Ramiz Məmmədov (okeanoloq-hidroloq)

Ramiz Mahmud oğlu Məmmədov (4 fevral 1950, Qaracalar, Qardabani rayonu7 iyun 2021[1], Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), Doktorluq Dissertasiyası Şurasının sədri (2002), Xəzər dənizi Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının sədri (2005), Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) (2002), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış Təmiz su beynəlxalq mərkəzin direktorlar şurasının üzvü (2001), Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzün təsis etdiyi Beynəlxalq Ekoloji Mərkəzin (Tbilisi) Konsultativ Şurasının prezidenti Körpü Azərbaycan-Gürcüstan dostluq və mədəni əlaqələr cəmiyyətinin sədri, Respublika Dövlət Mükafatı Laureatı (2016)[2] ,Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri[3], AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru[4].

Ramiz Məmmədov
Ramiz Mahmud oğlu Məmmədov
Doğum tarixi 4 fevral 1950(1950-02-04)
Doğum yeri
Vəfat tarixi 7 iyun 2021(2021-06-07)[1] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Elm sahələri Okeanologiya[d], Okeanologiya, Hidrologiya
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adları akademik (2014)
professor (2013)
İş yeri
Təhsili
Tanınmış yetirmələri Zabit Allahverdiyev
Əmir Əliyev
Tanınır okeanoloq-hidroloq
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının Dövlət Mükafatı — 2016
"Şöhrət" ordeni — 2020
İmza
igaz.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur.

1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır.

1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır.

1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.

Ramiz Məmmədov 07 iyun 2021-ci ildə 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Məzarı II Fəxri xiyabandadır

Evlidir. 2 qızı, 1 oğlu, 4 nəvəsi var.

  • Natavan Ramiz qızı Cəfərova, coğrafiya üzrə fəlsəfə doktoru,
  • Nərgiz Ramiz qızı Məmmədova,
  • Tural Ramiz oğlu Məmmədov.


Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

40 ildən çoxdur ki, Xəzər dənizinn hidrometeoroloji, səviyyə, sahil zonasının idarəçiliyi və ekocoğrafi problemləri ilə məşğuldur. Azərbaycanda və dünyada Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alim və mütəxəssisdir. Onun elmi tədqiqatları, əsasən, Xəzər dənizinin ən aktual problemlərinə — hidrologiyasına, hidrofizikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və Turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsrinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafi modelinin yaradılmasına, Xəzər dənizinin status probleminə və ümumiyyətlə, Xəzərin ekocoğrafi problemlərinin tədqiqinə həsr olunmuşdur. Əsas tədqiqat istiqamətlərindən Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, Landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi. İlk elmi-tədqiqat işinə Xəzər dənizinin açıq hissəsində yerləşmiş tərpənməz özül üzərində başlamışdır. 1973-cü ildə, ilk dəfə olaraq tərpənməz özül üzərindən dəniz axınlarının mikropulsasiyalarını ölçməyin metodikasını işləmiş və tədqiqatlar aparmışdır. Alınan nəticələr dünya praktikasında okeanologiya elmində yenilik idi və ona görə də müəllifin aldığı nəticələr fundamental okeanologiya elminə layiqli töhfə omuş, nəticələr SSRİ EA-nın Fizika atmosferı i okeanaOkeanologiya jurnallarında dərc olunmuşdur. Çirkləndiricilərin Xəzər dənizində yayılması məsələsi daimi tədqiqat obyekti olmuşdur. Bu mövzuya həsr olunmuş əvvəlki işlərdən fərqli olaraq, o təkcə dənizin bu və ya digər hissəsinin hansı dərəcədə çirklənməsi faktını tədqiq etməklə kifayətlənməmiş, müxtəlif rayonlarda, hidrometeroloji şəraitdən asılı olaraq onların yayılma qanunauyğunluqlarını tədqiq etmiş və mühüm nəticələr əldə etmişdir. Bunun üçün ən əvvəl məsələ nəzəri baxımdan araşdırılmış və sonra natural şəraitdə aparılmış təcrübi yollarla dənizdə turbulent diffuziyanın universal qanunauyğunluqları müəyyənləşdirilmişdir. Turbulent diffuziya əmsalının məkan miqyasından asılılıq qanunauyğunluğu alınmış, dənizdə temperatur, sıxlıq və axınların sürətindən asılı olaraq çirkləndiricilərin yayılma hündürlüyü və qalınlığını hesablamaq üçün nəzəri düsturlar verilmişdir. Sonralar isə həmin nəzəri düsturların doğruluğu dəniz şəratində aparılmış təcrübələrlə təsdiq olunmuşdur.Xəzər dənizinin ətraf mühitini yaxşılaşdırmağın effektiv yollarından biri də qəza hallarında çirklənmənin operativ ləğvi üçün onların yayılma istiqaməti və arealını etibarlı proqnozlaşdırmaqdır. R.M.Məmmədov hidrometeroloji şəraiti, sahil konfiqurasiyasını və dibin morfometriyasını nəzərə almaqla Xəzərdə çirkləndiricilərin yayılmasının fiziki-coğrafi modelini yaratmış, konkret hesablamalar aparmış və təkliflər vermişdir. Müəlifin bu modeli beynəlxalq aprobasiyadan keçmiş, Oil SpillFluid Mekaniks kimi məşhur beynəlxalq elmi jurnallarda dərc olunmuşdur. Lukoyl, Exon, BP kimi beynəlxalq şirkətlər tərəfindən Xəzər dənizində neft axtarışı, hasilatı və nəqli zamanı istifadə olunmuşdur. 2000-ci ildə Xəzər dənizinin transsərhəd çirklənməsinin modelini Xrist Moors ilə birgə ABŞ-nın Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantına layiq görülmüşdür. 1997-ci ildə Ekologoya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən istifadə üçün Nazirlər Kabinetinə tövsiyə olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətdə elmi praktiki işləri alim Baykal gölü və onu çirkləndirən Baykal Selluloza Zavodu üçün də aparmışdır. 1999-cu ildən başlayaraq onun elmi fəaliyyətində yeni istiqamət, Azərbaycan Respublikası ərazisinin səhralaşma problemləri xüsusi yer tutur. Bilavasitə onun rəhbərliyi və iştirakı ilə Yer planetinin tədqiqi üçün buraxılmış süni peyklərdən alınmış rəqəmli kosmik şəkillər emal edilmiş, respublikanın 35 min km². ərazisi üçün səhralaşmanın növü, dərəcəsi, yayılma arealı xəritələri tərtib olunmuş, bu neqativ hallara qarşı mübarizə tədbirləri tövsiyə olunmuşdur. Avropa standartlarına uyğun bu elmi tədqiqat işləri Azərbaycanda səhralaşmanın tədqiqinə həsr olunmuş birinci və hələlik yeganədir.2002-ci ildə təşkilatçılığı və sədrliyi ilə Tbilisi şəhərində bu mövzuda Beynəlxalq Konfrans keçirilmlşdir. Tbilisi şəhərində keçirilmiş Qafqaz ölkələri dağ regionlarının davamlı inkişafı (2003), Qlobal iqlim dəyişmələri və Qafqaz regionunda quraqlıq proplemi (2004), Nikosiya şəhərində isə Aralıq dənizi regionunun ətraf mühit problemləri (2002) beynəlxalq konfraslarında sədrlik və həmsədrlik etmişdir.1995-ci ildə UNEP proqramı çərçivəsində Azərbaycan Respublikasının ilk Milli Hesabatının müəllifidir. 1998-ci ildə Helsinkidə İqlim və su mövzusunda keçirilmiş beynəlxalq simpoziumda İqlim anomaliyalarının Xəzər dənizinin səviyyəsinə təsiri mövzusunda məruzə ilə iştirak etmişdir. 2008-ci ildə ABŞ-nın Mülki Tədqiqatlar və İnkişaf və Azərbaycan Elmin İnkişaf Fondunun İqlim dəyişmələri və Xəzər dənizinin ekosistemi, model tədqiqatları mövzusunda birgə qrantına layiq görülmüşdür. Avropa üçün də yenilik olan, Landşaft Planlaşdırılmasına dair onun elmi-praktiki işlərini misal göstərmək olar.Təbiətdən istifadənin və təbiəti mühafizənin ən müasir vasitələrindən biri sayılan bu metod ilə o ilk dəfə Şirvan Milli Parkı və onun ətraf zonası üçün landşaft planlaşdırılması aparmış, onun inkişafının sahə və inteqrasiya olunmuş məqsədlərini işləmiş, əsas istiqamətlərin və tədbirlərin konsepsiyasını hazırlamışdır. GİS mühitində ayrı-ayrı təbii komponentlərin əhəmiyyətlilik, həssaslıq və inkişafın məqsədləri, bütün ərazi üçün isə landşaft, torpaqdan müasir istifadə, konfliktlər, məqsədlər və tədbirlər xəritələrini tərtib etmişdir. Müəlif bu mövzuda ingilisazərbaycan dillərində monoqrafiya yazmış, hazırladığı kitablar Avropa İttifaqının Birləşmiş Transsərhəd Katibliyinin dəstəyi ilə Tbilisi şəhərində çap olunmuşdur.[5]

