İspaniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1961-ci ildə qoşulmuş və ümumilikdə 59 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqəyə qoşulduğu ildən indiyədək fasiləsiz olaraq hər il Avroviziyada iştirak etmişdir. 1999-cu ildən etibarən İspaniya Almaniya, Böyük Britaniya, İtaliya və Fransa ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır.
İspaniya Avroviziyada iştirak etdiyi illər ərzində iki dəfə qələbə qazanmışdır. Ölkə ilk dəfə 1968-ci ildə Massielin ifa etdiyi "La, la, la" mahnısı ilə Avroviziyada qalibiyyət əldə etmişdir. Növbəti 1969-cu ildə İspaniya Salomenin səsləndirdiyi "Vivo cantando" mahnısı ilə ikinci dəfə Avroviziyada qələbə qazanmışdır. Lakin həmin müsabiqədə İspaniya təmsilçisi ilə yanaşı həm də Böyük Britaniya, Fransa və Niderland təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi və nəticə olaraq, gecənin sonunda dörd ölkənin hər biri müsabiqənin qalibi elan edilmişdir.
İspaniya Avroviziyada dörd dəfə ikinci (1971, 1973, 1979 və 1995-ci illərdə) və bir dəfə üçüncü (1984-cü ildə) yeri tutmuşdur. Bundan başqa ölkə üç dəfə sıfır xalla və ümumilikdə beş dəfə müsabiqədə sonuncu yerdə qərarlaşmışdır.
1961 | İspanca | Konçita Bautista | "Estando contigo" | 9 | 8 | ||
1962 | İspanca | Viktor Balaqer | "Llámame" | 13 | 0 | ||
1963 | İspanca | Xose Qardiola | "Algo prodigioso" | 12 | 2 | ||
1964 | İspanca | Nelli, Tim və Toni | "Caracola" | 1 | |||
1965 | İspanca | Konçita Bautista | "Qué bueno, qué bueno" | 15 | 0 | ||
1966 | İspanca | Rafael | "Yo soy aquél" | 7 | 9 | ||
1967 | "Hablemos del amor" | 6 | |||||
1968 | İspanca | Massiel | "La, la, la" | 1 | 29 | ||
1969 | İspanca | Salome | "Vivo cantando" | 18 | |||
1970 | İspanca | Xulio İqlesias | "Gwendolyne" | 4 | 8 | ||
1971 | İspanca | Karina | "En un mundo nuevo" | 2 | 116 | ||
1972 | İspanca | Xaime Mori | "Amanece" | 10 | 83 | ||
1973 | İspanca | Mocedades | "Eres tú" | 2 | 125 | ||
1974 | İspanca | Peret | "Canta y sé feliz" | 9 | 10 | ||
1975 | İspanca | Serxio və Estibalis | "Tú volverás" | 10 | 53 | ||
1976 | İspanca | Braulio | "Sobran las palabras" | 16 | 11 | ||
1977 | İspanca | Miki | "Enséñame a cantar" | 9 | 52 | ||
1978 | İspanca, Fransızca | Xose Veles | "Bailemos un vals" | 65 | |||
1979 | İspanca | Betti Missieqo | "Su canción" | 2 | 116 | ||
1980 | İspanca | Triqo Limpio | "Quédate esta noche" | 12 | 38 | ||
1981 | İspanca | Basçelli | "Y sólo tú" | 14 | 38 | ||
1982 | İspanca | Lusiya | "Él" | 10 | 52 | ||
1983 | İspanca | Remedios Amaya | "¿Quién maneja mi barca?" | 19 | 0 | ||
1984 | İspanca | Bravo | "Lady, Lady" | 3 | 106 | ||
1985 | İspanca | Paloma San Basilio | "La fiesta terminó" | 14 | 36 | ||
1986 | İspanca | Cadillac | "Valentino" | 10 | 51 | ||
