X-Force

ISS (Internet Security Systems) şirkətində informasiya təhlükəsizliyi sahəsində ekspertləri birləşdirən elmi-tədqiqat qrupu. ISS şirkətini 1994-cü ildə CERT/CC koordinasiya mərkəzinin təşkilatçılardan biri olan Kristofr Klaus yaratmışdı. X-Force qrupu aparat və proqram vasitələrinin test edilməsini həyata keçirir və bu tədqiqtların nəticələri boşluqlar və təhdidlər bazasında yerləşdirilir (ISS X-Force Threat and Vulnerability Database).
X.509
XACML
OBASTAN VİKİ
Delta Force
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D) geniş yayılmış adları ilə Delta , Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group (Mübarizə Tətbiqləri Qrupu) olaraq adlandırılan, elit Special Operations Force (SOF) (Xüsusi Əməliyyat Qüvvələri) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - (US Army) ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir. Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Charles Beckwith İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi “Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır” düşüncəsini təqdim etdi və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni qurdu. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartalın Pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.
Force India
Force India-Formula-1 komandası. Hindistanlı iş adamı Vijay Mally Spiker komandasını satın aldıqdan sonra 2007-ci ilin oktyabr ayında yaradılıb.2009-cu ildə Belçika Grand Prix'inde Giancarlo Fisichella komandanın ilk polunu qazandı və yarışda Ferrari'den yalnız Kimi Raikkonenin gerisində ikinci sırada iştirak etdi. Monako Qran Prisində Force India 2008-ci ilin mövsümündə xal qazana biləcək yeganə şansa sahib idi. Yarışın başlamasına qədər yağış yağdı. Yarışın gedişində bir çox sürücü səhv edilərkən, çoxları qəzaya düşdü və ya yanlış strategiyanı seçdi.Adrian Sutil yarışa demək olar ki, qüsursuz qalmışdı və yarışın sonunda dördüncü yerdədir və ciddi üstünlüklərə sahib idi. Ancaq kazadan sonra Niko Rosberq yolda təhlükəsizlik avtomobilini buraxdı. Yarışların yenidən başlamasından əvvəl yarışçılar arasında boşluqlar azaldı, Adrian Sutil Ferrari sürücüləri Felipe Massa və Kimi Rəykkönen arasında idi.Adrian Sutil yarisi boksda tamamladi. Oktyabrın 17-də təşkil edilən mətbuat konfransında Vijay Malia, komandanın ortağı olan Adrian Sutil və Giancarlo Fisichella ilə 2009 mövsümündə müqavilələrin uzadılması mövzusunda razılaşdı. 2008-ci ilin sentyabrında ilk məlumata görə, Hindistan komandası gələn mövsümdə motorların təchizatçısını dəyişə bilərdi, Ferrari xidmətindən imtina etdi [10]. Bunun səbəbi gələn ildən etibarən komandalara KERS kinetik enerji bərpa sistemlərini istifadə etməsi təlimatlandırıldığı halda, Force Hindistan bu sistemləri təmin etmək üçün İtalyan qrupu ilə müqavilə yox idi.
Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir. 2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur.
Tiger Force
"Tayger Fors" (ing. Tiger Force; hərf. "Pələng" dəstəsi) — ABŞ ordusunun xüsusi hərbi hissəsi. Vyetnam müharibəsi zamanı mövcud olmuşdur. Partizanlar ilə mübarizə aparmaq üzrə ixtisaslaşmışdır. 1967-ci ildə bir sıra hərbi cinayətlərdə iştirakı ilə şöhrət qazanmışdır. ABŞ jurnalistləri Maykl D. Sallah və Mitç Vayss hərbi birləşmənin törətdiyi müharibə cinayətlərini tədqiq etmişdir. Vyetnam Xarici İşlər Nazirliyi Sallah və Vayssin tədqiqatının dərcindən dərhal sonra ona cavab vermək niyyətində olmadığını bildirmişdi. 2006-cı ildə Sallah və Veyssin araşdırmaları haqqında «Tiger Force: A True Story of Men and War» adında kitab buraxılmışdır. Статьи о «Тайгер Форс» в «Толедо Блэйд» (ing.) John Kifner.
