Qarsiya Markes

Qabriel Xose de la Konkordiya "Qabo" Qarsiya Markes (isp. Gabriel José de la Concordia «Gabo» García Márquez; 6 mart 1927[1][2][…], Arakataka[d], Maqdalena departamenti[5]17 aprel 2014[3][4][…], Mexiko[5]) — Kolumbiyalı romançı, jurnalist, ssenarist, qısa-hekayə yazıçısı, Neyştadt Beynəlxalq Ədəbiyyat Mükafatı (1972) və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1982).[6]

Qabriel Qarsiya Markes
isp. Gabriel García Márquez
Doğum adı Gabriel José de la Concordia García Márquez
Doğum tarixi 6 mart 1927(1927-03-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 17 aprel 2014(2014-04-17)[3][4][…] (87 yaşında)
Vəfat yeri
Vəfat səbəbi limfoma, ağciyər iltihabı
Təhsili
  • Kolumbiya Milli Universiteti[d]
Fəaliyyəti romançı, hekayə yazıçısı[d], jurnalist, dramaturq, yazıçı, naşir, şair-vəkil[d], avtobioqraf[d], ssenarist, nasir, publisist, film ssenaristi[d], kinorejissor, televiziya aktyoru
Fəaliyyət illəri 1947–2009
Əsərlərinin dili ispan dili
İstiqamət magik realizm
Tanınmış əsərləri
Üzvlüyü
  • ADR İncəsənət Akademiyası[d]
Mükafatları "Şərəf" ordeni Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru Order of the Aztec Eagle Qabriela Mistral ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kolumbiya yazıçısı Qabriel Xose Qarsia Markes Karib dənizi sahilindəki Arakataka şəhərində doğulmuşdu. Ailədəki on altı uşaqdan ən böyüyü idi. Yerli poçt şöbəsində teleqrafçı işləyən atası maddi çətinliklərlə üzləşdiyindən Qabriel ana babasının və nənəsinin himayəsində böyümüşdü. Xüsusən nənəsinin danışdığı nağıl, əfsanə və əsatirlər gələcəkdə yazıçının işinə yaramış, bir çox əsərləri üçün əla xammala çevrilmişdi. İstefaya çıxmış polkovnik olan babası da vətəndaş müharibəsi və gənclik həyatı haqqındakı maraqlı xatirələri ilə nəvəsinin bədii təxəyyülünün formaşalaşmasında mühüm rol oynamışdı.

Gənc Markes 1947-ci ildə Boqot unversitetinin hüquq fakültəsində oxumağa başlamışdı. Sonra Kartagena universitetinə dəyişilmişdi. Lakin nəticədə yenə də diplom ala bilməmişdi. Amma bu aradan dörddə bir əsr keçəndən sonra yazıçının Nyu-Yorkun məşhur Kolumbiya universitetinin fəxri doktoru seçilməsinə mane olmamışdı. Boqotada çıxan "Espektador" ("Müşahidəçi") qəzeti onun "Üçüncü imtina" hekayəsini 1947-ci ildə çap etmişdi. Sonrakı illərdə həmin qəzetdə yazıçının 20-yə qədər hekayəsi çıxmışdı. Şəxsi etirafına görə Markesin yazıçı kimi təsirləndiyi müəllif Frans Kafka olmuşdu. Onun digər sevimli sənətkarları sırasına Ernest Heminquey, Ceyms Coys, Uilyam Folkner və Virciniya Vulf daxil idi.

Nəhayət, 1954-cü ildə Markes "Espektador"da müxbir kimi daimi işə götürülmüş və Avropaya göndərilmişdi. Avropa limanlarına yan alan Kolumbiya hərbi gəmilərinin narkotik qaçaqmalçılığı ilə məşğul olmaları haqqındakı silsilə məqalələri gənc jurnalistin həm özünə, həm də əməkdaşı olduğu qəzetə baha başa gəlmişdi. "Espektador" bağlanmış, Markes işsiz qalmışdı. Bu dövrdə Markesin sadəcə jurnalist və ədəbiyyat həvəskarı deyil, yazıçı olduğunu göstərən "Yanmış yarpaq" (1955) povesti çap edilmişdi.

