Xətti Funksional İdarəetmə Sistemi

firmanın xətti və funksional idarəetməsinin uyğunlaşdırıldığı idarəetmə formasıdır, bu idarəetmədə mərkəzləşməni və qeyri-mərkəzləşməni əlaqələndirməyə imkan yaradır.
Xərrac
Xətti İdarəetmə Forması
OBASTAN VİKİ
Funksional
Əgər müəyyən S {\displaystyle S} funksiyalar çoxluğundan götürülmüş hər bir φ {\displaystyle \varphi } funksiyasına müəyyən bir F ( φ ) {\displaystyle F(\varphi )} ədədi qarşı qoyulursa, onda S {\displaystyle S} çoxluğunda F {\displaystyle F} funksionalı təyin edilmişdir. Başqa sözlə funksional qiymətləri ədədlərdən ibarət olan və funksiyalar çoxluğunda təyin olunmuş funksiyadır. Məsələn, [ 0 ; 1 ] {\displaystyle [0;1]} parçasında təyin olunmuş kəsilməz funksiyalar sinfində F ( φ ) = φ 2 ( 0 ) {\displaystyle F(\varphi )=\varphi ^{2}(0)} qaydası ilə təyin edilmiş funksiya funksionaldır. Xətti funksional adlanan, yəni F ( a 1 φ 1 + a 2 φ 2 ) = a 1 F ( φ 1 ) + a 2 F ( φ 2 ) {\displaystyle F(a_{1}\varphi _{1}+a_{2}\varphi _{2})=a_{1}F(\varphi _{1})+a_{2}F(\varphi _{2})} şərtini ödəyən funksional riyaziyyatda xüsusi əhəmiyyətə malikdir (burada a 1 , a 2 {\displaystyle a_{1},a_{2}} ədədlər, φ 1 , φ 2 ∈ S {\displaystyle \varphi _{1},\varphi _{2}\in S} ). Xətti funksionalın təyin oblastı hökmən xətti fəza olmalıdır.
Körpü idarəetmə sistemi
Körpü idarəetmə sistemi və ya BMS körpülərin dizaynı, tikintisi, istismarı və saxlanılması, onların idarə olunması üçün vasitədir. Mövcud vəsaitlər daha çox artdıqca, dünyada yol idarələri körpülərin idarə olunması ilə bağlı problemlərlə üzləşirlər və böyük infrastruktur obyektlərinin saxlanılması üçün ehtiyac artır. == Fəaliyyəti == Köprü idarəetmə sistemləri tikinti inventar və yoxlama məlumat bazaları, texniki baxım, sistemli bir şəkildə təmir və reabilitasiya (MR & R) müdaxilələri, maliyyə resurslarının ayrılmasını optimallaşdırmaq və körpü istifadəçilərinin təhlükəsizliyini artırmaqda qurumlara kömək edir. Körpünün idarə edilməsində əsas vəzifələrə inventar məlumatlarının toplanması, müayinə, vəziyyətin və qüvvənin qiymətləndirilməsi, komponentlərin təmiri, möhkəmləndirilməsi və ya dəyişdirilməsi, və fondların ayrılmasının prioritetləşdirilməsi daxildir. BMS, xərclərin məhdudlaşdırılmasında xidmət proqramlarını formalaşdırmaq üçün körpü məlumatlarını idarə etmək vasitəsidir. BMS dörd əsas komponentdən ibarətdir: məlumatların saxlanması, dəyəri və pozulma modelləri, optimallaşdırma və analiz modelləri və funksiyaları yeniləmək. 1980-ci illərdə dövlət və federal səviyyələrdə effektiv və körpülərin idarə olunması sistemlərinin (BMS) inkişaf etdirilməsində əhəmiyyətli maraq görüldü.