X
X – hər hansı ədədi bildirən əvəzləyici. Məsələn, MS-DOS 6.x yazılışı MS-DOS əməliyyat sisteminin 6-cı versiyasının bütün buraxılışlarını – 6.0, 6.1, 6.2, 6.22 və s. bildirir. X oxu - (ing. x-axis, ru. ось x) – qrafikdə, diaqramda və b. üfüqi koordinat oxu. Latın qrafikalı Azərbaycan əlifbasında 12-ci hərf, 23 samitdən biri. Kar samitdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Brute-Force hücumu
Brute-Force hücumu — Güclü məlumat axının təsiri ilə e-poçt, sosial şəbəkə və s. hesab şifrələrinin qırılmasına kömək edən hücum üsulludur. == Haqqında == Brute-Force hücumu daxilində şifrə haqqında heç bir məlumat məlum deyil. Sadəcə bəlli bir ardıcılığın köməyi ilə şifrə sürətli məlumat axınının təsiri ilə qırılır. (məsələn: 121121, 121122, 121123, 121124, 121125, 121126, 121127, 121128, 121129, 121130 və s. Bu ardıcılığlar internetin sürəti ilə sürətlənir: Internet sürəti 128kb/san olarsa, səhifənin həcmi 12kb olarsa. 128:12=10 belə olduqda saniyədə 10 şifrə yoxlanır.) Bu hücum iki formaya bölmək olar: Əl ilə və ya Xüsusi şifrə ardıcılığı daşıyan faylın köməyi ilə. Şifrə qırıldığda fayla siqnal ötürülür və əməliyyat dayanır. Brute-Force hücumundan şifrə nə güclü (8-64) olarsa, qırılma müddəti o qədərdə artacaq. Şifrə ardıcılığı daşıyan fayl nə qədər böyük olarsa, sistem o qədər sizin qarşınızda zəif olacaqdır.
Malcolm X
Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz ; 19 may 1925[…], Omaha, Nebraska – 21 fevral 1965[…], Manhetten, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər. Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir.
Malkolm X
Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz ; 19 may 1925[…], Omaha, Nebraska – 21 fevral 1965[…], Manhetten, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər. Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir.
OS X
macOS — personal kompüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
TF-X
TF-X - Türkiyənin 5-ci nəsil qırıcı təyyarə layihəsi. İlkin olaraq TF-X-in 2023-cü ildə uçuşa hazır olmasının hədəf götürüldüyü bildirilsə də, sonradan bu tarix 2025-ci ilə təyin olunub. Təyyarənin mühərriki Böyük Britaniyanın BAE Systems şirkəti ilə birlikdə hazırlanır. Mühərrik İnkişaf Etdirmə proqramı çərçivəsində Türkiyənin “TR Motor” şirkəti isə mühərriklərin kritik alt sistemi və komponentlərini inkişaf etdirəcək.
VLVO/X
Vikipediya:VikiLayihə Video oyunların Xəbərlər departamentinə xoş gəlmisiniz! Bu səhifə Video oyunlar VikiLayihəsi ilə əlaqədar xəbərləri əhatə edir. Səhifədə video oyunlarla bağlı məqalələrin və siyahıların laboratoriyaya verilməsi, aldığı və ya ala bilmədiyi statuslar barədə məlumat verilir. Xəbərləri oxumaq üçün bu səhifəyə daxil olun.