İkinci Türkiyə-Azərbaycan Coğrafiya Günlərində

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

R.M.Məmmədovun yaradıcılığında novatorluq cəhətlərdən biri də Xəzər dənizinin tədqiqində yeni texnologiyaların tətbiqidir. Elmi-texniki prosesin inkişafı nəticəsində Yerin süni peyklərindən yeni müşahidə texnologiyası və metodları yaranmış, onlardan dünya okeanıdənizlərinin hamısında, Xəzər müstəsna olmaqla, istifadə olunmuşdur.2004-cü ildə Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi ilə başlamış və daha sonra İtaliya, Böyük BritaniyaAlman alimləri ilə tədqiqatlar davam etdirilmiş, nəticələr 2005-ci ildə Venesiyada Radar Altimetriyasının 15 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda təqdim olunmuşdur.Beynəlxalq simpoziumda da məruzə ilə iştirak etmişdir. Bu tədqiqatlarda əsas məqsəd Xəzər dənizində daimi işləyən Çevik-Monitorinq-Nəzarət-Sisteminin (ÇMNS) yaradılmasıdır. Tədqiqatların nəticəsi məşhur Şpringer nəşriyyatının dəstəyi ilə müəllifin Avropa həmkarları ilə yazdığı kitabda öz əksini tapmışdır. Xəzər dənizinin informasiya bazasının yaradılmasında da fəaliyyətini qeyd etmək lazımdır. O, Beynəlxalq Okeanologiya Məlumatları və Mübadiləsi Mərkəzinin Azərbaycan üzrə milli koordinatorudur, Xəzər dənizinin informasiya bazasının yaradılması sahəsində Avropa İttifaqının 6 və 7-ci Çərçivə Proqramlarının qrantına layiq görülmüşdür. 1997-ci ildə o, 275 xəritədən ibarət olan Xəzər dənizinin hidrometeoroloji atlasını tərtib etmişdir.Kür-Araz hövzəsinin transsərhəd su problemlərinin tədqiqi də alimin elmi axtarışlarının maraq dairəsindədir. Bu mövzuda önəmli məqamlardan biri onun 2009-cu ildə Cenevrə şəhərində Birləşmiş Millətlər Liqasının Daşqınların yaranmasının transsərhəd risklərinin idarə olunması mövzusunda keçirdiyi beynəlxalq seminarda Su resurslarının inteqrasiya olunmuş metodu ilə Kür hövzəsində daşqınların qarşısının alınması mövzusunda etdiyi məruzədir.Xəzər dənizində keçirilmiş 15-dən çox dəniz ekspedisiyanın iştirakçısı və çoxunun rəhbəri olmuş, onların tədqiqat planını tərtib etmişdir. O öz tədqiqatları ilə Sakit, Hind okeanlarında, QaraBaltik dənizlərində, Baykal gölündə keçrilən bir neçə beynəlxalq ekspedisiyaların da iştirakçısı olmuşdur.2005-ci ildə rus alimləri ilə birgə Moskvanın Nauka nəşriyyatının sifarişi ilə Xəzər dənizinin müasir vəziyyəti monoqrafiyasını yazıb. Monoqrafiyada müəlliflər Xəzər dənizinə aid öz tədqiqatlarının nəticələrini təqdim etməklə yanaşı onun müasir vəziyyəti ilə bağlı yeni ümumiləşdirmə verirlər və problemə öz münasibətlərini açıqlayırlar. 2007-ci ildə Hidrometeoroloji dəyişkənlik və Xəzər dənizinin ekocoğrafi problemləri kitabı çap ounmuşdu. 2007-ci ildə alimin gürcü həmkarları ilə birlikdə Qəza və risklərin coğrafiyası (Qafqaz-Pont regionun rütubətli subtropik zonaları kitabı Tbilisi şəhərində işıq üzü görür. GürcüstanTürk alimləri ilə elmi əməkdaşlığı davam etdirən alim 2007-ci ildə Tbilisidə öz həmkarları ilə birgə Cənubi Qafqazda ətraf mühitin antropogen transformasiyası kitabını çap etdirir. R.M.Məmmədovon elmi əsərləri dünyanın məşhur elmi juranlları və nəşriyyatlarında (Şpringer, Nauka, Akademik Qluavert və s.) çap olunmuşdur. 300 elmi məqalə, 7 kitab və 1 atlasın müəllifidir, 20-yə qədər işi AMEA-nın mühüm nəticələrinin siyahısına daxil edilmişdir. Bunlardan aşağıdakıları göstərmək olar:

