Xalac (erm. Խալաջ; hal-hazırkı adı: Atçanan; erm. Աճանան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması.
Tarixi Zəngəzur mahalı əraziləri | |
Xalac | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə |
Mərz: Sünik mərzi Rayon: Qafan rayonu (1930-1995) |
İnzibati mərkəz | Qafan |
İndiki adı | Atçanan (erm. Աճանան) |
Sahəsi | 7,64 km² |
Əhalisi | 154[1] (2010) |
Əhali sıxlığı | 20 nəf./km² |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Xalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, ındi Qafan rayonunda kənd.[2]
Rayon mərkəzindən şimal-şərqdə Xalacçayın sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim xalac qədim türk tayfasının adı[4][5] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1831-ci ildə 23 nəfər, 1873 - cü ildə 34 nəfər, 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 329 nəfər, 1904 - cü ildə 319 nəfər, 1914 - cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar[7]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 114 nəfər[6], 1939-cu ildə 780 nəfər[8] azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən deportasiya olunublar. İndi burada ermənilər yaşayır.