X-23
İks-23 (ing. X-23) — Marvel Comics tərəfindən yaradılmış xəyali super qəhrəman. İlk dəfə 2004-cü ildə "X-Men: Evolution" çizgi filmində, daha sonra "NYX" komiksinin 3-cü buraxılışında peyda olmuşdur. Şimal porsuğu kimi yeni silah hazırlamaq məqsədiylə Martin Satter məşhur genetik Sara Kinniyə onun oxşarını (klonu) yaratmaqa dəvət edir. Nəticədə Y-xromosomunu xilas edə bilmədiyinə görə qadın oxşarını yaratdı. Əvəldən Zander Rays buna razı olmadı, amma Martindən razılıq alan Sara layihəni davam etdirdi. Daha sonra Rays bunu öyrəndikdən sonra onu cəzalandırmaq məqsədilə ona qulaq asmadığına görə uşaqın daşıyıcısı olmasına məcbur etdi. Bağlı qapıda yetiştirilən X-23 silah kimi istifadə etməyə hazırlayırdılar, amma Kinni əllindən qələn hər şeyi edirdiki o silah kimi yox, insan kimi yetişdirsin. Yeddi ildən sonra Zander Rays mutasiyanı gücləndirmək üçün şüalanmayaş, daha sonra isə onun caynaqlarını adamantiumla ortdü. Daha üç ildən sonra isə onu ilk tapşırıqına göndərdi — prezidentliyə namizəd olan Qreq Consonu öldürmək idi.
X-Files
Məxfi materiallar (ing. X-Files) – 1993-cü illərdə çəkilən populyar fantastik,dram,elmi-uydurma janrında olan seriallardır.Serialın çəkilməsi 1993-cı ildən başlanmış, 19 may 2017-ci ildə başa çatmışdır. Bu vaxt ərzində 202 seriya çəkilmişdir. Filmin ideyası,prodüserliyi Kris Karter -ə mənsubdur. Məxfi materiallar serialı ilk dəfə ABŞ-nin "Fox" Crime kanalında yayımlanmışdır. Ardınca digər ölkələrin bir çox kanallarında yayımlanmağa başladı.Türkiyede TGRT-den, Azerbaycanda 2001 ci illerde Ans tv de yayınlanmışdı. Həqiqət hardasa yaxındadır (ing. The Truth is Out There) Onlar baxırlar (ing. They’re watching) Heç kimə inanma (ing. Trust No One) Yalana inan (ing.
X-ONE
"X-ONE" (əvvəllər "X360") — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" və "Xbox One" üçün nəzərdə tutulmuş videooyun jurnalı. Jurnalda xəbərlər, önizləmələr, resenziyalar öz əksini tapırdı. "X360" adı ilə təsis edilən jurnal ilk növbədə, "Highbury Entertainment"in ləğv olunmuş "XBM" nəşrinə əlavə olaraq daxil edilmişdi, lakin "Xbox 360"ın satışa çıxarılmasından əvvəl, 2005-ci ilin oktyabrında aylıq jurnala çevrilmişdir. Bu, "Highbury Entertainment"in ən böyük buraxılışı idi və aşağı səviyyəli marketinq üçün 200 min funt sterlinqdən çox məbləğ xərclənmişdir. 2013-cü ilin oktyabrında "X360" jurnalının adı 104-cü nömrəsində "X-ONE" olaraq dəyişdirilmişdir. Jurnal 2015-ci ilin noyabr ayından nəşrini dayandırmışdır.
X-Play
X-Play, GameSpot TV və Extended Play — Video oyunlar haqqında televiziya proqramlarından biridir. Bu proqramın əsası Kaliforniya ştatında San-Fransisko şəhərində qoyulmuşdur. İllər keçdikcə proqramın adı dəyişilmişdir. Proqramın əsası 1998-ci ildə qoyulmuşdur.