1980–1986-cı illərdə Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin icra etdiyi Dünya okeanı mövzusunun idarə heyətinin üzvü olmuşdur. O, Sakit, Hind və Atlantik okeanlarında beynəlxalq ekspedisiyaların öz tədqiqat mövzusu ilə iştirakçısı olub. Azərbaycan Respublikasında Xəzərin kompleks tədqiqat planının tərtib etmiş və Bakıda Xəzərə aid beynalxalq və respublika konfranslarının keçirilməsinin təşkilatçısı və aktiv iştirakçılarından biridir.

Institutun Elmi seminarında

Elmi yenilikləri

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Xəzər dənizinin açıq hissəsində geniş miqyasda dəniz turbulentliyinin statistik və spektral xarakteristikalarını öyrənmiş, dənizdə çirkləndiricilərin yayılması və paylanmasının ümumi qanunauyğunluqlarını müəyyən etmişdir. Dəniz səthində küləyin sürət və istiqamətinin və dəniz səthindən istilik axınının məlum olduğu hal üçün dənizin yuxarı kvazibircins temperatur qatının müəyyən edilməsi üçün yarımempirik model işləmişdir. Xəzər dənizində çirkləndiricilərin yayılmasına hidrofiziki parametrlərin dəyişkənliyinin təsirini geniş diapazonda tədqiq etmişdir. Xəzər dənizində müxtəlif hidrometoroloji şəraitdə, dibin morfometriyası və sahil xəttinin konfiqurasiyası nəzərə alınmaqla, çirkləndiricilərin yayılmasının fiziki-coğrafi modelini işləmişdir. Xəzər dənizi səviyyəsi dəyişməsinin səbəbini tədqiq etmiş, səviyyəyə təsir edən amillərin təsir dərəcəsini müəyyən etmiş, birinci yaxınlaşmada onun uzunmüddətli proqnozunu vermişdir. Xəzər dənizinin kompleks hidrometeoroloji atlasını hazırlayıb çap etmişdir.

