XAS
XAS
OBASTAN VİKİ
Elməddin Xasayev
Kamil Xasiyev
Kamil Xasiyev — Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin keçmiş fövqəladə və səlahiyyətli səfiri. == Haqqında == Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 24 noyabr 2010 tarixli sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə Kamil Xasiyev Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.
Kommutativlik xassəsi
Kommutativlik - Binar əməliyyatın ödəyə biləcəyi xassədir. Əgər binar əməliyyat olaraq "vurma" götürsək onda, kommutativlik xassəsini belə yazmaq olar: a {\displaystyle a} b {\displaystyle b} = b {\displaystyle b} a {\displaystyle a} Kommutativlik yunanca qarışdırmaq deməkdir. Buna görə kommutativlik yerdəyişmə qanunu da adlandırırlar. Kommutativlik qanununa tabe olan əməliyyatlara ədədlərin toplanması və vurulmasını, çoxluqların birləşməsi və kəsişməsini, təkliflərin düzyunksiya və konyuksiyasını göstərmək olar. Kommutativlik qanununa tabe olmayan əməliyyatlara nümunə olaraq ədədlərin çıxılmasını və bölünməsini göstərmək olar. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Könül Xasıyeva
Konül Xasıyeva (17 mart 1968, Şəki) — Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın Xalq Artisti == Həyatı == Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəki şəhərində anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsinin qalibi olmuşdur. 1981–1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986–1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur. Könül Xasıyeva 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Karyerası == Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.
Nadir Xasiyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Nadir Xasıyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Nüsrətəddin Xassbəy
Nüsrətəddin Xassbəy Arslan Abe (?—1174) — Ağsonquri hökmdarı [1133/34—1174], Marağa hakimi Ağsonqurun oğlu. 1161/62 ildə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldəgəzlərin tabeliyindən qurtarmaq maqsədi ilə Nüsrətəddin Xassbəy mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və atabəyi olduqu Səlcuq şahzadəsi Mahmudun sultan elan olunmasına çalışırdı. Məhz buna görə də Marağaya hücuma keçən Eldəgəzlər Nüsrətəddin Xassbəyi hakimiyyətdən uzaqlaşdırıb, yerinə oğlu Əlaəddin Körpə Arslanı təyin etdilər.
Polimerlərin xassələri
Polimerlər yunanca "poli" – cox, "meros" – hissəcik deməkdir — çoxlu sayda təkrarlanan hissəciklərdən ibarət olan yüksəkmolekullu birləşmələrdir. Polimerləri təşkil edən bu hissəciklər elementar quruluş vahidləri adlandırılır. Bu elementar quruluş vahidlərinə müvafiq gələn, polimerlərin sintez edilməsi üçün sərf edilən ən azı bifunksional maddələrə və ya polimeri təşkil edən hər bir zərrəciyə monomerlər deyilir. Polimerlər öz xassələrinə görə alındıqları monomerlərdən kəskin fərqlənir. Bu isə polimerlərə müstəqil maddələr kimi baxmağa imkan verir. Polimerlər bərk və maye aqreqat hallarında olur. Kiçik molekullu birləşmələrdən fərqli olaraq onlar qaz halında olmurlar. Buna səbəb böyük molyar kütləyə malik makromelekullar arasında çoxlu sayda qarşılıqlı cazibə qüvvələrinin olmasıdır. Makromolekulları bir-birindən ayırmaq üçün polimeri çox yüksək temperatura qədər qızdırmaq tələb olunur. Bu temperatura davam gətirməyən polimer qaynama temperaturuna çatmamış parçalanır, yəni destruksiyaya uğrayır.
Qoşaqışlaq-i Xasayi (Biləsuvar)
Qoşaqışlaq-i Xasayi (fars. قوشاقشلاق خاصاي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 14 nəfər yaşayır (4 ailə).
