Vahid Quliyev (milli qəhrəman)

Vahid Həbibulla oğlu Quliyev (20 sentyabr 1955, Qumlaq, Cəbrayıl rayonu) — Azərbaycanın Milli Qəhrəmanı[1].

Vahid Quliyev
Vahid Həbibulla oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1955(1955-09-20) (69 yaş)
Doğum yeri
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır[2]. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işinin öhdəsindən layiqincə gəlmişdir.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunmuşdur[3].

Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

O, 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü il… O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V. Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM-dır (piyada döyüş maşını) idi[4].

Ailəlidir. İki övlad atasıdır.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir[5].

  1. "Quliyev Vahid Həbibulla oğlu". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-21.
  2. Milli Qəhrəmanlar Arif Qubadov və Vahid Quliyev [ölü keçid]
  3. "Rey Kərimoğlu, "14 erməni tankını məhv etmiş qəhrəman: "…neyləmişəm ki?"- "Barıt qoxusu""". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.
  4. "QULİYEV VAHİD HƏBİBULLA oğlu". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-21.
  5. Quliyev Vahid Həbibulla oğlu [ölü keçid]