Qlobal və regional hidrosiyası problemlər Beynəlxalq Əməkdaşlıq və təhlükəsizlik Kontekstində

Beynəlxalq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Akademik R.M.Məmmədov təkcə son 10 ildə 30-a qədər ölkədə keçirilmiş beynəlxalq simpozium, konfrans, seminar və toplantıların iştirakçısı olub, məruzə ilə çıxış etmiş, bəzilərinə isə sədrlik etmişdir. O, ümumiyyətlə götürdükdə dünyanın 82 şəhərində (Paris, San-Fransisko, Brüssel, London, Afina, İstanbul, Tokio, Helsinki, Bristol, Sinqapur, Moskva, Sankt-Peterburq, Pirsinq, Buxarest, Berlin və s.) müxtəlif elmi toplantıların iştirakçısı olmuşdur, hazırda dünyanın 35-dən çox elmi tədqiqat institut və universitetli ilə əməkdaşlıq edir. ABŞ-nın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Avropanın Kopernikus, İNTAS, Çərçivə Proqamı 6 və 7, NATO-nun Elm Sülh Naminə və s. beynəlxalq fondların elmi qrantlarına layiq görülmüşdür. AvropaABŞ-nın bir neçə aparıcı alim və universitetləri ilə birgə elmi-tədqiqat işlərinin icrasını davam etdirir.

Birinci Azərbaycan və Türkiyə coğrafiya günləri

Respublika,beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Coğrafiya Cəmiyyətinin Prezidenti
  • Beynəlxalq Okeanologiya Məlumatları və Mübadiləsi Mərkəzinin Azərbaycan üzrə milli koordinatoru.
  • Avropa İttifaqının Qafqaz ölkələri üçün yaratdığı Beynəlxalq Ekoloji Mərkəzin Məşvərət Şurasının Prezidenti
  • ATV Geriyə baxanda- Ramiz Məmmədov
  • Xəzər tv-Torpağa bağlı ömür
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "Vikipediyada mövzulu ay və mukafatlandırma" mövzusunda tədbir
  • A.Haqverdiyev,H.Əhmədzadə. Müasir elminin böyük strateqi, Respublika qəzeti 2 mart 2017
  • H.Əhmədzadə. Müasir elmin, müasir tədqiqatçı alimi, Məktəb PRESS qəzeti 17–18 fevral 2017
  • Elbəyi Cəlaloğlu Ramiz bəy.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Изменчивость гидрофизических полей и распространение загрязнителей в Каспийском море // Баку. 2000, Изд. "Элм". 185 с.
  2. Современное состояние Каспийского моря // Изд. Наука. Москва. 2005, 354 с. (Соавторы: Панин Г.Н., Митрофанов И.В.).
  3. Гидрометеорологическая изменчивость и экогеографические проблемы Каспийского моря // Изд. "Елм". 2007, Баку. 454 с.
  4. География катастроф и риска (зоны влажных субтропиков Кавказско-Понтийского региона) // Тбилиси. 2007, 358 с. (Соавторы: Бондырев И.В., Таварткиладзе А.М., Литвинская С.А.).
  5. Антропогенная трансформация природной среды Южного Кавказа // Тбилиси. 2008, 450 с. (Совторы: Бондырев И.В., Таварткиладзе А.М).
  6. Azərbaycanda Landşaft Planlaşdırılması (ilk təcrübə və tətbiq) R.M.Məmmədov. Bakı, 2009.
  7. Piloting Landscape Planning in the Countries of the Southern Caucasus. Hovik Sayadyan, Nodar Elizbarishvili, Ramiz Mammadov, Michael Garforth, Baku, Tbilisi, Yerevan, 2009.
  8. Xəzər dənizinin hidrometeoroligiyası, R.M.Məmmədov, Bakı, 2013

