Mustafa Kamal Atatürkün heykəli (Bakı)

Mustafa Kamal Atatürkün heykəli — 2010-cu ilin 17 may tarixində Türkiyə Cümhuriyyətinin banisi, Türkiyə İstiqlaliyyət Müharibəsindəki Türk Milli Hərəkatının öndəri Mustafa Kamal Atatürkün Bakıda qoyulmuş heykəli.[1]

Mustafa Kamal Atatürkün heykəli
Xəritə
Ölkə  Azərbaycan
Yerləşir Bakı
Heykəltaraş Ömər Eldarov
Tikilib 2010
Atatürkün heykəli (Bakı)
Atatürkün heykəli

Haqqında[redaktə | mənbəni redaktə et]

2010-cu il Mayın 17-də Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin o dövrdə Baş naziri olan Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etmişlər. Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş parkda açılış münasibətilə fəxri qarovul dəstəsi düzülmüşdür.[2] Heykəlin müəllifi Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi açılmışdır". old.xalqqazeti.com. 18 may 2010. 24 may 2019 tarixində arxivləşdirilib.
  2. "Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır". president.az. 17 may 2010. 24 may 2019 tarixində arxivləşdirilib.
  3. "Eldarov Ömər Həsən oğlu". science.gov.az. 24 may 2019 tarixində arxivləşdirilib.