1996 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1996; fr. Concours Eurovision de la chanson 1996) — sayca 41-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Secret Garden" qrupunun ifa etdikləri "Nocturne" adlı mahnı ilə 1995 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1996-cı ildə Norveç ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Norveçin paytaxtı Oslo şəhərində "Oslo Spektrum" arenasında keçirilmişdir. Müsabiqə 1996-cı ilin 18 may tarixində baş tutmuşdur.
1996 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 18 may 1996 |
Aparıcı(lar) | İnqvild Brin Morten Harket |
Kanal | NRK |
Keçirilən yer | Oslo Spektrum, Oslo, Norveç |
Qalib mahnı | İrlandiya "The Voice" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 23 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Estoniya Finlandiya İsveçrə Niderland Slovakiya |
İştirakdan imtina edən ölkələr | Almaniya Danimarka İsrail Macarıstan Rusiya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1995 1997 ► |
1996-cı ildə Avroviziyada iştiraka maraqlı 29 ölkənin (ev sahibini çıxmaq şərti ilə) olmasına baxmayaraq, müsabiqənin yayım vaxtı sadəcə 23 ölkənin iştirakına imkan verirdi. Avropa Yayımlar Birliyi uyğun sayda ölkənin iştirakını təmin etmək məqsədilə müsabiqədən öncə seçim turu təşkil etmişdi. Müsabiqədə iştirak etmək üçün 29 ölkə öz mahnılarını Avropa Yayımlar Birliyinə audio şəklində təqdim etmişdi və AYB Osloda keçirilən müsabiqədə iştirak üçün 22 mahnı seçmişdir. Geriyə qalan 7 ölkənin (Almaniya, Danimarka, İsrail, Macarıstan, Makedoniya, Rumıniya və Rusiya) isə müsabiqədə iştirakı baş tutmamışdır. Keçirilən seçim turu nəticəsində bir illik fasilədən sonra Estoniya, Finlandiya, İsveçrə, Niderland və Slovakiyanın müsabiqəyə geri dönüşünə şərait yaradılmışdır. Bənzər seçim turu sonuncu dəfə 1993-cü ildə 7 ölkə arasında keçirilmişdir.
23 ölkənin iştirak etdiyi Avroviziya 1996-da İrlandiya təmsilçisi Eymar Kuinn ifa etdiyi "The Voice" adlı mahnı ilə qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 1994-cü ildə Pol Harrinqton və Çarli MakQettiqan duetinin təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə ümumilikdə yeddinci qələbəsi idi.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Türkiyə | Türkcə | Şəbnəm Paker | "Beşinci Mevsim" | Beşinci fəsil | 12 | 57 |
02 | Böyük Britaniya | İngiliscə | Cina C | "Ooh Aah... Just a Little Bit" | Sadəcə biraz | 8 | 77 |
03 | İspaniya | İspanca | Antonio Karbonell | "¡Ay, qué deseo!" | Oh, nə xəyal! | 20 | 17 |
04 | Portuqaliya | Portuqalca | Lusiya Monis | "O meu coração não tem cor" | Mənim qəlbim rəngsizdir | 6 | 92 |
05 | Kipr | Yunanca | Konstantinos | "Mono gia mas" (Μόνο για μας) | Sadəcə bizim üçün | 9 | 72 |
06 | Malta | İngiliscə | Miriam Kristin | "In a Woman's Heart" | Qadının qəlbində | 10 | 68 |
07 | Xorvatiya | Xorvatca | Maya Blaqdan | "Sveta ljubav" | Müqəddəs sevgi | 4 | 98 |
08 | Avstriya | Almanca | Corc Nussbaumer | "Weil's dr guat got" | Çünki sənə xoşdur | 10 | 68 |
09 | İsveçrə | Fransızca | Kati Leander | "Mon cœur l'aime" | Mənim qəlbim onu sevir | 16 | 22 |
10 | Yunanıstan | Yunanca | Marianna Efstratiu | "Emis forame to himona anixiatika" (Εμείς φοράμε το χειμώνα ανοιξιάτικα) |
Biz yaz geyimlərini qışda geyinirik | 14 | 36 |
11 | Estoniya | Estonca | Maarya-Liis İlus və İvo Linna | "Kaelakee hääl" | Boyunbağının səsi | 5 | 94 |
12 | Norveç | Norveçcə | Elizabet Andreassen | "I evighet" | Sonsuzadək | 2 | 114 |
13 | Fransa | Bretonca | Dan Ar Braz və l'Héritage des Celtes | "Diwanit Bugale" | İnkişaf edin, uşaqlar | 19 | 18 |
14 | Sloveniya | Slovencə | Reqina | "Dan najlepših sanj" | Ən gözəl arzunun günü | 21 | 16 |
15 | Niderland | Niderlandca | Maksin və Franklin Braun | "De eerste keer" | Birinci dəfə | 7 | 78 |
16 | Belçika | Niderlandca | Lisa del Bo | "Liefde is een kaartspel" | Sevgi bir kart oyunudur | 16 | 22 |
17 | İrlandiya | İngiliscə | Eymar Kuinn | "The Voice" | Səs | 1 | 162 |
18 | Finlandiya | Fincə | Yasmin | "Niin kaunis on taivas" | Səma necə də gözəldir | 23 | 9 |
19 | İslandiya | İslandca | Anna Myöll | "Sjúbídú" | Şubi-du | 13 | 51 |
20 | Polşa | Polyakca | Kasya Kovalska | "Chcę znać swój grzech..." | Günahımın nə olduğunu bilmək istəyirəm | 15 | 31 |
21 | Bosniya və Herseqovina | Boşnakca | Amila Qlamoçak | "Za našu ljubav" | Bizim sevgimiz üçün | 22 | 13 |
22 | Slovakiya | Slovakca | Marsel Palonder | "Kým nás máš" | Sən bizə sahibkən | 18 | 19 |
23 | İsveç | İsveçcə | One More Time | "Den vilda" | Vəhşi | 3 | 100 |