Yuxarı Xocamsallı

Yuxarı Xocamsaqlı, Yuxarı XocamusaxlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Yuxarı Xocamsaqlı
39°18′59″ şm. e. 46°33′43″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yuxarı Xocamsaqlı xəritədə
Yuxarı Xocamsaqlı
Yuxarı Xocamsaqlı

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Yuxarı Xocamsaqlı kəndi dağətəyi ərazidədir. XIX əsrdə Qubadlı r-nunun Dondarlı kənd icmasmda Xocamusaxlı adlı iki yaşayış məntəqəsi vardı. Onları bir-birindən fərqləndirmək üçün biri Qalacıq Xocamu- saxlı (Qalacıq yaxınlığındakı Xocamusaxlı), digəri Məzitti Xocamusaxlı (Məzitti ye-rindəki Xocamusaxlı) adlanırdı. Sonralar Məzitti Xocamusaxlı Yuxarı Xocamusaxlı, Qalacıq Xocamusaxlı isə Aşağı Xocamusaxlı adlandırıldı. Xocamusaxlı qədimdən Zəngəzur qəzasında yaşamış xacəəbıtishaqlı tayfasının tələffiizdə dəyişdirilmiş formasıdır. Xocəəbuishaqlıların keçmişdə Qalacıq, Dəstəgird, Məzitli adlı qışlaqları tədricən müstəqil yaşayış məntəqələrinə çevrilmişdi.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]