X-hündürlük
x-hündürlük (ing. x-height, rus. x-высота) — poliqrafiyada: sətri (adi) hərflərin əsas hissəsinin hündürlüyü. x-hündürlük qiymətinə simvolların sətiraltı və sətirüstü elementlərinin ölçüləri daxil deyil. Adətən, hərflərin bir çoxunda uzun, yaxud qısa üst və alt çıxıntılar olduğundan, "x", yaxud "z" hərfinin hündürlüyü şriftin ölçüsü haqqında daha gerçək təsəvvür yaradır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
X.25
X.25 şəbəkələri — bu gün korporativ şəbəkələrin qurulması üçün istifadə olunan paket kommutasiyalı ən geniş yayılmış şəbəkələrdir. Bunun əsas səbəbi odur ki, uzun müddət X.25 şəbəkələri kommersiya tipli paket kommutasiyalı yeganə şəbəkə olub və şəbəkənin hazırlığı səviyyəsinə zəmanət verirdi. Bundan əlavə X.25 şəbəkələri etibarlı olmayan xətlərdə kanal və şəbəkə səviyyəsində səhvlərin aşkar edilməsi və korreksiyasını quran protokol hesabına yaxşı işləyir. X.25 – Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) paket kommutasiyalı şəbəkələrə erişməyin kommunikasiya protokolları üçün standartları müəyyənləşdirən tövsiyələri. Bu kommunikasiya protokolu verilənlərin paketlər şəklində elə təşkilini nəzərdə tutur ki, hər bir paketdə verilənləri göndərən və alanın idendifikatoru olur. Başqa sözlə, hər bir paketdə göndərən-kompüter və alan-kompüter haqqında informasiya olur.' X.25 şəbəkəsi yüksək sürətli ayrılmış kanala birləşən paketlərin kommutasiyası funksiyasını yerinə yetirən S (Switch)- kommutatorlarından ibarətdir. Asinxron start-stop terminalları (T) şəbəkəyə PAD qurğuları vasitəsilə qoşulurlar. Onlar daxili və ya uzaqlaşdırılmış ola bilər. Daxili PAD adətən kommutatorun (S) içərisində yerləşir. Terminallar daxili PAD qurğusuna asinxron modemlə telefon şəbəkəsi vasitəsilə birləşirlər.
X.com
X.com — 1999-cu ilin noyabr ayında İlon Mask və qardaşı Kimbal Mask tərəfindən qurulmuş onlayn bankdır. Şirkət 2000-ci ildə Confinity ilə birləşərək PayPal olaraq adını dəyişmişdir. Şirkətin investoru Qreq Kouri olmuşdur. X.com 14 iyul 2017-ci ildən bəri saytın sol yuxarı küncünd sadəcə "x" hərfi olan boş ağ səhifədən ibarətdir.
X Kristian
X Kristian (tam adı: Kristian Karl Frederik Albert Aleksandr Vilhelm; 26 sentyabr 1870[…] – 20 aprel 1947[…], Amalienborq[d], Kopenhagen, Danimarka) — 1912-1947-ci illərdə Danimarka kralı, həmçinin 1918-1944-cü ildə ilk və tək İslandiya kralı olan şəxs. 1870-ci ildə, Danimarka kralı VIII Frederik və İsveç şahzadəsi Luiza Evgeniyanın ailəsində doğulmuşdu. Ana tərəfdən babası XV Karl idi. Doğulanda atası hələ vəliəhd şahzadə idi və qardaşlarının ən böyüyü idi. 1889-cu ildə imtahan verərək gimnaziyaya daxil olmuş ilk Danimarka kralı olmuşdur. 26 aprel 1898-ci ildə Meklenburq-Şverin hersoqu III Fridrix Fransın qızı Aleksandrina ilə Kann şəhərində evlənmişdir. İki övladı olmuşdur: Şahzadə Frederik (1899-1972) Şahzadə Knud (1900-1976) 1905-ci ildə Norveç müstəqilliyini elan edəndə, Kristianın kiçik qardaşı Haakon, VII Haakon adı ilə Norveç kralı elan olundu. 29 yanvar 1906-cı ildə kral IX Kristianın ölümündən sonra atası VIII Frederik taxta çıxdı və Kristian vəliəhd təyin olundu. 14 may 1912-ci ildə atasının Hamburqda qəfil ölümündən sonra X Kristian adı ilə taxta çıxdı. 1920-ci ildə Versal sülh müqaviləsinin şərtlərinə görə Şlezviq vilayətində referendum keçirildi və referendum nəticəsində Şimali Şlezviq Danimarkaya, Mərkəzi və Cənubi Şlezviq isə Almaniyaya birləşdi.
