Yenikənd su anbarı | |
Yenikənd SES | |
40°55′46″ şm. e. 46°14′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşməsi | Azərbaycan, Samux |
Sahəsi | 23,2 m² |
Həcmi | 0,158 m³ |
Yenikənd su anbarı Vikianbarda |
Yenikənd su anbarı — Şəmkir su anbarından 14 km aşağıda elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilmişdir.
Anbarın ümumi həcmi 158 mln. m³, faydalı həcmi isə 136 mln. m³-dir. Anbarın bəndində ümumi gücü 150 min.kvt olan 4 aqreqat quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda onlardan 112,5 min. kvt gücündə 3 aqreqat istismara verilmişdir. Anbarın suyu ilə Qarasaqqal arx kanalı vasitəsilə Samux rayonunun 6 min hektar torpaq sahəsi su ilə təmin edilir[1].
Yenikənd su anbarının da ixtiofaunası Kür çayının əsasında formalaşdırılmışdır. Bu su anbarı Şəmkir və Mingəçevir su anbarlarının arasında yerləşdiyindən onun faunasının tərkibində bəzi balıqlar (xramulya, zərdəpər) azlıq təşkil edir. Yenikənd su anbarının ilk illərində orada 16 növ balıq qeyd edilmişdir, onların 10 növü vətəgə əhəmiyyətli (çapaq, külmə, çəki, şəmayı, sıf, xramulya, zərdəpər, naxa, ağamur, dabanbalığı), 6 növü isə (yastıqarın, zaqafqaziya və kür gümüşcəsi, kür qumlaqçası, çılpaqca və iriboğaz xul) qeyri vətəgə balıqlarıdır. Su anbarında miqdarına görə birinci yeri çapaq və dabanbalıqları, sonrakı yerləri külmə, şəmayı və sıf balıqları tutur. Digər balıqlar su anbarında azlıq təşkil edirlər.