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Экспериментальное исследование диффузии струй пассивной примеси в поверхностном слое моря // Океанология. 1976,т. 16. № 8, с. 990–994. (Соавтор: Журбас В.М).
  2. Оценка параметров турбулентности в Каспийском море по данным инструментальных наблюдений над течениями // Изв. АН Азерб. ССР серия Наук о Земле. 1983,№ 6. с. 97–104.
  3. Влияние физико-океанографических факторов на распространение сточных вод в прибрежной зоне Апшеронского полуострова // Изв. АН Азерб. ССР. серия Наук о Земле. № 6. с. 93–100. (Соавторы: Гумбатов А.И., Агаларова Н.М., Халилов А.И.).
  4. Long-term prognosis of the Caspian Sea-level // Regional Workshop on Coastal Zone Management. Chabahar. İslamicRepublicIran. 1996 (with Humbatov A.I.)
  5. Impact climate anomalies on the level of the Caspian Sea // The Second International Symposium On "Climate and Water". 1998, Espoo. Finland. p. 972–980. (with Hadiyev Y. and Kulizade L.).
  6. Prediction of the Oil Transport and Dispersal in the Caspian Sea Resulting from a Continuous Release // Spill Science & Technology bulletin. 2000, Vol. 6. No 5/6. p. 323–339 (with Mooers N. K., Korotenko K.A.).
  7. Моделирование процесса формирования температурной аномалии в прибрежной зоне Каспийского моря // Океанология. 2000, т.40. № 4. с. 500–508. (Cоавтор: Коротенко К.А.).
  8. Caspian Sea Level and Ecological problems // International Symposium on the Problems of the RegionalSeas. 2001, Istanbul-Turkey. p. 1–11.
  9. Prediction of the Transport and dispersal of Oil in the South Caspian Sea Resulting from Blowouts // J. Environmental Fluid Mechanics 1. Kluwer Academic Publishers. 2002, p. 383–414. (with Korotenko K.A. and Mooers C.N. K.).
  10. Transboundary water problems in the Kura – Araks basin // NATO Advanced Research Workshop "Transboundary water resources: strategies for regional security and ecological stability. Novosibirsk. 2003, p. 93–108. (with Mansimov M.R., Ismatova Kh.R.).
  11. Particle tracking method in the approach for prediction of oil slick transport in the sea: modelling oil pollution resulting from river input // J. Marine Systems. 2003, 48. p. 159–170. (with Korotonke K.A.).
  12. Remote sensing data and GIS technology application far analyze of natural and social-economical characteristics of Azerbaijan offshore zone // Science without borders. Transactions of the InternationalAcademy of Sciences H&E, 2005, Vol. 2. p. 191–200. (with Mekhtiyev A.Sh., Ismatova Kh. R., Budaqov B.A.).
  13. Dynamics of processes desertification in east part of the AzerbaijanRepublic // NATO Advanced Research Workshop. Bishkek. 2006. p. 38–41. (with Ismatova KH.R, Mikailov A.A., Mansimov M.R.).
  14. Assessment of anthropogenic loads on landscapes as a tool to determine the potential for sustainable regional development: case study from Azerbaijan // Environment, Development and Sustainability. Springer. 2007, v.9. No.2. p. 131–142. (with Mustafayev B.N.).
  15. Integrated water resources management for seven selected wetlands in Urmia lake basin // ANA of Sciences. Proceedings the Sciences of Earth. 2009, No1. p. 80–88. (With Bagherzadeh K. M.).
  16. Современные изменения режима атмосферных осадков на территории Азербайджана // География и природные ресурсы. Новосибирск. 2009, № 4. (Соавторы: Сафаров С.Г., Сафаров Э.С.).
  17. Landscape planning in South Caucasus // Tbilisi. 180 p. (with Elizbarashvili N., Sayadyan O.).
  18. A comparison accuracy study of GPS photogrammetric block adjustment and independet model approch, ANA of Sciences, Proceedings the Sciences of Earth., 2011. #1. p. 89–94. (with Milanlak A.).
  19. Satellite Altimetry Applications in the Caspian Sea // Coastal Altimetry / Eds. S. Vignudelli, A.G. Kostianoy, P. Cipollini, J. Benveniste. – Berlin: Springer–Verlag, 2011. – Р. 331–366. M).
  20. Hydrometeorological atlas of Caspian Sea, Baku, 2014, 300 p.
  21. Impact of Climate Changes on the Caspian Sea Level // Journal of Resources and Ecology, 2015 Vol 6. No 2, p. 87–92.
  22. Modeling of the amount of solar energy failing on the panel of solar along the road // National Academy of Sciences of Azerbaijan, Reports, LXXI, V-201 #1, 2015, p. 66–72. (with R.Gardashov).
  23. Trajectory modelling of possible emergency spills of oil in the Caspian Sea, ICOPMAS, 31November-2December 2016,Tehran, http://icopmas.pmo.ir Arxivləşdirilib 2013-10-31 at the Wayback Machine və s.