X Piy
X Piy (İtalyanca: Giuseppe Melchiorre Sarto) (d. 2 iyun 1835, Venetia, Avstriya imperiyası - 20 avqust 1914, Vatikan) - 4 avqust 1903 və 20 avqust 1914 tarixləri arasında Roma-Katolik Kİlsəsinə başçılıq edən 257. Roma Papasıdır. Giuseppe Melchiorre Sarto 2 iyun 1835 tarixində Avstriya imperiyası sərhədləri daxilində yerləşən, İtaliyanın şimalındakı Venetia bölgəsində dünyaya gəlmişdir. O, kənd poçtalyonu olan Giovanni Battista Sarto (1792–1852) və evdar qadın Marqarita Sansonun (1813–1894) 10 övladından ikincisi idi. 3 iyun 1835 tarixində vəftiz olunan Giuseppe yoxsul bir ailədə böyüsə də, mükəmməl təhsil almışdır. Giuseppe`nin 3 qardaşı və 3 bacısı var idi. Ancaq gələcəkdə yüksəldiyi vəzifələrə baxmayaraq ailə fərdlərinə qarşı heç bir imtiyaz görməmişdir. Qardaşlarından biri yaşadıqları bölgənin kənd poçtalyonu, digər qardaşının oğlu isə kənd keşişi olaraq yaşadı. Bacıları isə heç vaxt evlənməmiş və kilsədə rahibə olaraq yaşamışdır.
X Yuhənna
X Yuhənna (ərəb. يوحنا العاشر‎), əsl adı Hani Yazici (ərəb. هاني يازجي‎; d. 1 yanvar 1955, Laziqiyyə) — Antioxiya Pravoslav Kilsəsinin indiki patriarxı (2013-cü ildən). X Yuhənna 1955-ci ildə əl-Laziqiyyədə dünyaya gəlmişdir. Tişrin Universiteti, əl-Bələmənd Universiteti və Saloniki Aristotel Universitetini bitirib. 17 dekabr 2012-ci ildə Antioxiya Pravoslav Kilsəsinin patriarxı seçilmişdir.
X İnnokenti
X İnnokenti (lat. Giovanni Battista Pamphili; 6 may 1574, Roma, Papa dövləti – 7 yanvar 1655[…], Roma, Papa dövləti) — Roma papası.
X əsr
X əsr — 900-cü ilin ilk günündən sonra başlayır. İlk günü 900-cü ilin 1 yanvar tarixi, son günü isə 999-cu ilin 31 dekabrıdır. X əsrdən sonra isə XI əsr gəlir.