Uzaqdan idarəetmə sistemi
Uzaqdan idarəetmə sistemi və ya Fly-by-wire əl ilə idarə edilən uçuş idarəetmələrini elektron interfeyslə əvəzləyən inkişaf etmiş bir uçuşu idarəetmə sistemidir. Bu sistemdə, təyyarə pilotdan asılı olmayaraq sadə bir kompüter tərəfindən idarə olunan süni intellektə sahibdir. Bu missiya kompüteri sürət, hündürlük, hava, təyyarənin texniki məlumatları, çəki və rəqəmsal mühitdə bir çox vacib məlumatları (data) birləşdirərək təyyarəyə ən təhlükəsiz uçuşu təmin edir. Bu texnologiya, yeni nəsil təyyarələr adlanan və uçuşa nəzarət səthlərinin hərəkətinin side-stick adlanan qol ilə təmin olunduğu təyyarələrdə mövcuddur. Fly By Wire sistemində 2 və ya daha çox kompüter var (Airbus a320 seriyasında 5 kompüter var, F22 Raptorda isə hər biri 180 mb olan 7 kompüter var). Konsoldakı joystick bir məlumat daxiletmə vasitəsidir. Belə ki; Joysticki yuxarı çəksək, yuxarı əmrini kompüterlərə veririk. Joystickdəki həssas sensorlar qolu sıxma nisbətinə görə rəqəmsal məlumatları sistemə göndərir. Sistem bir növ sinir sisteminə bənzəyən bir məlumat xəttinə (data line) malikdir. Pilot qolu yüzdə 25 nisbətində sıxdıqda; təyyarə təkbaşına bu əmri həyata keçirmir.
Paket idarəetmə sistemi
Paket meneceri və ya Paket idarəetmə sistemi — proqramların quraşdırılmasını, yenilənməsini, konfiqurasiyasını və silinməsini avtomatlaşdıran proqram alətidir. Paket meneceri "paketlərlə", yəni arxiv kimi yayılan proqramlarla işləyir.
Xətti tənliklər sistemi
Xətti tənliklər sistemi mövzusunun elementləri hələ orta məktəbdə tədris olunmağa başlayır. Ən sadə xətti tənliklər sistemi { a 1 x + b 1 y = c 1 a 2 x + b 2 y = c 2 {\displaystyle {\begin{cases}a_{1}x+b_{1}y=c_{1}\\a_{2}x+b_{2}y=c_{2}\end{cases}}} şəklində olan sistemdir. Burada a 1 , b 1 , c 1 , a 2 , b 2 , c 2 {\displaystyle a_{1},b_{1},c_{1},a_{2},b_{2},c_{2}} verilmiş əmsallar, x {\displaystyle x} və y {\displaystyle y} isə dəyişənlərdir. Aydındır ki, hansı tənliyi birinci və hansını ikinci yazmağın əhəmiyyəti yoxdur. Ona görə də a 1 ≠ 0 {\displaystyle a_{1}\neq 0} qəbul edə bilərik. Orta məktəbdə belə sistemin həlli üçün təklif olunan üsullardan biri cəbri toplama üsulu adlanan üsuldur. Bu üsulun mahiyyəti aşağıdakı kimidir. Birinci tənliyin hər iki tərəfini − a 2 a 1 − 1 {\displaystyle -a_{2}a_{1}^{-1}} ədədinə vuraq: − a 2 x − b 1 a 2 a 1 − 1 y = − c 1 a 2 a 1 − 1 {\displaystyle -a_{2}x-b_{1}a_{2}a_{1}^{-1}y=-c_{1}a_{2}a_{1}^{-1}} alınan tənliyi ikinci tənliklə toplayıb, hər tərəfi yenidən a 1 {\displaystyle a_{1}} -ə vuraq. Əgər b 2 a 1 − b 1 a 2 ≠ 0 {\displaystyle b_{2}a_{1}-b_{1}a_{2}\neq 0} olarsa, alarıq: ( b 2 a 1 − b 1 a 2 ) y = c 2 a 1 − c 1 a 2 {\displaystyle (b_{2}a_{1}-b_{1}a_{2})y=c_{2}a_{1}-c_{1}a_{2}} və ya y = c 2 a 1 − c 1 a 2 b 2 a 1 − b 1 a 2 {\displaystyle y={\frac {c_{2}a_{1}-c_{1}a_{2}}{b_{2}a_{1}-b_{1}a_{2}}}} . Alınan qiyməti birinci tənlikdə yerinə yazmaqla x {\displaystyle x} -i də tapmaq olar.
