Amenhotep

Exnaton, IV Amenhotep, IV Amenofis (e. ə. XIV əsr, Tebene.ə. 1336) — Misirin Qədim dövrünə aid XVIII sülalənin IX fironu.

Qədim Misir fironu
Exnaton
Sülalə XVIII sülalə
Tarixi dövr Yeni padşahlıq, On səkkizincı sülalə
Atası III Amenofis
Anası Tiya
Arvadı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IV Amenhotep (e.ə.1372–1354) atası III Amenhotepin ölümündən sonra Misirdə XVIII sülalənin IX fironu olmuşdur. Bu dövrdə Misirdə hakim inanc baş Tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlayarkən mütləq kahinlərin öncəgörmələrinə və fikirlərinə qulaq verirdilər. IV Amenhotep Amon-Ra tanrısına pərəstişlə sıx bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir. Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə və qədim əyanlara zərbə endirdi, sonra isə Aton tanrısının kultunu elan etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki Tel-əl-Amarna şəhərciyi) köçürdü. Firon IV Amenhotep Exnaton adını aldı.

Aton tanrısına həsr etdiyi şeiri

[redaktə | mənbəni redaktə et]

Ey parıltını sübh çağı yayan,

Nur Aton həyat verən

Hər gün şərqdən peyda olursan

Hər yerə işıq saçırsan…[1]

Genetik faktlar

[redaktə | mənbəni redaktə et]

Genetik kod DNT müayinəsinə əsaslanaraq[2]:

 
 
Yuya (KV 46)
1113 615 2227 2934 610 1222 912 2025
 
Tuya (KV 46)
912 1013 1926 2635 1113 819 712 2426
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
III Amenofis (KV 35)
1016 615 1627 2534 813 1622 69 2331
 
Tiya (KV 46 EL)
1112 1015 2226 2629 611 1922 912 2026
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Exnaton (KV 55)
1012 1515 1626 2934 1113 1619 912 2023
 
Naməlum (KV 35 YL)
1012 610 1626 2529 811 1619 612 2023
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tutanxamon (KV 62)
1012 1015 1626 2934 813 1919 612 2323
 
Naməlun (KV 21 A)
1016 xx x26 x35 8x 10x x12 23x

Naməlun (KV 21 B)
10x xx 1726 xx 1113 xx x12 xx
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Naməlum uşaq (KV 62)
1216 1013 16x 29x 8x x19 x12 23x
Naməlum uşaq (KV 62)
10x 615 x26 2935 813 1019 x12 23x
 


Dini islahatları

[redaktə | mənbəni redaktə et]

IV Amenhotep e.ə. 1366-cı ildə Fiva şəhərini (burada Amona sitayiş güclü idi) tərk edir və indiki Tel əl-Amarna şəhərində yeni ibadət mərkəzi yaradır. Yeni inancın şərəfinə həmin mərkəzi Axetaton, yəni "Günəş üfiqi" adlandırır. Öz ismini- Amenhotepi (mənası "Amon məmnundur") dəyişdirərək Exnaton- "Günəşə sərfəli" qoyur. Firon Exnatonla yanaşı, onun ailə üzvləri və saray əyanları da adlarını dəyişirlər və getdikcə Atona inam geniş əhatə dairəsi təşkil edir.

Beləliklə, firon Exnaton 41 yaşında ikən minillik Misir inancını kökündən dəyişərək Tanrının bir olduğunu, həmçinin təkcə Misirin deyil, bütün kainatın yaradıcısı olduğunu bildirir. Bütpərəstliklə mübarizə aparan Exnaton Amon məbədini bağlatdıraraq yerinə "Gematon" ("Atonu tapdıq") adlı başqa bir məbəd inşa etdirir. Köhnə məbədlərdən fərqli olaraq Aton məbədləri tavansız tikilir. Xalqın fironları Tanrı səviyyəsinə yüksəltmələrinə qarşı çıxan Exnaton dini mərasimlərdə bütün xalqın gözü qarşısında ailəsi ilə birgə iştirak etməyə başlayır. Getdikcə Atona daha çox bağlanan Extanon yaradıcıya şeirlər həsr etməyə başlayır: "Aton, gündüz kimi işıqlı Aton. Gözlərimiz sənə baxır və səni görür. Sən mənim qəlbimdəsən, lakin səni tanımaq istəmirlər. Sadəcə mən, sənin qulun Exnaton səni tanıyır. Onlara axtarma gücü ver. Sənin gücün, sənin planın sonsuzdur. Dünya sənə aiddir və sənindir. Çünki onu sən yaratdın…"

