Məhəmmədəli şah Qovanlı-Qacar

Məhəmmədəli şah Qovanlı-Qacar (21 iyun 1872, Təbriz, Qacar dövləti5 aprel 1925, San-Remo, İtaliya krallığı) (fars. محمدعلی شاه قاجار‎) — İran şahı, Müzəffərəddin şahın oğlu

Məhəmmədəli şah Qacar
fars. محمدعلی شاه قاجار
3 yanvar 1907 – 16 iyul 1909
ƏvvəlkiMüzəffərəddin şah Qacar
SonrakıƏhməd şah Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyun 1872(1872-06-21)
Doğum yeri
Vəfat tarixi 5 aprel 1925(1925-04-05) (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Müzəffərəddin şah Qacar
Həyat yoldaşı
Uşaqları
Ailəsi Qacarlar
Dini şiəlik

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmmədəli mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Etizadülmüzəffər ləqəbi almışdı. Anası Ümmül Xaqan dövrünün məşhur əxlaqsız qadınlarından biri idi. Məhəmmədəli mirzə Təbrizin valisi idi. Anasının əxlaqsızlığı onun özünə də az təsir etməmişdi. O, hələ Təbrizdə vəliəhd olduğu vaxt cinayətlər və əxlaqsızlıqlar etmişdi. Onun bütün bu cinayətlərinə son qoymaq üçün təbrizlilər üsyana da əl atmışdılar.[1] 1906-cı ilin sonlarında atası Müzəffərəddin şahın xəstəliyi gücləndi. Onun ölümü gözlənirdi. Tеhranın irticaçı hakim idarələri qatı irticaçı və köhnə qaydaları bərpa etmək tərəfdarı olan vəliəhd Məhəmmədəli Mirzəni Tеhranı çağırmaqla hələ Müzəffərəddin şahın sağlığında Konsitutsiyanın təsdiq edilməsinin qarşısını almağa və despotizm quruluşunu bərpa etməyə çalışırdılar. Vəliəhd Məhəmmədəli mirzənin Tehrana çağırılması haqqında teleqram noyabrın 17-də Təbrizdə alındı. О, dekabrın 16-da Tehrana çatdı. Hakimiyyətin Məhəmmədəli mirzəyə verilməsi haqqında fərmanı Müzəffəddin şah dekabrın 20-də imzaladı. Məhəmmədəli şah atasının vəfatından sonra, 1907-ci ildə taxta əyləşdi. O, qarşısına inqilabı yatırmaq, əncuman və fədai dəstələrini ləğv etmək məqsədini qoyur. Buna cavab olaraq 1907-ci ilin fevralın 8-də Təbrizdə üsyan baş verdi. Üsyançılar şahın canişinini və onun məmurlarını həbs edərək hakimiyyəti ələ keçirdilər. Tezliklə üsyan İranın digər əyalətlərinə də yayılır. Belə bir şəraitdə şah konstitusiyanı bərpa etməyə və məclisin çağırılmasını vəd etməli olur. Bu vaxtdan başlayaraq Təbriz 1905–1911-ci illər İran inqilabının mərkəzinə çevrilir. Təbrizdə demokratik dəyişikliklər həyata keçirilir. Şah məmurları vəzifələrindən azad olunur, yeni tipli dünyəvi məktəblər açılır, "Əncuman", "Musavat" və "Təbriz" kimi demokratik yönlü qəzetlər nəşr olunmağa başlanır. Məhəmmədəli şahdan xoşu gəlməyənlər, onu atasının adından daha artıq, anasının adilə — Ümmül Xaqan oğlu çağırırlar. Xalqın Məhəmmədəli şaha olan nifrətinin bir səbəbi də onun Ümmül Xaqan kimi bir qadının oğlu olması idi.[1] Laikn artıq 1907-ci ilin dekabrında şah rejimi yenidən inqilabı boğmağa cəhd edir. Buna cavab olaraq, Azərbaycan əncumanı Məhəmmədəli şahın taxtdan devrilməsini elan edir. 1908-ci ilin may-iyun aylarında şah inqilabı yatırmaq məqsədilə xarici ölkələrin hərbi qüvvələrindən istifadə etməli olur. Həmin ilin iyunun 23-də Təbrizdə yerləşdirilmiş rus kazak briqadası yerli əhaliyə qarşı cəza tədbirləri görməyə başlayır. Eyni zamanda şah ordusu da Təbrizə yürüş edir. Yerli inqilabi qüvvələrə Səttar xanBağır xan rəhbərlik edirdi. Onlar nəinki TəbrizAzərbaycanda, həm də bütün İran dövlətində böyük hörmət və nüfuza malik olan şəxslər idi. Onların başçılıq etdiyi hərbi dəstələr 1908-ci ilin iyun ayında şah ordusu üzərində qələbə çaldı. Həmin ildə şah ordusu Təbrizi ələ keçirmək üçün iki dəfə də cəhd etdi. Lakin hər iki cəhd uğursuzluqla nəticələndi. İran inqilabı dünyanın bütün tərəqqipərvər qüvvələri tərəfindən dəstəklənirdi. Şimali Azərbaycanın demokratik dairələri İran inqilabçılarına maddi və mənəvi yardım göstərirdilər. 1909-cu ilin yanvarında şah ordusu dördüncü dəfə Təbrizi mühasirəyə aldı. Şah rejiminə Rusiya və Britaniya imperiyaları hərbi və maliyyə yardımı göstərirdilər. Nəticədə 1909-cu ilin aprelin 29-da rus ordusu Təbrizi ələ keçirə bildi. 1909-cu ilin iyununda Məhəmmədəli şah taxtdan devrildi.

Oğulları

Qızları

  1. 1 2 Pənahi Makulu. Səttarxan, 1-ci kitab, səh 250.