Təbriz Xəlilbəyli (12 fevral 1964, Bakı – 31 yanvar 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu.[1]
Təbriz Xəlilbəyli | |
---|---|
Təbriz Xəlil Rza oğlu Xəlilbəyli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 fevral 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 1992 (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Xəlil Rza Ulutürk |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Xidmət illəri | 1991-ci ildən |
Döyüşlər | |
Təltifləri |
1964-cü il 12 fevralda Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhəri M. Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdi. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olur. Təhsilini davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyib.[1]
Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı.[2] Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb.[3] 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak oldu.[4]
Ailəli idi. İki övladı vardı.[1]
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.[5]
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhərində və Salyan rayonunda küçələrdən biri onun adını daşıyır. Xüsusi məqsədlər üçün istifadə olunan bir gəmi onun şərəfinə adlandırılmışdır.[6][7] Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.