1997 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1997; fr. Concours Eurovision de la chanson 1997) — sayca 42-ci Avroviziya Mahnı Müsabiqəsidir. Eymar Kuinnin ifa etdiyi "The Voice" adlı mahnının 1996 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1997-ci ildə İrlandiya yeddinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində "Point Theatre" zalında keçirilmişdir. Müsabiqə 1997-ci ilin 3 may tarixində baş tutmuşdur.
1997 Avroviziya Mahnı Müsabiqəsi | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Final | 3 may 1997 | |||||||||||||||
Aparıcı(lar) | Keri Krouli Ronan Kitinq | |||||||||||||||
Kanal | RTÉ | |||||||||||||||
Keçirilən yer | Point Theatre, Dublin, İrlandiya | |||||||||||||||
Qalib mahnı | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti və ya SMS səsverməsi ən çox səs toplayan on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi | |||||||||||||||
İştirakçıların sayı | 25 | |||||||||||||||
İlk dəfə iştirak edən ölkələr | Olmayıb | |||||||||||||||
Yenidən iştirak edən ölkələr | Almaniya Danimarka İtaliya Macarıstan Rusiya | |||||||||||||||
İştirakdan imtina edən ölkələr | Belçika Finlandiya Slovakiya | |||||||||||||||
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| ||||||||||||||||
Avroviziya Mahnı Müsabiqəsi | ||||||||||||||||
◄ 1996 1998 ► |
Avroviziya 1996-da müsabiqədə iştirak üçün keçirilən seçim turu bir neçə ölkənin etirazına səbəb olduğu üçün 1997-ci ildə Avropa Yayımlar Birliyi həmin seçim turunun təşkil edilməməsi qərarına gəldi. Belə ki, Avroviziyada son dörd ildə ən aşağı nəticə göstərən üç ölkə Belçika, Finlandiya və Slovakiya AYB-nin qərarı ilə Dublində keçirilən müsabiqədən kənarlaşdırıldı. Bu ölkələri müsabiqədə Almaniya, Danimarka, Macarıstan və Rusiya əvəz etdi. Eyni zamanda İtaliya üç illik fasilədən sonra müsabiqəyə geri döndü. Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1997-də Böyük Britaniya təmsilçiləri Katrina and The Waves pop-rok qrupu ifa etdikləri "Love Shine a Light" adlı mahnı ilə müsabiqənin qalibi seçildilər. Bu sonuncu dəfə Avroviziyada 1981-ci ildə Bucks Fizz qrupunun təmsilində qalibiyyət əldə etmiş Böyük Britaniyanın müsabiqədə ümumilikdə beşinci qələbəsi idi.
1997-ci ildə Avroviziyada ilk dəfə SMS səsverməsi tətbiq olunmuşdu.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Kipr | Yunanca | Hara və Andreas Konstantinu | "Mana mou" (Μάνα μου) | Vətənim | 5 | 98 |
02 | Türkiyə | Türkcə | Şəbnəm Paker və Etnik qrupu | "Dinle" | Qulaq as | 3 | 121 |
03 | Norveç | Norveçcə, İngiliscə | Tor Endresen | "San Francisco" | San Fransisko | 24 | 0 |
04 | Avstriya | Almanca, İngiliscə | Bettina Zoriat | "One Step" | Bir addım | 21 | 12 |
05 | İrlandiya | İngiliscə | Mark Roberts | "Mysterious Woman" | Sirli qadın | 2 | 157 |
06 | Sloveniya | Slovencə | Tanya Ribiç | "Zbudi se" | Oyan | 10 | 60 |
07 | İsveçrə | İtalyanca | Barbara Berta | "Dentro di me" | İçimdə | 22 | 5 |
08 | Niderland | Niderlandca | Mrs. Einstein | "Niemand heeft nog tijd" | Artıq heç kəsin vaxtı yoxdur | 22 | 5 |
09 | İtaliya | İtalyanca | Jalisse | "Fiumi di parole" | Sözlərin axar çayı | 4 | 114 |
10 | İspaniya | İspanca | Markos Yunas | "Sin rencor" | Kinsiz | 6 | 96 |
11 | Almaniya | Almanca | Bianka Şomburq | "Zeit" | Zaman | 18 | 22 |
12 | Polşa | Polyakca | Anna Maria Jopek | "Ale jestem" | Amma varam | 11 | 54 |
13 | Estoniya | Estonca | Maarya-Liis İlus | "Keelatud maa" | Qadağan olunmuş yer | 8 | 82 |
14 | Bosniya və Herseqovina | Boşnakca | Alma Çarciç | "Goodbye" | Sağ ol | 18 | 22 |
15 | Portuqaliya | Portuqalca | Seliya Louson | "Antes do adeus" | Vidalaşmadan öncə | 24 | 0 |
16 | İsveç | İsveçcə | Blond | "Bara hon älskar mig" | Əgər o yalnız məni sevirsə | 14 | 36 |
17 | Yunanıstan | Yunanca | Marianna Zorba | "Horepse" (Χόρεψε) | Rəqs | 12 | 39 |
18 | Malta | İngiliscə | Debbi Şerri | "Let Me Fly" | İzin ver uçum | 9 | 66 |
19 | Macarıstan | Macarca | V.I.P. | "Miért kell, hogy elmenj?" | Niyə getməlisən? | 12 | 39 |
20 | Rusiya | Rusca | Alla Puqaçova | "Primadonna" (Примадонна) | - | 15 | 33 |
21 | Danimarka | Danca | Köley Kay | "Stemmen i mit liv" | Həyatımdakı səs | 16 | 25 |
22 | Fransa | Fransızca | Fanni | "Sentiments songes" | Arzunun hissləri | 7 | 95 |
23 | Xorvatiya | Xorvatca | E.N.I. | "Probudi me" | Oyandır məni | 17 | 24 |
24 | Böyük Britaniya | İngiliscə | Katrina and the Waves | "Love Shine a Light" | Sevgi işıq saçır | 1 | 227 |
25 | İslandiya | İslandca | Paul Ouskar | "Minn hinsti dans" | Mənim sonuncu rəqsim | 20 | 18 |