Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd.[2]
Balıqlı | |
---|---|
41°05′34″ şm. e. 43°39′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.030 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə[4][5] -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur[6]. XIII əsrə aid mənbədə Balak[7], 1728-ci ilə aid arxiv sənədində İrəvan əyalətinin Dərələyəz nahiyəsində Balaklı kimi qeyd olunmuşdur[8][9]. Ehtimal ki, gətirilmə addır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində və Kaqızman dairəsində Balıqlı adlı üç kənd vardı[10]. Balıqlı kənd adları qədim türk mənşəli Balkalı tayfasının (noqaylarda, özbəklərdə, qazaxlarda və qaraqalpaqlarda bu tayfa barədə bax: "Ономастика Кирйизяии, I Фриунзе, 1985 с.93) adındandır.
Kənddə 1886-cı ildə 205, 1897-ci ildə 326, 1908-ci ildə 372 nəfər, 1914-cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır[11]. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş və bir hissəsi qətlə yetirilmişdir. Kəndin əhalisi Türkiyəyə pənah aparmışdır. 1920-ci ilin noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulmuş və sabitlik yaranmışdır. Kəndin sakinləri ata-baba torpaqlarına qayıtmışdır. Burada 1922-ci ildə 107, 1926-cı ildə 178, 1931-ci ildə 205[12], 1964-cü ildə 300, 1970-ci ildə 440, 1979-cu ildə 472[13], 1987-ci ildə 432 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. 1988-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür. Onlar Azərbaycana pənah gətirmişlər. İndi burada ermənilər yaşayır[6].