Rauf Xasayev
Xasayev Rauf Murtuzəli oğlu - texnika elmləri doktoru, professor Xasayev Rauf Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mexanika fakültəsini fərqlənmə ilə bitirdikdən sonra, "Azərdənizneftkəşfiyyatı" trestində qazıma briqadasında fəhlə, qazmaçı köməkçisi və qazıma işləri idarəsində baş mühəndis işləmişdir. 1958-1960-cı illərdə Azərbaycan BK LKSM-də təlimatçı və şöbə müdiri olmuşdur. 1960-1967-ci illərdə Neft Sənayesi Nazirliyi "Xəzərdənizneftkəşfiyyat" qazıma işləri idarəsində istehsalat-texniki idarəsinin rəisi olmuşdur. 1964-1965-ci illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunun aspirantı olub. 1965-cı ildə "Yuyucu qazıma məhlullarının hərəkəti zamanı hidravlik itkilərin tədqiqi və quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-1969-cu illərdə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında baş müəllim, AzNKİ-nun "Neft və qaz yataqlarının işlənilməsi" kafedrasında dosent kimi çalışıb. 1969-1989-cu illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunda laboratoriya rəhbəri, 1989-cu ildə isə elmi işlər üzrə direktor müavini işləyibdir. 1986-cı ildə "İstilikqazohidrodinamika, yuyucu məhlullar problemlərinin tədqiqi və quyuların salınması prosesindəki mürəkkəbləşmələrlə mübarizə üsullarının işlənilməsi üçün ölçülərin işlənilməsində tətbiq edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1991-1996-cı illərdə "Əməyin və ətraf mühitin mühafizəsi", "Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedralarının rəhbəri, 1996-1999-cu illərdə isə AzPİ-nun kafedrasında professor olmuşdur.
Ruslan Xasbulatov
Ruslan İmranoviç Xasbulatov (çeç. Хасболтера Ӏимранан кӏант Руслан, rus. Русла́н Имранович Хасбула́тов; 22 noyabr 1942, Qroznı – 3 yanvar 2023, Mojaysk rayonu[d], Moskva vilayəti) — çeçen əsilli Rusiya siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), Rusiya Federasiyası Ali Sovetinin son sədri, əvvəlcə Rusiyanın birinci prezidenti Boris Yeltsinin tərəfdarı, sonra əsas rəqibi və 1993-cü ilin oktyabr ayınadək Rusiya konstitusiya böhranının fəal iştirakçısı; 1994-cü ildə "professor Xasbulatovun Çeçenistandakı Sülhməramlı Missiyası"nın təşkilatçısı idi. 1994-cü ildən Plexanov adına Rusiya İqtisad Universitetində dünya iqtisadiyyatı kafedrasının müdiri. 22 noyabr 1942-ci ildə Qroznı şəhərində anadan olmuşdur, əsli Çeçen-İnquş MSSR-in Xaraçoy kəndindən gəlir. Çeçenlərin deportasiyasından sonra Qazaxıstana köçürülmüşdür (Şimali Qazaxıstan vilayəti, Bulayevo rayonu, Poludino kəndinə) və uşaqlığı və gənclik illəri orada keçmişdir. 1962-ci ildə Moskvaya yollandı və 1965-ci ildə orada Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdi, 1970-ci ildə həmin universitetin iqtisadiyyat fakültəsinin aspiranturasını bitirdi. 1970-ci ildə Moskva Dövlət Universitetinin ixtisaslaşdırılmış elmi şurasının iclasında namizədlik dissertasiyasını, 1980-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1978-ci ildən Plexanov adına Rusiya İqtisad Universitetində dərs deyir. Yenidənqurma dövründə SSRİ Nazirlər Soveti sosial inkişaf üzrə Bürosunun elmi şurasının üzvü idi, icarə haqqında qanunun hazırlanmasında fəal iştirak edirdi.
Röyal Xasıyev
Samir Xasıyev
Samir Zirəddin oğlu Xasıyev (23 aprel 1973, Bakı – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. Şəhid Xasiyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. Əslən Tovuz rayonu Düz Qırıqlı kəndindəndir.1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada (indiki Gəncə) şəhərinə köçdükləri üçün Samir təhsilini M.Müşfiq adına 14 saylı Beynəlminəl orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. Əmək fəaliyyətinə 1991-ci ildə "Bakı Soyuducular" zavodunda başlamışdır. Həmin ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. Həmin ildə Bakı şəhəri Nərimanov rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə gedir, Pirəküşküldə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanır.