Funksional klavişlər
Funksional klavişlər (ing. function keys) — F1, F2, F3 və s. kimi nişanlanmış və klaviaturanın sol və ya yuxarı qırağı boyunca yerləşdirilmiş on və ya daha artıq sayda klaviş dəsti; bu klavişlər ayrı-ayrı proqramlarda xüsusi əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunur. Funksional klaviş, mahiyyətcə, "qiyməti proqram" və ya bəzi hallarda istifadəçi tərəfindən müəyyənləşdirilən “proqramlaşdırılan” klavişdir. Yəni, proqramçı tərəfindən klavişə (düyməyə) xüsusi proqram tətbiq edilir. Funksional klaviş tətbiqi proqram və ya əməliyyat sistemi tərəfindən tez-tez rast gəlinən komandalar ardıcıllığını tez çağırmaq, ya da başqa bir yolla erişilməyən funksiyaya müraciət etmək üçün istifadə olunur. Belə ki, funksional klaviş (tək və ya digər klavişlərlə, məsələn, Control və ya Alt ilə kombinasiyada) verilmiş proqramın ekran arayışını çağıra bilər, kursorun yerini dəyişə bilər, xüsusi rejimi aktivləşdirə bilər və s. F1 – Kömək pəncərəsinin açılması F2 – Qovluğun və ya faylın adının dəyişdirilməsi F3 – Cari qovluğda və ya Windows ƏS-də axtarış panelin açılması F4 – Aktiv pəncərənin bağlanması F5 – Qovluğun və ya faylın məzmunun yenilənməsi F6 – Kursorun brauzerin adres sətirinə yerləşdirilməsi F7 – Mətnin yoxlanışı F8 – Windows ƏS yoxlanılan zaman yükləmə rejiminə icazə F9 – Word sənədinin yenilənməsi F10 – Pəncərənin menyusunun çağırışı F11 – Tam ekranlı rejimə keçid F12 isə Word proqramında yaddaşa vermək komandası üçündür.
Funksional tənlik
Funksional tənlik — məchulu funksiya olan tənlik. Axtarılan funksiya müəyyən əməliyyatlarla (mürəkkəb funksiyanın əmələ gəlməsi əməliyyatları ilə) verilən məlum funksiyalarla bağlı olur. Adətən, axtarılan funksiyanın aid olduğu funksiyalar sinfi göstərilir. Məsələn, f ( x + y ) = f ( x ) + f ( y ) {\displaystyle f(x+y)=f(x)+f(y)} . Burada f {\displaystyle f} axtarılan funksiyadır. Bu funksional tənliyin həlli f ( x ) = α x {\displaystyle f(x)=\alpha x} funksiyasıdır(əgər tənliyin həlli kəsilməz funksiyalar sinfinə aiddirsə). f ( x y ) = f ( x ) + f ( y ) {\displaystyle f(xy)=f(x)+f(y)} və f ( x + y ) = f ( x ) ⋅ f ( y ) {\displaystyle f(x+y)=f(x)\centerdot f(y)} tənliklərinin kəsilməz həlləri, uyğun olaraq, y = l n x {\displaystyle y=lnx} və y = e x {\displaystyle y=e^{x}} funksiyalarıdır. Tək və cüt funksiyaların, dövri funksiyaların tərifləri funksional tənliklər vasitəsilə verilir.
Funksional əlaqələr
== Hidrometeoroloji amillər == Hidrometeoroloji hadisə və proseslər çoxsaylı amillərin təsiri altında formalaşır. Bu hadisə və prosesləri öyrəndikdə, onlarla müxtəlif amillər arasındakı əlaqələr təhlil olunur. Ararılan tədqiqatlar iki tip məsləni həll etməyi imkan verir: Funksional əlaqələr Staxastik əlaqələr == Funksional əlaqələr == Birinci tip məsələ, hidrometeoroloji hadisə və ona təsir edən amillərin ərazi üzrə və zamana görə dəyişmə səbəblərinin müəyyən edilməsi ilə əlaqədardır İkinci tip məsələ isə, baxılan və ya prosesin inkişaf tendensiyası və ya onların konkret kəmiyyət göstəricisinin təyini ilə bağlıdır. Y və X təsadüfi kəmiyyətlər arasındakı əlaqələr və onların sıxlığından asılı olaraq iki qrupa bölünür: funksional və Staxastik əlaqələr. Funksional asılıqlarda perdiktorun, x, hər bir qiymətinə, predikdiktantın, y, yalnız bir qiyməti uyğun olur, yəni bütün müşahidə nöqtələri əlaqə xətti üzərində yerləşir.
