Sos — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdı.
Sos | |
---|---|
39°42′46″ şm. e. 47°00′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 675 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlinir.[3]
Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilmişdir. İrəvan əyalətinin Göyçə mahalında Sos, Laçın rayonunda Sus və Sus-Zabuq, Qax rayonunda Suskənd, Şahbuz rayonunda Sələ-Sus, Ordubad rayonunda Nüsnüs kəndində Susdərə, Kəlbəcər rayonunda Susuzluq və başqa adlar ilə mənaca eynidir. Bu adlar iki cür izah oluna bilər:
Sos kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
240 | Alban məbədi[4] | IV əsr | Sos kəndi | Memarlıq | Ölkə |
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | XXXX | XXXX | XXXX |
2009[6] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.