San-Xasinto müharibəsi
San-Xasinto müharibəsi (ing. Battle of San Jacinto; isp. Batalla de San Jacinto) - 1836-cı ilin 21 aprel tarixində Texas Respublikası ilə Meksika arasında La porte yaxınlığında baş vermiş müharibə. San-Xasinto müharibəsi cəmi 18 dəqiqə davam etmiş və nəticədə Meksika ordusu məğlub edilmişdir. Müharibədən sonra Texasın Meksikadan ayrılmaq prosesi rəsmən başa çatmışdır. La porte yaxınlığındakı döyüş eyni zamanda Texas İstiqlal müharibəsinin sona çatdırılması ilə də əlamətdardır.
Səbinə Xasayeva
Səbinə Səməd qızı Xasayeva (qızlıq soyadı: Süleymanova; 30 mart 1993, Bakı) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI çağırış deputatı. Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb. İngilis və norveç dillərini bilir. Evlidir, 2 övladı var. Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir. 2015-2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.
Səbuhi Xasayev
Səbuhi Xasayev (əsgər)
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Xasa Vəliyev
Vəliyeva Xasa Cahangir qızı (1909, Şərur-Dərələyəz qəzası – 2 iyun 1984, İliç rayonu) – əmək qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1949). 1909-cu ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. Əmək fəaliyyətinə başladığı vaxtdan kolxozçu, 1958-ci ildən manqa başçısı işləmişdir. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1984-cü il iyun ayının 2-də vəfat etmişdir. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi.
Xasabad (Üskü)
Xasabad (fars. خاص اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.252 nəfər yaşayır (344 ailə).
Xasabağ
Hacıməlik (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əli Bayramlı inzibati ərazi vahidinin Əzizbəyov kəndi və Quşqara kənd inzibati ərazi vahidinin Xasobağ qəsəbəsi vahid yaşayış məntəqəsi kimi şəhər tipli qəsəbə kateqoriyasına aid edilmiş, şəhər tipli Əzizbəyov qəsəbəsi mərkəz olmaqla Əzizbəyov qəsəbə ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə, Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Hacıməlik qəsəbəsini təşkil edən keçmiş Xasabağ qəsəbəsi Gəncə şəhəri yaxınlığında yerləşir. Qəsəbəni 1960-cı illərdə Nizami adına sovxozun üçüncu Şöbəsi yanında vaxtilə Gürcüstandan Orta Asyaya surgun edilmiş və sonralar Azərbaycana gəlib burada məskunlaşmış türklər Xasabağı adlı ərazidə salmışlar. Yerli əhalinin məlumatına görə, Xasa buradakı bağın sahibinin adı olmuşdur. Oykonim "Xasanın bağı" mənasındadır.
Xasadarlı
Xasadarlı (İraq)
Bəd xassəli şiş
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.
Nüyvər Xasıyeva-Quliyeva
Nüyvər Xasıyeva-Quliyeva (tam adı: Nüyvər Xəlil qızı Xasıyeva-Quliyeva; d. 1929, Nuxa qəzası) — sovet dövrü Azərbaycan tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1950). == Haqqında == 1929-cu ildə Azərbaycan SSR-in Nuxa qəzasının Bideyiz kəndində anadan olub. 1944-cu ildən kolxozçudur. 1961-ci ildə Şəki rayonunun Karl Marks adına kolxozunun kolxozçusudur. 1949-cu ildə 3 hektarlıq sahədə hər hektar üzrə 24.3 sentner olmaqla "Samsun" tütün sortu əldə etmişdir. SSRİ Ali Sovetinin Prezidiumunun qərarı ilə 17 iyun 1950-ci ildə yüksək tütün məhsulu əldə etməsinə görə 1949-cu ildə Quliyeva Nuyvar Xəlil qızı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni və "Çəkic və Oraq" qızıl medalı ilə təltif edilmişdir. 2002-ci ildən prezident təqaüdçüsüdür.

Значение слова в других словарях