Bir neçə il Avropada ispandilli qəzetlərin ştatdankənar müxbiri və Kubanın Prensa Latina dövlət agentliyinin əməkdaşı kimi çalışdıqdan sonra yazıçı 1961-ci ildə Mexikoya köçmüşdü. "Polkovnikə heç kim məktub yazmır" (1961) povesti və "Böyük Ananın dəfni" (1962) hekayələr məcmuəsi burada nəşr olunmuşdu.

Lakin Markesə həm ədəbi, həm də kommersiya uğuru gətirən əsəri 1967-ci ildə çap etdirdiyi "Yüz ilin tənhalığı" romanı olmuşdu. Pablo Neruda bu romanın meydana çıxmasını Servantesin "Don Kixot"undan sonra ispandilli ədəbiyyatın ikinci mühüm hadisəsi hesab etmişdi. Peru yazıçısı Varqos Losa isə onu "ədəbi zəlzələ"yə bənzətmişdi. Əsərdəki yazıçı təxəyyülünün məhsulu olan Makondo kəndi və Buendia ailəsi bütün Latın Amerikasının təcəssümü idi.

"Patriarxın payızı" (1975) adlandırdığı ikinci romanında isə Qarsia Markes Latın Amerikası diktatorlarının ümumiləşdirilmiş obrazını yaratmışdı. "Elan olunmuş qətlin xronikası"nda (1981) yazıçı bir daha sözə sahiblik qüdrətini, orijinal və mürəkkəb süjet qurmaq məharətini nümayiş etdirmişdi. Amerika tənqidçisi Uilyam Makferson haqlı olaraq Markes yaradıcılığını magiya, metafor və mifin fantastik şəkildə çulğalaşdığı ədəbiyyat cəngəlliyinə bənzətmişdi. Məhz reallıqla irreallığın bu qəribə sintezinə görə tənqidçilər Markesin özünəməxsus ədəbi üslubunu magik realizm kimi qiymətləndirmişlər.

"Patriarxın payızı"nı Markes "hakimiyyətin tənhalığı haqqında poema" adlandırırdı. Əsərin prorotipi kimi bəzən Venesuela diktatoru Markos Peres Jimenesin adı çəkilsə də, müəllif əsasən Karib hövzəsi üçün səciyyəvi olan diktator-ların sintetik, məcmu surətini yaratdığını bildirmişdi. Romanın çapından sonra Markes Mexikoya köçmüş və Çili diktatoru Pinoçetə etiraz əlaməti olaraq onun hakimiyyəti dövründə heç bir əsər yazmayacağını bildirmişdi.

1982-ci ildə Qabriel Qarsia Markes "fantaziya və reallığın bir-biri ilə qarışığından ibarət olan və bütöv bir regionun həyatını, münaqişələrini əks etdirən əsərlərinə görə" Latın Amerikası ədəbiyyatının ilk Nobel laureatı olmuşdu. Şübhəsiz, mükafat Kolumbiya yazıçısına həmin dövrə qədərki bütün yaradıcılığı üçün verilsə də, burada "Yüz ilin tənhalığ"ı romanın xüsusi çəkisi olmuşdu.

Roman üzərində işləyəcəyi dövrdə ailəsinin həyatını təmin etmək üçün maşınını satan və xeyli borca düşən Markes əsərin nəşrindən sonra ölkəsinin zəngin adamlarından birinə çevrilmişdi. "Yüz ilin tənhalığı" həm də Venesuelanın Romulo Kallages mükafatını (1972) qazanmışdı. Latın Amerikasının xalq mədəniyyəti ünsürlərindən, ispan barokkosundan, Avropa sürrealizmindən və digər modernist ədəbi təmayüllərin təcrübəsindən məharətlə yararlanan Markes həqiqətən də dünya ədəbiyyatında analoqu olmayan yeni ədəbi nümunə yaratmışdı.