Elmi kütləvi məqalələr

[redaktə | mənbəni redaktə et]
  • Xəzərin çirklənçəsinin xüsusiyyətlər- Fəryad-1991–21–28 may
  • Günəş fəallığı və Xəzərin səviyyəsinin dəyişməsi — Bakı, 28 iyun 1993
  • Dəniz balıqlardan çox insanlara lazımdır- Respublika 1994–14 iyun
  • Xəzərin səviyyəsi nədən dəyişir — Xalq qəzeti — 1994, 30 sentyabr
  • Görkəmli Xəzərşünas alim — Bakının səsi −1995, 1 mart
  • Xəzər geri çəkilir — Yeni sabah. 1998. 6 fevral
  • Xəzərin beynəlxalq-hüquqi statusu — Elm- 2001 15 yanvar
  • Xəzərin səviyyəsi tədqiq olunur- Kaspi — 2005–27 iyun
  • Yeni atlas — Elm 2005–7 noyabr və s.

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]
  • Fransanın Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) Kosmik Geofizika və Okeanoqrafiya laboratoriyası (Tuluza şəhəri)
  • İtaliyanın Milli Elmi Tədqiqatlar Mərkəzinin Biofizika İnstitutunun Ətraf Mühit Bölməsi (Pissa şəhəri)
  • ABŞ, Mayami Universitetinin Rozental adına Dəniz və Atmosfer Elmləri Mərkəzi (Mayami şəhəri)
  • ABŞ Kent Universiteti (Kent şəhəri)
  • Norveçin Su tədqiqatları İnstitutu (Oslo şəhəri)Niderlandın Dəniz məlumatları Xidməti (Amsterdam şəhəri)
  • Moskva Dövlət Universiteti
  • Böyük Britaniyanın Mİlli Okeanoqrafiya Mərkəzi Kosmik Okeanoqrafiya Laboratoriyası (Souzampton şəhəri)
  • Hamburq Universitetinin Okeaniqrafiya İnstitutu (Hamburq şəhəri) və s.

Elmi səyahət və ezamiyyətlər

[redaktə | mənbəni redaktə et]

Nyu-York, Köln, Bonn, Afina, Soloniki, Sofiya, Varna, Buxarest, Helsinki, London, Paris, Tuluza, Roma, Milan, Venetsiya, Florensiya, Cenevrə, Tokio,Sinqapur, Yava, Minsk, Odessa, Aluşta, Yalta, Həştərxan, Ankara, İstanbul və s.

  1. 1 2 https://tehsil.biz/news/en/10670/.
  2. http://www.1news.az/az/news/lham-liyev-d-vl-t-m-kafatlar-n-n-verilm-si-haqq-nda-s-r-ncam-imzalay-b Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine İlham Əliyev dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb
  3. Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası "Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında" Əsasnamənin 3.1.1-ci maddəsi
  4. http://www.science.gov.az/forms/deystvitelnyie-chlenyi/1143 Arxivləşdirilib 2021-04-21 at the Wayback Machine Məmmədov Ramiz Mahmud oğlu
  5. Ramiz Mahmud oğlu Məmmədov Biblioqrafiya Bakı, Elm,