Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası — Azərbaycan Respublikası Prezidentinin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edən rəsmi qurum. Administrasiyaya ümumi rəhbərliyi isə ölkə prezidenti həyata keçirir.[1]
Prezident Administrasiyası | |
---|---|
| |
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 18 may 1990 |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Ünvan | İstiqlaliyyət küçəsi 19, Səbail rayonu, Bakı |
Rəhbərlik | |
Rəhbər | Samir Nuriyev |
Rəsmi saytı | president.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir.[2] Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir.[1]
Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.[1]
Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.[1]
Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.[1]
Administrasiyaya ümumi rəhbərliyi Azərbaycan Respublikası Prezidenti həyata keçirir.[1]
Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir.[1] Hal-hazırda administrasiyaya Samir Nuriyev rəhbərlik edir.
Azərbaycan Prezidentinin Administrasiyasına 16 şöbə daxildir.[3] Həmin 16 şöbə rəisindən 7-i həm də Prezidentin köməkçisidir.[3] Həmin 7 nəfərdən başqa Prezidentin Katibliyinin rəisi də Prezidentin köməkçisidir.[3] 2 nəfər isə sadəcə Azərbaycan Prezidentinin köməkçisi vəzifəsini tutur.[3]
Vəzifə | Vəzifəni icra edən |
---|---|
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri | Samir Nuriyev |
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi | Altay Həsənov |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi | Cəmilə Abbasova |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi | Anar Ələkbərov |
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi | Xalid Əhədov |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri | Kərəm Həsənov |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri | Zeynal Nağdəliyev |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri | Andrey Sipilin |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri | Fuad Ələsgərov |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri | Hikmət Hacıyev |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri | Şahmar Mövsümov |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri | Natiq Əmirov |
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi | Azər Qasımov |
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi | Arif Səmədov |
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri | Tələt Məcidov |
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri | Yusuf Məmmədəliyev |
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri | Fərəh Əliyeva |
Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri | Gündüz Kərimov |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri | Fərid Seyidov |
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri | |
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri | Ədalət Vəliyev |
Sənəd dövriyyəsi şöbəsinin müdiri | |
Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri | Süleyman İsmayılov |
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi | Elçin Əmirbəyov |
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi | Xələf Xələfov |
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi | Fuad Nəcəfli |
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi | Aydın Kərimov |
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi | Emin Hüseynov |
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi | Vahid Hacıyev |
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi | Məsim Məmmədov |
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi | Elçin Yusubov |
Administrasiya Azərbaycan Respublikasının Prezident sarayında – Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 19 ünvanında yerləşir.[4]