"Yüz ilin tənhalığı" romanı Latın Amerikası miqyaslı yazıçı və ictimai xadim kimi də Markesin nüfuzunu xeyli artırmışdı. Əsərin ilk nəşrindən sonra Barselonaya köçən və həyatının növbəti yeddi ilini burada yaşayan yazıçı ölkəsindəki daxili siyasi qruplaşmalar arasındakı qarşıdur-manı nizama salmaq üçün vasitəçi rolunu oynamışdı. Onun Fidel Kastro ilə dostluğu da bu dövrdə başlamışdı. Kuba diktatoru ilə sıcaq əlaqələrinə görə ABŞ Markesin ölkəyə gəlməsinə yasaq qoymuşdu. Lakin Bill Klinton prezident seçiləndən sonra "Yüz ilin tənhalığı"nın özünün ən sevimli romanı olduğunu bildirmiş və yasağı ortadan qaldırmışdı.

Markes Stokholmdakı Nobel mühazirəsini "Latın Amerikasının tənhalığı" adlandırmışdı. Laureatın fikrincə, mükafat onun şəxsində regionun yalnız ədəbiyyatına deyil, bütünlükdə Latın Amerikası xalqlarının keşməkeşli tarixinə və yaratdıqları təkrarsız, özünəməxsus mədəni irsə verilmişdir.

Markesin əksər əsərlərində hadisələrin cərəyan etdiyi Makondo kəndi əslində onun doğulduğu kiçik Arakataka şəhərini təcəssüm etdirirdi. Uilyam Folkner bütün əsərləri üçün Yoknapatofanı seçdiyi kimi Markes də təkrarsız nağıl dünyasını yaradarkən Makondo üzərində dayanmışdı. Maraqlıdır ki, müəllif Nobel mükafatı aldıqdan və Makonda adı bütün dünyada məşhurlaşdıqdan sonra Arakataka sakinləri şəhərin adının dəyişdirilib Makonda qoyulması üçün referendum keçirmişdilər. Əksəriyyət razılıq bildirsə də, yetərsay olmadığından qərar qəbul edilməmişdi.

Həkimlər 1992-ci ildə Markesdə ağ ciyər xərçəngi aşkara çıxarmışdılar. Uğurlu əməliyyatdan sonra xəstəliyin yayılmasının qarşısını almaq mümkün olmuşdu. 1999-cu ildə isə yazıçının limfalarında xərçəng tapılmışdı. Lakin ABŞ və Meksikadakı cərrahiyyə əməliyyatları nəticəsində Markes bu dəfə də xəstəliyə qalib gəlmişdi. 2000-ci ildə bir sıra Latın Amerikası qəzetlərində yazıçının ölümü ilə bağlı xəbərlər yayılsa da, bunların ucuz sensasiya olduğu tezliklə aşkara çıxmışdı.

Pinoçetin hakimiyyətdə olduğu dövrdə yazmamaq haqqında 1975-ci ildəki vədinə baxmayaraq, Markes yaradıcılığını davam etdirdi. Böyük uğurla ekranlaşdırılan "Vəba zamanı məhəbbət" (1995) romanını yazdı. Son illərdə isə o, üç cilddən ibarət memuarları üzərində işləyirdi. Bu trilogiyaya daxil olan ilk kitab — "Yazmaq üçün yaşamaq" artıq 2002-ci ildə çapdan çıxıb.

