Cəyirçay - Kürün sağ qoludur. Şəmkir rayonundan axır.
Cəyirçay | |
---|---|
azərb. Cəyirçay | |
Ölkə | Azərbaycan |
Rayon | |
Mənbəyi | Şahdağ |
• Yüksəkliyi | 860 m |
Mənsəbi | Kür çayı |
Uzunluğu | 58 km |
Su sistemi | Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 326 km² |
Uzunluğu 58 km, hövzəsinin sahəsi 326 km²-dir. Başlanğıcını Şahdağ silsiləsinin şərq ətəyindən (860 m) alır. Başlıca qolları, soldan Slavyanka (uzunluğu 8 km), Xarxar (uzunluğu 7 km), Artəpə (uzunluğu 18 km) çaylarıdır.
Axımı yağış (65%), yeraltı (27%), qismən.də qar (8%) sularından əmələ gəlir. Çayın orta illik su sərfi 0,75 kub m/san-dir. Bunun da 45%-i yaz, 30%-i yay, 15%-i payız, 10%-i isə qış fəslində keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) illik axımının 15%-i axıdılır. Orta illik asılı gətirmələr sərfi 0;14 kq/san, lillənməsi isə 185 q/kub m-dır.
Cayirçaydan suvarmada, enerketikada geniş istifadə edilir. Çardaxlı kəndi yaxınlığında çayın üzərində HES tikilmişdir.