Funksional maliyyə
Funksional maliyyə — səmərəli tələb və çartalizm prinsiplərinə əsaslanan Abba Lerner tərəfindən irəli sürülmüş iqtisadi nəzəriyyə. Bu nəzəriyyə hökumətin biznes dövriyyəsini ram etmək, tam məşğulluğa nail olmaq, artımı və aşağı inflyasiyanı təmin etmək kimi açıq məqsədlərə nail olmaq üçün özünü maliyyələşdirməli olduğunu bildirir. == Məqasədləri == Funksional maliyyənin əsas ideyaları aşağıdakı kimi ümumiləşdirilə bilər: Hökumətlər milli və qlobal iqtisadiyyata müdaxilə etməlidir; bu iqtisadiyyatlar özünü tənzimləyən deyil. Dövlətin əsas iqtisadi məqsədi firavan iqtisadiyyatı təmin etmək olmalıdır. Pul dövlətin yaradılmasıdır; onları idarə etmək lazımdır. Fiskal siyasət iqtisadiyyatın inkişafına yönəlməli, büdcə də buna uyğun idarə olunmalıdır, yəni "gəlir və xərclər balansı" vacib deyil; Rifah vacibdir. Dövlət xərclərinin məbləği və sürəti istənilən fəaliyyət səviyyəsinə uyğunlaşdırılmalı, vergilər gəlirləri artırmaqdansa, iqtisadi təsir üçün tutulmalıdır. "Ağlabatan maliyyələşdirmə" prinsipləri fiziki şəxslərə şamil edilir. Onlar fərdlər, ev təsərrüfatları, bizneslər və qeyri-suveren hökumətlər (ABŞ şəhərləri və ştatları kimi) üçün məna kəsb edir, lakin pul buraxmağa qadir olan suveren hökumətlərə şamil edilmir. === Fiskal siyasət qaydaları === Lerner, hökumətin fiskal siyasətinin üç qayda ilə idarə edilməli olduğunu irəli sürdü: Hökumət hər zaman tələbin ağlabatan səviyyəsini saxlamalıdır.
İdarəetmə
Menecment (ing. management - idarəetmə) — idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur: nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək; istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq; firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək; hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək; bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək; əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək; optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək; idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək; firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək; firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək; material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək. “Menecment”, “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə”, “idarəetmə fəaliyyəti”, “rəhbər”, “direktor” terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir. “Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur. İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur.
Adaptiv idarəetmə
Adaptiv idarəetmə — idarə olunan obyektin parametrlərinin dəyişməsindən və ya xarici təsirdən asılı olaraq, tənzimləyicinin parametr və ya strukturunu optimallaşdırma meyarına və ya təlimata uyğun adaptasiya etməyə imkan verən idarəetmə üsuldur. Uyğun üsulu icra edən sistemlər adaptiv idarəetmə sistemləri adlanır. == İşləmə prinsipi == Optimallaşdırma meyyarına uyğun adaptasiya adətən bir dəfə və ya çox az sayda baş verir. Verilmiş təlimata uyğun adaptasiya isə daimi yerinə yetirilir. Tənzimləyicinin öz-özünə adaptasiyası adətən onun parametrləri üzərindən həyata keçirilir. Öz-özünə tənzimlənən, uyğunlaşan və optimallaşan sistemlər "adaptiv" sözünə sinonim işlədilən analyışlardır. Klassik adaptiv idarəetmə sistemində tənzimləmə üç səciyyəvi mərhələdən ibarətdir: identifikasiya, qərar qəbuletmə və modifikasiya. İdentifikasiya "on-line" şəraitində tənzimləmə dövrəsinin giriş və çıxış siqnallarının qiymətləndirilməsi ilə aparılır. Burada, ya tənzimləyici dövr, ya da bir başa tənzimləyicinin öz parametri təyin edilir. Qərarvermə mərhələsində əldə olunmuş informasiya nəticəsində tənzimləyicinin qiymətinin verilmiş qiymətə uyğun gəlməsi dəyərləndirilir və uyğunlaşma müəyyənləşdirilir.
