Teymur Qasımov (atlet)

Teymur Qasımov (14 oktyabr 1973[1], Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet.[2]

Teymur Qasımov
Şəxsi məlumatlar
Tam adı Teymur Qasımov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (50 yaş)
Doğum yeri
Boyu 176 sm. (5 ft 6 in)
İdman növü Yüngül atletika

Teymur Qasımov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 10.98 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.[3]

Daha sonra Teymur Qasımov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 11.18 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.[4]

  1. Teymur Gasimov // World Athletics database.
  2. Olympedia.org. "Teymur QASIMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. Olympedia.org. "2000 Summer Olympics / Athletics / 100 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. Olympedia.org. "2004 Summer Olympics / Athletics / 100 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.