Samir Xasıyev

Samir Zirəddin oğlu Xasıyev (23 aprel 1973, Bakı17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı.

Samir Xasıyev
Samir Zirəddin oğlu Xasıyev
Şəxsi məlumatlar
Doğum tarixi 23 aprel 1973(1973-04-23)
Doğum yeri
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (21 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Zirəddin Xasıyev
Hərbi fəaliyyəti
Rütbəsi Leytenant
Təltifləri "Qızıl Ulduz" medalı

Şəhid Xasiyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. Əslən Tovuz rayonu Düz Qırıqlı kəndindəndir.1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada (indiki Gəncə) şəhərinə köçdükləri üçün Samir təhsilini M.Müşfiq adına 14 saylı Beynəlminəl orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. Əmək fəaliyyətinə 1991-ci ildə "Bakı Soyuducular" zavodunda başlamışdır. Həmin ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. Həmin ildə Bakı şəhəri Nərimanov rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.

Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə gedir, Pirəküşküldə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanır.

Samirin erməni qəsbkarlarına qarşı ilk döyüşü Ağdamın Mərzili kəndindən başlamışdır. 1993-cü ildə Füzuli, Ağdam, Ağdərə və Tərtərdə düşmənə qarşı döyüşlərdə iştirak etmişdir.

Samir düşmənin xeyli canlı qüvvəsini, tankını məhv etmişdir. Bu müddət ərzində bir neçə dəfə yaralansa da, döyüş bölgələrini tərk etməmişdir. İgidliyinə, şücaətinə görə ona komandanlıq tərəfindən fəxri fərmanlar, mükafatlar verilmişdir. Müdafiə naziri şəxsən özü bu cəsur döyüşçünü mükafatlandırmışdır. Samirin qoluna Azərbaycan ordusu saatı bağlamışdır.

Samirin gərgin döyüşlərindən biri də Tərtər cəbhəsində oldu. Ölümündən sonra qorxmayan Samir bir neçə dəfə düşmən mühasirəsini yarıb əsgərlərimizi xilas etmişdir. Həmin döyüşdə kontuziya almışdır. Bacarıqlı, səriştəli komandirlik fəliyyətinə görə Samirə 10.000 (on min) manat pul mükafatı verdilər və sonra onu 2 aylıq qısa müddətli zabitlər kursuna göndərdilər. Samir bu təlim məşq kursunda da seçilirdi. Ona Leytinant rütbəsi verildi. Az müddət ərzində özünə məxsus bir bölük yaratdı.

1994-cü ildə məlum Gəncə qiyamına qarşı keçirilən əməliyyatların fəal iştirakçısı olmuşdur. Bu hadisədən sonra alay komandiri onu "Hərbi Xidmətlərinə görə" medalına təqdim etmişdir.

Leytenant taqım komandiri Samirin 1995-ci ildə son döyüşü Bakınin 8-ci km qəsəbəsində oldu. 17.03.1995-ci ildə Samir Dövlət Çevrilişinin qarşısını alarkən qəhrəmancasına Şəhid oldu.

Hörmətli Prezidentimiz Samirin əməyini yüksək qiymətləndirdi. Ona 04.04.1995-ci il tarixli fərman ilə ən yüksək ad Azərbaycanın Mlli Qəhrəmanı adı verildi.

Nərimanov rayonunda sabiq Montin adına mədəniyyət və istirahət parkına Samirin adı verilib. Həmin parkda büstü qoyulub.

Samiri ikinci Şəhidlər Xiyabanında dəfn ediblər.

Subay idi.