Avtomatik idarəetmə
Korporativ idarəetmə
Korporativ idarəetmə — biznesin təşkilati-hüquqi formasının idarə olunması, təşkilati srukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq kompaniyanın firmalararası və firmadaxili münasibətlərinin qurulması. Korporativ idarəetməni xüsusi tip kimi ayırsaq başlıca xüsusiyyətləri korporasiyanın spesifikliyi ilə şərtlənən idarəetmə obyekti olaraq onu müəyyənləşdirir: "Səhmdarların prioritet maraqları və onların korporasiyanın inkişafındakı rolu üzərində qurulan idarəetmə, səhmdarların qarşılıqlı təsirini nəzərdə tutan mülkiyyət hüquqlarının reallaşdırılmasını hesaba alan idaretmə və sonda, korporativ mədəniyyəti doğuran idarəetmə, başqa sözlə, ümumi ənənələr kompleksi, nizamnamələr, davranışlar prinsipi kimi başa düşülür". Korporativ idarəetmənin başlıca funksiyası — mülkiyyətçilərin, başqa sözlə, korporasiya təşkil edən maliyyə resurslarının maraqları çərçivəsində korporasiyanın işinin təmin olunmasıdır.
İdarəetmə mədəniyyəti
İdarəetmə mədəniyyəti – şəxsiyyətin kamilləşməsi üçün insan münasibətləri hormoniyasına nail olunması üçün insanların və dövlətlərin həyat keyfiyyəti və rifahına nail olunması üçün bir əsasdır. Bu, həmçinin, yerdən kosmosa bir baxış və bəşəriyyətin inkişafının sonsuz imkanlarının yeni görünüşüdür.
İdarəetmə nəzəriyyəsi
İdarəetmə nəzəriyyəsi — müxtəlif proseslərin, obyektlərin və sistemlərin idarə olunmasının metod və prinsipləri haqqında elmdir. İdarəetmə nəzəriyyəsinin əsasını kibernetika və informasiya nəzəriyyəsi təşkil edir. İdarəetmə nəzəriyyəsinin məğzini idarəedilən obyektin sistem analizi və idarəetmə alqoritminin sintezi əsasında yaradılan riyazi modellər təşkil edir. İdarəetmə nəzəriyyəsi ilə məşğul olan nəzəriyyəçilər bizi əhatə edən canlı aləmi xarakterizə edərkən onu üç komponentə ayırırlar: cansız təbiətdə (texniki sistemlərdə) idarəetmə prosesləri; canlı təbiətdə (bioloji sistemlərdə) idarəetmə prosesləri; cəmiyyətin (sosial sistemlərdə) idarə edilməsi. İstehsal-texniki proseslərin, mexanizmlərin, maşınlar sisteminin, yəni texniki sistemlərin idarə edilməsini F.Engels əşyaların idarə edilməsi adlandırmışdır. İdarəetmənin bu sahəsi əsasən texnika elmləri tərəfindən öyrənilir. Canlı təbiətdə baş verən və canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olan məsələləri təbiət elmləri öyrənir. Qruplarda, kollektivlərdə və siniflərdə birləşmiş və müxtəlif marağa malik olan insanların idarə edilməsini F.Engels cəmiyyətin idarə edilməsi adlandırmışdır.
İdarəetmə obyektləri
İdarəetmə obyektləri -radioverici qurğular və informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Yüksəktezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiyanın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. Vericidə üç əsas proses baş verir: — yüksəktezlikli rəqsin generasiyası; — yüksəktezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; — yüksəktezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. Yüksəktezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksəktezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası ™ və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər.