Exnatonun dini islahatı insanların dini, mədəni, əxlaqi həyatında mühüm dəyişikliklərə səbəb olur yeni əxlaqi keyfiyyətlər formalaşır:

· Məbədlərə girməzdən qabaq əllər və ayaqlar müəyyən bir rituala əməl olunaraq yuyulur

· Yaşlı insan yanlarına gəldikdə gənclər ayağa qalxırlar

· Yaxınlıq əlaqəsindən sonra mütləq yuyunulur

· Məbədə girərkən pişiklərə və itlərə toxunulmamamlıdır, əgər toxunularsa əllər, ayaqlar və üz yuyulmalıdır

· Bütlər qadağan edilir

· Donuz əti yasaqlanır

· Dini adət olaraq heyvan qurban kəsilir

· Ölən insan üçün dəfn mərasimi keçirilir

· Ruhun varlığına, ölümdən sonra həyata inam güclənir

Artıq bu dövrdən etibarən fironların rəsmləri ilahi formada deyil, olduğu kimi çəkilir. Lakin Exnaton firon olsa da, hakimiyyəti baş naib və baş kahin Ay, ordu komandanı Horemheb, xəzinədar Mayla birlikdə edirdi. O, zəhərlənərək öldürülür.

Haşiyə: Məşhur yazar Bob Brier "Tutanxamon cinayəti" adlı əsərində Exnatonun ölümünün üzündə çıxan bir çiban nəticəsində olmasını qeyd edir. Ondan sonra hakimiyyətə gələn oğlu Tutanxaton atasının əzablı şəkildə ölməsini Amonun qəzəbinə bağlayır və adını dəyişərək (Tutanxamon) qoyur və yenidən əski inanca qayıdır və paytaxtı Memfisə köçürür. Fəqət onun da hakimiyyəti uzun sürmür, kahin Ay tərəfindən hazırlanan sui-qəsd planına əsasən sərt bir cisimlə başından vurularaq öldürülür. Bu hadisələrdəm sonra Exnatonun nəslindən olanların bəzilərinin adları məbədlərdən silinir. Tutanxamonu öldürtdükdən sonra heç bir varis olmadığınından kahin Ay şahzadə ilə evlənir və Misir adətinə görə hakimiyyət ona keçir. Lakin ordu komandanı Horemheb onu devirərək taxt-taca sahib olur.

Exnatonun ölümündən sonra Axetaton şəhəri yerlə yeksən edilir və onun adı lənətlənmiş firon kimi tarixə düşür. Təsadüfi deyil ki, ən çirkin firon heykəli də ona məxsusdur. Exnatonun qəbrində aparılmış tədqiqatlar onu göstərir ki, burada heç bir mumiyalama prosesi olmayıb və çox güman ki, tək Tanrı Atonun əmrinə əsasən torpağa basdırılmışdır.

Bütün bu olayları nəzərdən keçirdikdə maraqlı sual ortaya çıxır: Minillik inancı kökündən dəyişərək yalnız günəşə inamı yaratmaqda Exnatonun məqsədi nə idi? Burada bir sıra ehtimallar mümkündür və bu haqda Ziqmund Freyd başda olmaqla bir sıra tədqiqatçılar araşdırma aparmışlar:

1. Firon Exnaton hakimiyyətin idarə edilməsində nüfuz sahibi olan Amon kahinlərinin mövqeyini sarsıtmaq və onları hakimiyyətdən uzaqlaşdırmaq istəyirdi. Buna görə də kahinlərin hakimiyyət rıçaqlarını əllərindən almaq qərarına gəlir. Fikrimizcə, bu yanlışdır. Çünki Exnaton hakimiyyətə gələrkən 10 yaşı var idi və atası III Amenhotep ona ucsuz-bucaqsız imperiya miras qoymuşdu. Təbii ki, kahinlərə qarşı çıxmaqdansa Exnatonun onların dəstəyi ilə öz hakimiyyətini saxlaması daha düzgün addım olardı.

