyan ədəbiyyatı çəkirdi. Bu səyahət onun öz məşhur kitabxanasını yaratmasında böyük rola malikdir. İtaliyadan qayıtdıqdan sonra torpaqlarının və mülklərinin rəhbərlik edən şair, Çaktorniya qalasını möhkəmləndirdi. Burada nadir əsərləri toplayaraq yeni bir kolleksiya və kitabxana hazırladı və qalanı mədəniyyət mərkəzinə çevirdi. Bundan başqa Zrini Osmanlı hücumlarının qarşısısnı almaq üçün yeni bir ordu təşkil etdi və digər torpaq sahibləri ilə birlikdə hərbi düşərgələr yaratdı.

Osmanlılarla mübarizə

[redaktə | mənbəni redaktə et]

Mikloş Zrini  1640-ci ildə Leqrad və Muraköz ordularının komandiri təyin edilmişdi. Onun rəhbərliyində  Osmanlı torpaqlarına basqınlar təşkil edilirdi. Bu səbəbdən osmanlılar sülhün şərtlərinin pozulması və təşkil ediən hücumlar haqqında Vyanaya şikayət məktubları göndərmişdilər. Osmanlılarla münasibətlərin korlanmasını istəməyən kran Zrini qardaşlarını Vyana Sarayına dəvət edərək, sərt şəkildə xəbərdarlıq etmişdi [5]. Lakin Zrinilər Vyanadan gələn əmrləri heçə sayaraq osmanlılara qarsı apardıqları mübarizəyə davam etdilər. Onlar bildirirdilər ki, Macar xalqının yox olmaması üçün osmanlılarla mübarizə aparmaq lazımdı. Tezliklə kral, Zrini və əsgərlərini İsveçlilərə qarşı döyüşmək üçün Avstriya ordusuna qoşulmağa çağırdı.

İştirak etdiyi döyüşlər

[redaktə | mənbəni redaktə et]

Zrini, 1643-cü ildə istəksiz halda da olsa "Otuzillik müharibə"yə qoşuldu. Nəticə də döyüşlərdə göztərdiyi fallığa görə kral tərəfindən mayor rütbəsinə yüksəldildi. Bundan başqa o, macar və xorvat əsgərlərinin komandiri təyin edilmişdir. Müharibədən sonra Zrini öz topaqlarına geri qayıdır. (1644)

1644-cü ildə Zrini I Dyördi Rakoçinin başlatdığı istiqlal müharibəsində macarlara qarşı döyüşmüşdür [6].

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zrini 1646-cı il 20 oktyabrda Zala bölgəsini hakimi təyin edildi. O, 1648-ci ilin aprel ayına qədər bölgənin işləri ilə məşğul olmuşdur. Zrini 1646-47-ci illərdə məclisdə iştirak etmiş, 1647-ci ildə isə kral tərəfindən Xorvat banı təyin edilmişdir. O 1653-cü ilə qədər Böyük vali olmaq üçün əlləşsə də, istəyinə nail ola bilmədi. Onun bu məqsədinin arxasındakı əsas səbəb isə "Müstəqil Macarıstan" xəyalını həyata keçirmək idi. Məqsədi baş tutmadıqda Zrini çalışdı ki, II Dyördi Rakoçinin Macarıstan kralı seçilməsinə nail olsun. Lakin Rakoçinin icazəsiz hücumları nəticəsində osmanlılar 1658-ci ildə Transilvaniya hücum etdilər. Növbəti hədəfin Macarıstan olduğunu başa düşən Zrini Vyana ilə münasibətləri yoluna qoymağa çalışdı. Zrini 1661-ci ildə Kanije qalasını inşa etdirməyə başladı. Osmanlılar Vyana qarşına qoyduğu şərtlərdən biri də bu qalanın inşasını dayandırmaq idi. Buna baxmayaraq Zrini Vyananın qadağalarına məhəl qoymadı və inşaatı tamamlamağa müvəffəq oldu. 1662-ci ildə Vyana tərəfdarı katoliklərlə Macarıstanın müstəqilliyinin tərəfdarı olan protestantlar arasında münasibətlər gərginləşdi. Zrini dini inancına görə katolik olsa da bu münaqişə də protestantlardan tərəf oldu. Nəticə də katoliklər Zriniyə qarşı cəbhədə birləşdilər.  Osmanlı ordusunun Macarıstana hücumu zamanı Zrini macar qüvvələrinin komandiri təyin edildi .O, 1663-cü ildə baş vermiş döyüşdə Osmanlı qoşunlarını məğlub etdi və osmanlılar geri çəkilmək məcburiyyətində qaldılar. Müvəffəqiyyətlərinə baxmayaraq Zrini tezliklə vəzifəsindən kənarlaşdırıldı. Lakin o, 1664-cü ildə yenidən qoşun toplayaraq osmanlı üzərinə qış səfərinə başladı. Səfər zamanı strateji əhəmiyyətli Esek körpüsünü dağıdan Zrini səfərdən sonra bütün Avropada qəhrəman olaraq tanındı. Tezliklə Kanije qalasına çatan Zrini və qoşunları burada məğlub edildilər və qala türklər tərəfindən dağıdıldı. 1 iyul 1664-cü ildə Zrini Vyanaya yola düşdü. Buna səbəb Kanije qalasının müdafiəsi zamanı ona kömək göndərilməməsi idi. Vyana rəhbərliyi bütün zərərlərini qarşılayaraq Zrinini Varad generalı təyin edəcəkləri barədə ona söz verdilər. Lakin tezliklə Zrininin Fransa, Papalıq və Venesiya ilə əlaqələrinin meydana çıxması bu qərarın dəyişməsinə səbəb oldu. Zrininin daha da güclənməsini istəməyən Vyana onu general təyin etməkdən imtina etdi və kral əmr etdi ki, o dərhal Macarıstana geri qayıtsın. Vasvar müqaviləsi ilə Zrini osmanlılara qarşı kömək almaq məqsədilə Fransaya müraciət etsə bu istəyi reallaşmadan vəfat etmişdir.

  1. 1 2 3 4 Matrikula (mac.). MACSE. ISSN 2063-0077
  2. 1 2 Brozović D., Ladan T. Nikola VII. Zrinski // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Miklos Zrinyi // Encyclopædia Britannica (ing.).
  5. "Zrínyi Miklós, gróf". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.
  6. "Miklós Zrínyi HUNGARIAN STATESMAN AND POET". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.