2004-cü ildə Qarsia Markes böyük səs-küy yaradan növbəti əsərini — "Mənim kədərli fahişələrimin xatirələri" romanını tamamlayaraq Kolumbiya nəşriyyatlarından birinə təqdim etmişdi. Çap prosesində piratlar əsərin elektron variantını oğurlamağa və rəsmi nəşrdən əvvəl oxuculara çatdırmağa müvəffəq olmuşdular. Vəziyyətdən çıxış yolu axtaran yazıçı isə orijinal bir yola əl atmış, romanın sonluğunu dəyişməklə ədəbiyyat quldurlarını müftə qazancdan məhrum etməyə çalışmışdı. Ancaq pirat nəşr də, öz növbəsində bahalı biblioqrafik relikviyaya çevrilərək ədəbiyyat oğrularına o qədər də pis qazanc gətirməmişdi.

Qarsia Markes Azərbaycanda nisbətən yaxşı tanınan Nobel laureatlarındandır. Onun ayrı-ayrı əsərlərini Əkrəm Əylisli, Natiq Səfərli, Afaq Məsud kimi yazıçılar Azərbaycan dilinə çevirmişlər.

Qabriel Qarsiya Markes 17 aprel 2014-cü ildə Mexikoda vəfat etmişdir.[7]

  • Arzuedilməz saat (isp. La mala hora) (1959)
  • Yüz ilin tənhalığı(isp. Cien años de soledad) (1967)
  • Patriarxın payızı (isp. El otono del patriarca) (1975)
  • Gözlənilən bir qətlin tarixçəsi (isp. Cronica de una muerte anunciada) (1981)
  • Vəba günlərində eşq (isp. El amor en los tiempos del cólera) (1985)
  • Öz labirintində olan general (isp. El general en su laberinto) (1989)
  • Hüznlü Fahişələrim (isp. Memoria de mis putas tristes) (2004)

Povest və hekayələri

[redaktə | mənbəni redaktə et]
  • Üçüncü sadəlik (isp. La tercera resignacion) (1947)
  • Ölümün digər tərəfi (isp. La otra costilla de la muerte) (1948)
  • Yeva öz pişiyinin daxilində (isp. Eva está dentro de su gato) (1948)
  • Tuvalkain ulduzlarda (isp. Tubal-Caín forja una estrella) (1948)
  • Üç somnambulun əsəbi (isp. Amargura para tres sonánbulos) (1949)
  • Güzgü ilə dialoq (isp. Diálogo del espejo) (1949)
  • Düz saat altıda gələn qadın (isp. La mujer que llegaba a las seis) (1950)
  • Mavi itin gözləri (isp. Ojos de perro azul) (1950)
  • Natanael vizit gətirdi (isp. De cómo Natanael hace una)
  • Mələkləri gözləməyə məcbur edən qaraca – Nabo (isp. Nabo, el negro que hizo esperar a los ángeles) (1951)
  • Kim bu qızılgülləri dağıtsa o (isp. Alguien desordena estas rosas) (1952)
  • İçkinin rəhbərlik etdiyi gecə (isp. La noche de los alcaravanes) (1953)
  • Yağış yağanda gələn kişi (isp. Un hombre viene bajo la lluvia) (1954)
  • Düşmüş yarpaq (isp. La hojarasca) (1955)
  • İsabel yağışa Makondada baxır (isp. Monólogo de Isabel viendo llover en Macondo) (1955)
  • Şənbədən sonrakı gün (isp. Un día despues del sábado) (1955)
  • Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) (1957)
  • Zamanla itən dənizlər (isp. El mar del tiempo perdido) (1961)
  • Dul qadın Montel (isp. La viuda de Montiel) (1961)
  • Qızılgün incəsənəti (isp. Rosas artificiales) (1961)
  • Böyük ananın dəfni (isp. Los funerales de la Mama Grande) (1961)
  • Bizim şəhərdə oğrular yoxdur (isp. En este pueblo no hay ladrones) (1962)
  • Baltasararın həyatında unudulmaz gün (isp. La prodigiosa tarde de Baltazar) (1962)
  • Çərşənbə axşamı Siesta (isp. La siesta del martes) (1962)
  • Bu günlərdən biri (isp. Un día de éstos) (1962)
  • Nəhəng qanadlarla çox yaşlı insan (isp. Un señor muy viejo con unas alas enormes) (1968)
  • Möcüzələr satan xeyirxah Blakaman (isp. Blacamán el bueno vendedor de milagros) (1968)
  • Dünyada ən gözəl suda boğulmuş adam (isp. El ahogado más hermoso del mundo) (1968)
  • Ruhlar gəmisində sonuncu səyahət (isp. El último viaje del buque fantasma) (1968)
  • Açıq dənizdə batmayanların nağılı (isp. Relato de un náufrago) (1970)
  • Sevgi ölümdən qaçmağa səbəb deyil (isp. Muerte constante más allá del amor) (1970)
  • Sadəqəlbli Erendiranın inanılmaz, kədərli tarixi və onun qəlbsiz nənəsi (isp. La increíble y triste historia de la cándida Eréndira y de su abuela desalmada) (1972)
  • Senyor Forbesin xoşbəxt yayı (isp. El verano feliz de la señora Forbes) (1982)
  • Qarda sənin qan izlərin (isp. El verano feliz de la señora Forbes) (1982)
  • Mariya dos Prazeres (isp. María dos Prazeres) (1992)
  • Yaxşı yol, möhtərəm prezident! (isp. Bon Voyage, Mr President) (1992)
  • Tramontana (isp. Tramontana) (1992)
  • Avqust qorxuları (isp. Espantos de agosto) (1992)
  • Müqəddəs (isp. La Santa) (1992)
  • İşıq – su kimidir (isp. La luz es como el agua) (1992)
  • Yatmış gözəlin təyyarəsi (isp. El avión de la bella durmiente) (1992)
  • Mən yalnız telefondan zəng etməyə gəlmişəm (isp. Solo vine a hablar por teléfono) (1992)
  • On yeddi göndərilmiş ingilis (isp. Diecisiete ingleses envenenados) (1992)
  • Oğlumu görmək üçün kirayəşinəm (isp. Me alquilo para soñar) (1992)
  • Sevgi və başqa şeytanlar (isp. Diatriba de amor contra un hombre sentado y Del amor y otros demonios) (1994)
  • Qaçırılma haqqında məlumat (isp. Noticia de un secuestro) (1996)