İdarəetmə qərarları
İdarəetmə qərarları — mürəkkəb zehni prosesin nəticəsidir. Qərarların həyata keçirilməsi iqtisadi səmərə verməli, qüvvədə olan qanunvericiliyə uyğun gəlməli, psixoloji xüsusiyyətləri nəzərə almal, tabe olanlara tərbiyəvi təsir etməlidir. Qərar qəbul edilməsi prosesi gündəlik həyat və məişət də daxil olmaqla bütün fəaliyyət növünə xasdır. Qərarlar insanların mənafeyinə toxunduğundan onun qəbul edilməsi ən məsuliyyətli prosesdir. Qərar qəbul edilməsi rəhbərin ən mürəkkəb və məsuliyyətli funksiyalarından biridir. İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif etmək olar: Məqsədə görə; İdarəetmənin səmərəliliyinə görə; Alınan son nəticəyə görə; İdarəetmə metodlarına görə; Giriş elementlərinə görə; Təsir vasitələrinə görə; İnformasiya tələblərinə görə. İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar aşağıdakılardır: Elmi əsasa söykənməsi. Vaxtında (lazım olan zamanda) olması. Qərarların hazırlanmasına və icrasına təsir gücü. Qərarın hazırlanma müddəti.
İdarəetmə sistemləri
Nəzarət sistemi — İdarəetmə sistemi birbaşa və ya dolayı yolla digər cihazların və ya sistemlərin davranışını idarə edən, idarə edən cihaz və ya cihazlar qrupudur. Sənaye məhsulları üçün sənaye nəzarət sistemi istifadə olunur. Nəzarət sistemi variasiya və birləşməyə görə əsas qrupa bölünür: məntiqi və ya ardıcıl idarəetmələr və ya Əlaqə və ya xətti idarəetmələr. Xətti idarəetmə proqramlarından istifadə edərək məntiqin strukturunu sadələşdirən qeyri-səlis məntiq də var. Bəzi qurğular və ya sistemlər mahiyyətcə (təbiətinə görə) idarəolunmazdır. "İdarəetmə sistemi" təhlükəsizlik maneələri mövcud olduğu müddətcə, məsələn, hidravlik presdə hərəkət etməsinə (açılmağa/bağlanmağa) mane olan məntiqi idarəetmədən başqa, əl ilə açılan və ya bağlanan idarələrə də tətbiq oluna bilər. Avtomatik kaskad idarəetmə sistemi müəyyən bir işi yerinə yetirmək üçün müvafiq ardıcıllıqla bir sıra mexaniki aktuatorları işə salır. Müxtəlif elektrik və pnevmatik çeviricilər, məsələn, karton qutunu qatlaya və yapışdıra, məhsulu içəriyə qoya və sonra avtomatik qablaşdırma maşını ilə qablaşdıra bilər. Belə işlərin görülməsi üçün proqramlaşdırıla bilən məntiqi nəzarətçilərdən (PLC) istifadə olunur. Ancaq bunlar başqa texnologiyalardır.
İdarəetmə uçotu
İdarəetmə uçotu — təşkilatın idarəetmə səviyyəsi (daxili istifadəçilər — menecerlər) üçün həmçinin təşkilatın fəaliyyəti ilə bağlı qərarlar qəbul etmək, vacib olan məlumat və göstəriciləri müəyyən etmək, ölçmək, toplamaq, qeyd etmək, şərh etmək, ümumiləşdirmək, hazırlamaq və təqdim etməyin nizamlı sistemi. İdarəetmə uçotunun əsas vəzifəsi təşkilatın hansı vəziyyətdə olduğu və əməliyyat səmərəliliyini artırmaqla yanaşı mövcud resursların necə bölüşdürülməsi lazım olduğu sualına cavab verməkdir. == Tərifi == İdarəetmə uçotunun sadə təriflərindən biri — menecerlər tərəfindən qərar qəbul etmək üçün maliyyə və qeyri-maliyyə məlumatlarının təqdim edilməsidir. Başqa sözlə, idarəetmə uçotu təşkilat daxilindəki direktorlara qərar qəbul etməkdə kömək edir. Xərclər uçotu kimi də tanınmaq olar. Həmçinin biznes məqsədlərinə çatmaq üçün məlumatları ayırd etmək, öyrənmək, deşifrə etmək və rəhbərlərə çatdırmaq üçün qısa yoldur. Toplanmış məlumatlar maliyyə xərcləri və təşkilat tərəfindən qəbul edilən qərarlarla müəyyən edilərək biznes məsələləri ilə bağlı mühasibat uçotunun bütün sahələrini əhatə edir. Mühasiblər təşkilat daxilində əməliyyatların ümumi strategiyasını ölçmək üçün planlardan istifadə edirlər. == İstinadlar == == Ədəbiyyat == Kurt Heisinger and Joe Hoyle, Managerial Accounting, ISBN 978-1-4533452-9-0. James R. Martin, Ph.D., CMA, Management And Accounting Web.
