Yunax iyəsi

Yunax iyəsi - tatar, başqırd və çuvaşlarda hamamın qoruyucu ruhu. Müxtəlif dillərdəki adları Yonak, Yunça (Munşa, Monço, Munca) iyəsidir. Hamam iyəsi olaraq da tanınır. Bundan başqa vanna ruhu mənasında Cağ (Cağlık) iyəsi və ya Çimek iyəsi olaraq da tanınmışdır. Qısa boylu bir qoca qılığında olduğuna inanılar. İnsanlara təmizliyi öyrədər. Günəş batdığı zaman və gecə yarısı hamama girilmir, çünki bu saatda iye özü yuyunur. Hamamda yuyunarkən adam üzünü sabunladıktan sonra təmiz su ilə dolu ləyənə tapmasa ya da hamamdan getmək üzrəykən ayaqqabılarının itdiyini görsə, bunlar onun zarafatlarıdır. Tatarlar hamamda yuyunduqdan sonra, hər şeyi təmizləyib, əşyaları yerinlərinə qaldırarlar və "Yunağın istiliyi sənə, dincliyi mənə!" deyərək hamamdan çıxarlar.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Mun/Yun) kökündən törəmişdir. Yunak hamam deməkdir. Yunmak sözü yuyunmaq, təmizlənmək mənalarına gəlir. Yunup sözü qədim türkcədə dəstəmaz deməkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]