Bitərəflər fraksiyası — — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri.[1]
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Bitərəflər fraksiyası | |
---|---|
Quruluş tarixi | 7 dekabr 1918 |
Dağılma tarixi | 27 aprel 1920 |
Parlamentdə |
3 / 120 (27 aprel 1920) |
Hökumətdə |
1 / 15 (24 dekabr 1920) |
1919-cu ilin oktyabr ayınadək 12 nəfər parlament üzvü fraksiyaya daxil idi:
1919-cu ilin oktyabr ayından sonra 4 nəfər parlament üzvü fraksiyaya daxil idi:
1919 ilin oktyabrında fraksiyada parçalanma baş verdi. 8 nəfərdən ibarət böyük əksəriyyət — Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəlil bəy Sultanov, Yusif Əhmədzadə, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev və Ağa Aşurov Müsavat fraksiyası ilə birləşərək Parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar.[2] Müsavatla birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. "Bitərəflər" fraksiyasından ayrılmış 4 nəfər — Əhməd bəy Ağaoğlu, Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov isə müstəqil olaraq yenidən bitərəflər qrupunu yaratdılar.[2]