1987 | İspanca | Patrisiya Kraus | "No estás solo" | 19 | 10 | ||
1988 | İspanca | La Década Prodigiosa | "La chica que yo quiero" | 11 | 58 | ||
1989 | İspanca | Nina | "Nacida para amar" | 6 | 88 | ||
1990 | İspanca | Azúcar Moreno | "Bandido" | 5 | 96 | ||
1991 | İspanca | Serxio Dalma | "Bailar pegados" | 4 | 119 | ||
1992 | İspanca | Serafin Zubiri | "Todo esto es la música" | 14 | 37 | ||
1993 | İspanca | Eva Santamariya | "Hombres" | 11 | 58 | ||
1994 | İspanca | Alexandro Abad | "Ella no es ella" | 18 | 17 | ||
1995 | İspanca | Anabel Konde | "Vuelve conmigo" | 2 | 119 | ||
1996 | İspanca | Antonio Karbonell | "¡Ay, qué deseo!" | 20 | 17 | 14 | 43 |
1997 | İspanca | Markos Yunas | "Sin rencor" | 6 | 96 | ||
1998 | İspanca | Mikel Hersoq | "¿Qué voy a hacer sin ti?" | 16 | 21 | ||
1999 | İspanca | Lidiya | "No quiero escuchar" | 23 | 1 | ||
2000 | İspanca | Serafin Zubiri | "Colgado de un sueño" | 18 | 18 | ||
2001 | İspanca | David Sivera | "Dile que la quiero" | 6 | 76 | ||
2002 | İspanca, İngiliscə | Rosa | "Europe's Living a Celebration" | 7 | 81 | ||
2003 | İspanca | Bet | "Dime" | 8 | |||
2004 | İspanca | Ramon | "Para llenarme de ti" | 10 | 87 | ||
2005 | İspanca | Son de Sol | "Brujería" | 21 | 28 | ||
2006 | İspanca | Las Ketchup | "Un Blodymary" | 21 | 18 | ||
2007 | İspanca, İngiliscə | D'NASH | "I Love You Mi Vida" | 20 | 43 | ||
2008 | İspanca, İngiliscə | Rodolfo Çikilikuatre | "Baila el Chiki-chiki" | 16 | 55 | ||
2009 | İspanca, İngiliscə | Soraya Arnelas | "La noche es para mí" | 24 | 23 | ||
2010 | İspanca | Daniel Dixes | "Algo pequeñito" | 15 | 68 | ||
2011 | İspanca | Lusiya Peres | "Que me quiten lo bailao" | 23 | 50 | ||
2012 | İspanca | Pastora Soler | "Quédate conmigo" | 10 | 97 | ||
2013 | İspanca, İngiliscə | El Sueño De Morfeo | "Contigo Hasta El Final" | 25 | 8 | ||
2014 | İngiliscə, İspanca | Rut Lorenso | "Dancing in the Rain" | 10 | 74 | ||
2015 | İspanca | Edurne | "Amanecer" | 21 | 15 | ||
2016 | İngiliscə | Barei | "Say Yay!" | 22 | 77 | ||
2017 | İspanca, İngiliscə | Manel Navarro | "Do It for Your Lover" | 26 | 5 | ||
2018 | İspanca | Alfred və Amaya | "Tu canción" | 23 | 61 | ||
2019 | İspanca | Miki | "La venda" | 22 | 54 | ||
2020 | İspanca | Blas Kanto | Universo |
İspaniyanın ən çox xal verdiyi ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Almaniya | 237 |
2 | İtaliya | 216 |
3 | Portuqaliya | 178 |
4 | Böyük Britaniya | 155 |
5 | İrlandiya | 152 |
İspaniyanın ən çox xal aldığı ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Portuqaliya | 209 |
2 | Fransa | 175 |
3 | İsveçrə | 169 |
4 | Belçika | 141 |
5 | Yunanıstan | 137 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
İl | Şəhər | Ev sahibi | Aparıcılar |
---|---|---|---|
1969 | Madrid | Teatro Real | Laura Valensuela |