2. Həqiqətən Exnaton müəyyən biliklərə sahib idi və mövcud inancın yanlışlığını anlayaraq, onun hakimiyyətindən 300 il əvvəl Misirə monoteist inancı gətirən Həzrəti Yusif peyğəmbərin təbliğatını davam etdirmək istəyirdi. Hansı ki, Quranda bu barədə deyilir: "Ey mənim iki zindan yoldaşım! Ayrı-aryı tanrılar yaxşıdır, yoxsa bir olan, qadir olan Allah. Qeyri-ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların çoxu bilməz!" ("Yusif"-39–40) Çünki digər yazılan şeirlərdə də Aton yer üzündəki həyatın mənbəyi, bütün dövlətlərin və xalqların yaradıcısıdır: "Sən zamanınn gedişini təyin etmisən, -qışı yaratmısan ki, şumlanmış yer sərinləşsin; sən uzaq göyləri yaratmısan ki, oradan doğasan, yaratdığın hər şey səni görsün. Sən vahidsən, sən öz surətində zühur edirsən, ey canlı, parlaq, işıqlı Aton, uzaq və yaxın Aton! Sən özündən özünəbənzər milyonları yaratmısan… Sən səmaya qalxdığın zaman Yer üzü işıqlanır; sən günəş diski kimi işıq saçırsan, səxavətlə sən öz şüalarını yayaraq zülməti qovursan və hər iki dünya oyanır, sevinclə ayağa qalxır…"

3. Qeyd etdik ki, 18-ci sülalənin 8-ci fironu III Amenhotepin hakimiyyəti dönəmində Misir geniş bir əraziyə sahib idi və işğal olunan ərazilərdə bir sıra tanrılara inam mövcud idi. Məhz Exnaton bu fərqlilikləri aradan qaldırmaq və imperiya daxilində yaşayan bütün xalqları bir Tanrı kölgəsi altında birləşdirmək üçün vahid bir Tanrı seçir və bütün xalqlarda günəşə inam güclü olduğu üçün Atona üstünlük verilir.

4. Firon Exnaton son dərəcə romantik və şair təbiətli bir şəxsiyyət olub və Misir ədəbiyyatında "Aton himnləri" ona məxsusdur. Buna görə də qadınına hədsiz məhəbbətlə bağlanan Exnaton üçün arvadı Nefertiti tək idi. Tək bir qadına sevgiylə bağlanan Exnaton üçün kainatın yaradıcısı da tək olmalı idi.

5. Firon Exnaton bir peyğəmbər idi. İlk baxışdan qəribə görünsə də, tədqiqatçılar bu versiyanı da irəli sürüblər. Çünki ilk baxışdan peyğəmbər dedikdə sadə, asketik həyat sürən, kasıb bir insan göz önünə gəlir. Lakin unutmayaq ki, peyğəmbər hesab edilənlərin içərisində padşahlara da rast gəlinir. Yəni İsrail padşahlarından (David və Solomon) peyğəmbər ola bilərsə, Misir fironlarından da kiminsə peyğəmbər olması heç də mümkünsüz görünməməlidir. Yəhudi əsilli fransız tədqiqatçıları Messod və Rocer Sabbah firon Exnatonun İbrahim peyğəmbərlə eyni şəxsiyyət olması fikrini ortaya atıblar. Lakin ən maraqlı tədqiqat Ziqmund Freydə məxsusdur və o bu barədə "Musa və monoteizm" adlı kitab yazıb. Freydə görə əslində Musa yəhudi deyil, milliyətcə misirli olub və əslində Musa firon Exnatonun özüdür. Digər tədqiqatçılara görə isə, Həzrəti Musa Axetaton şəhəri salındıqdan sonra buradakı Aton məbədində rahib olub və Axetatonun dağıdılmasından sonra Misirdə yaşayan israilliləri öz tərəfinə çəkərək onlara yeni bir din gətirdiyini bildirir və onları Misirdən çıxarır. Bu çıxış dini kitablarda özünəməxsus rəvayətlərlə əks olunub. Lakin tezliklə israillilər xəyanətkar çıxırlar və yenidən öz əski inanclarına qayıdırlar və Musanı da öldürürlər. Digər bir araşdırmaya görə isə kahin Ay hakimiyyətə gəldikdən sonra Axetatonda yaşayan və Atona ibadət edən əhalini sürügn edir və Musa ilə Misirdən çıxan xalq elə Axetatonun əhalisidir.

  1. Documentary film. Secrets of the mummies
  2. National Geographic, Schätze aus Ägypten, Collector`s Edition № 1 Seite Tutanchamun 91, redaktion: Juan Velasco Amanda Hobbs und Lawson Parker. Quellen: Zahi Hawass, Altertümerverwaltung, Ägypten, Carsten, Pusch, Eberhard Karls, Universität Tübingen 2010  (alm.)