İdarəetmə çarxı
İdarəetmə çarxı və ya lever, təyyarəni idarə etmək üçün nəzərdə tutulan xüsusi qurğu. Lever; qanadcıq və rul kimi nəzarət səthlərini hərəkət etdirmək üçün istifadə olunur. Qanadcıq ilk növbədə təyyarənin yuvarlanma oxunda yatış həyata keçirməsini; hündürlük sükanı isə tanqaj hərəkətlərini təmin edir.
İdarəetmə əməyi
İdarəetmə əməyi — ictimai əməyin bir növü olub istehsal kollektivlərinin qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir. Geniş mənada idarəetmə əmyi idarəetmə sahəsində hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi deməkdir. Bir sıra alimlər əsassız olaraq "idarəetmə əməyi"ni "idarəetmə" ilə eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə edilir. Ona görə də elmi ədəbiyyatlarda belə təriflərə tez-tez rast gəlinir: idarəetmə əməyi – bu kontor, dəftərxana işidir, mühəndi-texniki əməyidir. idarəetmə əməyi – idarəetmə sahəsində əmək deməkdir. İdarəetəm əməyi ilə müəssisə və təşkilatların rəhbərləri, mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin, mühəndis-texniki işçilərin işini aid etmək olar.
Büdcəsiz idarəetmə
Büdcəsiz idarəetmə (ing. Beyond Budgeting) — idarəetmə sisteminin sadələşdirilməsi və qərarların qəbulunun qeyri-mərkəzləşdirilməsi yolu ilə büdcələşdirmə prosesindən istifadə etmədən müəssisənin idarə edilməsi konsepsiyası. == Tarixi == Büdcə tənqidi fonunda “Büdcədən kənar” konsepsiyası 1970-ci illərin əvvəllərindən, İsveçin böyük bankı Svenska Handelsbanken tərəfindən uğurla tətbiq olunduğu vaxtdan formalaşmışdır. Sonra bu konsepsiya American Express, Google, Guardian, SpareBank, Coloplast, Telenor, Wallenius Wilhelmsen Logistics, Arla Foods, IKEA və bir çox başqa şirkətlər tərəfindən elan edildi. 1998-ci ildə hətta Beynəlxalq Proqressiv İstehsalçılar Konsorsiumunun bir hissəsi olan "Büdcədən kənarda dəyirmi masa" (BBRT) beynəlxalq təşkilatı təşkil edildi. == Büdcəsiz idarəetmə prinsipləri == 2004-cü ildə Ceremi Houp və Robin Frayzer tərəfindən büdcəsiz idarəetmənin 12 əsas prinsipi ilə bir kitab nəşr olundu: I. Rəhbərliyin prinsipləri (səlahiyyətlərin verilməsi): 1. daxili büdcələrin icrasını deyil, müəssisənin rəqabət üstünlüklərini artıran idarəetmə mühitinin yaradılması; 2. müəssisə üçün dəqiq müəyyən edilmiş dəyərlərin artırılması əsasında kadrların motivasiyası; 3. məsuliyyətin öz qərarlarını qəbul edə bilən əməliyyat menecerlərinə həvalə edilməsi; 4. əməliyyat menecerlərinə fəaliyyət azadlığı (resurslara çıxış) verməklə gücləndirilməsi; 5.