Sənədli əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Bunu danışmaq üçün yaşamaq (isp. Vivir Para Contarla) (2002)

Azərbaycanca tərcümə edilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Gözlənilən bir qətlin tarixçəsi (Tərcümə edən: Əkrəm Əylisli)
  • Patriarxın payızı (Tərcümə edən: Afaq Məsud)
  • Sənin qar üzərindəki izinlə (Tərcümə edən: Nəriman Əbdülrəhmanlı)
  • Polkovnikə heç kim yazmır (Tərcümə edən: İshaq İbrahimov)
  • Bizlərdə oğru yoxdur (Tərcümə edən: Mahir N. Qarayev)
  • Bu günlərdən biri (Tərcümə edən: Mehman Musabəyli)
  • Üç somnambul üçün kədər (Tərcümə edən: Mehman Musabəyli)
  • Nəhəng qanadlı senyor (Tərcümə edən: Mehman Musabəyli)

Markesin Azərbaycanca çap edilmiş kitablarının üz qabığları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Gabriel García Márquez (isp.).
  2. 1 2 Echevarría R. G. Gabriel Garcia Marquez // Encyclopædia Britannica (ing.).
  3. 1 2 http://www.latintimes.com/gabriel-garcia-marquez-dies-famed-colombian-author-and-nobel-laureate-dead-87-pneumonia-166280.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  6. "The Nobel Prize in Literature 1982". NobelPrize.org. Nobel Media AB 2014. 11 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2014.
  7. "Габриэль Гарсиа Маркес скончался в Мексике" (rus). риановости.рф. 18.04.2014 00:04. 2016-03-05 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2014-04-18.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]