X-effektivliyi
X-effektivliyi (ing. X-Efficiency ) — 1966-cı ildə amerikalı iqtisadçı Harvi Leybenşteyn tərəfindən təklif olunan iqtisadi agentin fəaliyyətinin effektivliyi konsepsiyası (nəzəriyyəsi), təşkilati təkmilləşdirmələri stimullaşdırmaq, işçilərin motivasiyasını artırmaq və digər daxili amillərlə müəyyən bir texnologiya ilə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq qabiliyyətini təmsil edir. təkmilləşdirmələr. 1966-cı ildə Harvi Leybenstaynin "Ayrılma Effektivliyi X-Effektivliyinə qarşı" məqaləsi nəşr olundu və burada ilk dəfə firma performansının yeni konsepsiyası təqdim edildi. X-effektivliyi — iqtisadi agentin (firmanın) təşkilati təkmilləşdirmələri stimullaşdırmaq, işçilərin və menecerlərin motivasiyasını artırmaq, işə qəbul və işdən azad etmək də daxil olmaqla geniş çeşidli biznes qərarlarının təkmilləşdirilməsi yolu ilə müəyyən bir texnologiya ilə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq bacarığı; yüksəlişlər, maaşlar və bonuslar, məkanın təşkili, mebel seçimi, telefonlar, parkinq yerləri və s. Mövcud resurslar dəsti və ən yaxşı texnologiya ilə mümkün olan maksimum məhsulu istehsal edən firmanın fəaliyyəti X-səmərəli adlanır. Əgər buna nail olunmursa, o zaman firmanın X-səmərəsizliyi var. Fərdlər və ya firmalar heç vaxt bacardıqları qədər yaxşı çıxış etmirlər. Məhsulun artımının mənbələrindən biri X-effektivliyin üç elementidir: daxili motivasiya səmərəliliyi, xarici motivasiya səmərəliliyi və qeyri-bazar resurslarının səmərəliliyi. Klassik bölüşdürmə (paylayıcı) səmərəliliyin konsepsiyasından fərqli olaraq, X-effektivliyi sistemdə resursların yenidən bölüşdürülmədiyi, lakin məhsulların istehsalı üçün verilmiş resurslar toplusunun istifadə edildiyi şərtləri nəzərə alır.
X xəstəliyi
X Xəstəliyi epidemiyaya və ya pandemiyaya səbəb ola bilən nəzəri naməlum patogenin adıdır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2018-ci ilin fevral ayında dərman və ya müalicə vasitələrinin təcili işlənib hazırlanmasını tələb edən patogenlər və xəstəliklərin siyahısı üçün qəbul edilmişdir. Beləliklə, belə bir təyinat ÜST tərəfindən planlaşdırmanın optimallaşdırılması və onun çevikliyi çərçivəsində yeni və naməlum patogenə təcili uyğunlaşa bilmək, peyvəndin və ya müalicənin hazırlanmasına sürətlə başlamaq üçün qəbul edilmişdir. 2015-ci ilin may ayında hipotetik pandemiyaya hazırlıq zamanı ÜST üzvləri virusun yayılmasının aşkarlanması ilə peyvəndlərin təsdiqi və inkişafı arasındakı vaxtı azaltmaq üçün vahid strategiya yaratmaq məqsədilə epidemiyanın qarşısının alınması üzrə tədqiqat və inkişaf üçün vahid plan və müalicələr təklif etdilər. Məqsəd epidemiyanın pandemiyaya və ya ictimai sağlamlıq fəlakətinə çevrilməməsi idi. Planın diqqəti çoxlu profilaktika variantlarının mövcud olacağı ən ciddi ortaya çıxan infeksiyalara yönəldilmişdir. Belə bir planın hazırlanması çərçivəsində siyahıları və planı tərtib etmək üçün ÜST-nin R&D Blueprint Elmi Məsləhət Qrupu yaradılmışdır. 2015-ci ildən ÜST hər il mümkün epidemiyalar zamanı əhalini qorumaq üçün müalicə və peyvəndin təcili axtarışını tələb edən 10-a qədər ən təhlükəli xəstəliyi nəşr etdirir. Üç il sonra, 2018-ci ilin fevralında, oxşar planın hazırlanması üçün Cenevrədə keçirilən illik toplantının bir hissəsi olaraq, gələcək pandemiya və epidemiyaların mümkünlüyünü qəbul edərək, "Xəstəlik X" terminini naməlum bir hipotetik patogenlərin geri qaytarılması kimi sadaladı. ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Faucinin sözlərinə görə, planlaşdırmanın bir hissəsi kimi naməlum hipotetik patogen üçün termin yaratmaq konsepsiyası ÜST-ə (və digər təşkilatlara) tədqiqatlarını xüsusi viruslar və ya ştammlar üzərində cəmləşdirməyə imkan verəcək.