Elmi idarəetmə
Elmi idarəetmə — iş axınlarını təhlil edən və sintez edən idarəetmə nəzəriyyəsi. Onun əsas məqsədi iqtisadi səmərəliliyi, xüsusilə əmək məhsuldarlığını artırmaqdır. Bu, elmi idarəetmədə proseslərin mühəndisliyinə tətbiq etmək üçün ilk cəhdlərdən biri idi. Elmi idarəetmə bəzən onun qabaqcılı Frederik Vinslou Teylorun şərəfinə teylorizm kimi tanınır. Teylor nəzəriyyənin inkişafına ABŞ-da 1880–1890-cı illərdə istehsal sənayesində, xüsusən də polad sənayesində başlamışdır. Onun təsirinin pis nöqtəsi 1910-cu illərdə çatmışdır. Teylor 1915-ci ildə vəfat etsə də, 1920-ci illərdə elmi idarəetmə hələ də təsirli bir nəzəriyyə olaraq qalmışdı, lakin əks və ya bir-birini tamamlayan ideyalarla rəqabətə və sinkretizmə girmişdi. Fərqli bir nəzəriyyə və ya düşüncə məktəbi kimi elmi idarəetmə artıq 1930-cu illərdə köhnəlmiş olaraq qəbul edilsə də, onun mövzularının əksəriyyəti bu gün hələ də sənaye mühəndisliyi və idarəetməsinin vacib hissələridir.
İdarəetmə iqtisadiyyatı
İdarəetmə iqtisadiyyatı (iqtisadiyyatın idarəedilməsi; ing. managerial economics) — biznesdə praktiki problemlərin həlli üçün iqtisadi anlayışların, nəzəriyyələrin, alətlərin və metodologiyaların tətbiqini öyrənən elmi fəndir, iqtisadi nəzəriyyə və idarəetmə nəzəriyyəsinin birləşməsidir. Menecerə qərar qəbul etməkdə kömək edən və təcrübə ilə nəzəriyyə arasında əlaqə rolunu oynayan bir intizam. O, praktikada iqtisadi nəzəriyyə və iqtisadiyyatı birləşdirir və məsələn, əməliyyat tədqiqatı, riyazi proqramlaşdırmadan istifadə etməklə, firma məqsədləri və çatışmazlıqdan irəli gələn məhdudiyyətlər əsasında biznes qərarlarını optimallaşdırmaq üçün reqressiya təhlili, korrelyasiya və hesablama kimi kəmiyyət üsullarına əsaslanır. Hesab edilir ki, idarəetmə iqtisadiyyatı anlayışı ilk dəfə amerikalı iqtisadçı Coel Din tərəfindən 1951-ci ildə özünün “İdarəetmə iqtisadiyyatı” əsərində, idarəetmə iqtisadiyyatının biznes siyasətinin formalaşdırılması üçün iqtisadi təhlildən istifadə edilməsi olduğunu müəyyən edərək təqdim edilmişdir. O, öz işində qeyd edirdi ki, “iqtisadi nəzəriyyəçilərin maraqlandığı məsələlərlə praktiki menecerləri maraqlandıran davranış problemləri arasında böyük uçurum var. İqtisadiyyat mütəfəkkirlərinin siyasi iqtisadiyyat kurslarında edə biləcəyi praktik töhfələrə top menecerlərə çıxış imkanı vermək üçün bu boşluğu doldurmaq lazımdır. Amerikalı professor Uilyam Baumol 1961-ci ildəki işində qeyd etdi ki, istənilən iqtisadçı nəzəri modellər yaratmaq biliklərindən istənilən mürəkkəblikdə olan kommersiya məsələlərini həll etmək üçün istifadə edə bilər. Britannica-ya görə, idarəetmə iqtisadiyyatı iqtisadi prinsiplərin kommersiya firmalarında və ya digər idarəetmə vahidlərində qərar qəbul etmək üçün tətbiqidir. Əsas anlayışlar ayrı-ayrı istehlakçıların, firmaların və sənayelərin davranışını öyrənən mikroiqtisadiyyatdan götürülmüşdür ki, bunlara digər təhlil vasitələri də əlavə edilmişdir: məhsullara cari və gələcək tələbatın qiymətləndirilməsi üçün statistik üsullar; mənfəəti artırmaq, xərcləri minimuma endirmək və məhsulların ən sərfəli kombinasiyasını seçmək üçün əməliyyatların tədqiqi və proqramlaşdırma üsulları; qərarlar nəzəriyyəsi və oyun nəzəriyyəsi, menecerlərin fəaliyyət göstərdiyi qeyri-müəyyənlik və qeyri-müəyyən bilik şərtlərini tanıyaraq, investisiya imkanlarını qiymətləndirmək üsullarını sistemləşdirmək.
İdarəetmə şəbəkəsi