xaçlanmaq
xaçpərəst
OBASTAN VİKİ
Dədəli (Xaçmaz)
Dədəli — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli kəndi Xaçmaz rayonunun qədim kəndlərindən biridir. Məskunlaşma tarixi IX-X əsrə təsadüf edən bu kəndin adının mənası “sahibi olan yer” mənasında işlənir. Kəndin adının güman edilən digər mənası: Dədəli, Babalı – yəni köklü, tarixi çox olan kənd deməkdir. Digər rəvayətə görə güman edilir ki, "Dədəli" sözü "Dəhdəli" sözü ilə eynidir. "Dəh dəli" sözündəki "dəh" farscadan "on" deməkdir ki, bu da "on dəli" kimi izah olunur. Bunu da onunla əlaqələndirirlər ki, vaxtı ilə Koroğlunun "on dəlisi" bu ərazidə yaşayıb. Bəzi tarixçilər “Dəh dəli” ifadəsini fars dilindən tərcümədə “on döyüşkən igid” mənasında işləndiyini söyləmişlər. Rəvayətə görə Azərbaycan xanlarından olan Hacı Davud xan 1680-ci ildə bu kənddə anadan olmuşdur. Hacı Davud xan 1721-1728-ci illərdə böyük bir ərazinin xanı olmuşdur.
Gödəkli (Xaçmaz)
Gödəkli (əvvəlki adı: Aleksandrovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aleksandrovka kəndi Ködəkli kəndi adlandırılmışdır.
Günəşli (Xaçmaz)
Günəşli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Gəncəli (Xaçmaz)
Gəncəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Hacılar (Xaçmaz)
Hacılar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur. == Təhsil == Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Həsənqala (Xaçmaz)
Həsənqala — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Qusar rayonunun Həsənqala kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb. 2023-cü ildə Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində aparılan arxeoloji qazıntılar zamanı qiymətli tarixi maddi mədəniyyət nümunələri tapılıb. Aparılan qazıntı işləri zamanı erkən tunc dövrünə aid insan skeleti tapılıb. Maraqlı fakt odur ki, tapılan skeletin ayaq barmaqları olmayıb. Onun eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal olunur. Bundan əlavə arxeoloji qazıntılar zamanı ərazidən eramızdan əvvəl III minilliyə aid bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da aşkarlanıb.
Köhnə Xaçmaz
Köhnə Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müşkür inzibati ərazi vahidində kənd. == Tarixi == Köhnə Xacmaz Samur-Dəvəçi ovalığındadır. 1900-cü ildə Biləcəri-Dərbənd dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xacmaz adı verilmişdi. Köhnə Xacmaz kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün belə adlandırılmışdır. == Təhsil == Kənddə köhnə məktəb var idi. 2012-ci ildə yeni tikilən, 600 şagird yerlik Köhnə Xaçmaz kənd tam orta məktəbi istifadəyə verilib.
Laman (Xaçmaz)
Laman — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçay və Caqacuq çaylarının arasında yerləşir. Qaraçayın cənubunda Caqacuq çayının şimal hissəsində yerləşir. Kəndin içərisindən, mərkəzdən şərqdə Bakı-Yalama dəmir yolu keçir. Laman kəndinin cənub-şərqində kəndə məxsus meşə yer alır. Qaraçay Laman kəndini Ustacəlli kəndindən, Caqacuq çayı isə Laman kəndini Çarxı kəndindən ayırır. Kəndin şərq hissəsində Laman kənd məscidi yerləşir. Əhalisini azərbaycan türkləri təşkil edir və kəndin əhalisinin böyük çoxluğu şiə müsəlmandır. Laman kəndinin tarixi dəqiq bilinmir. Laman kənd qəbirsanliğında qədim dövrlərə aid məzarlar aşkar edilmişdir.
Ləcət (Xaçmaz)
Ləcət — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Maryana (Xaçmaz)
Maryana — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibindəki Maryana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Meşəli (Xaçmaz)
Meşəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Müşkür (Xaçmaz)
Müşkür (əvvəlki adı: Pavlovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Pavlovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pavlovka kəndi Müşkür kəndi, Pavlovka kənd inzibati-ərazi vahidi Müşkür kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Müşviq (Xaçmaz)
Müşviq (əvvəlki adı: Zaliyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müşkür kənd inzibati-ərazi vahid tərkibindəki Zaliyevka kəndi Müşviq kəndi adlandırılmışdır. Yaşayış məntəqəsini XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. Oykonim Zalilar etnotoponiminin ruscaya tərcüməsidir. Kənd Samur-Dəvəçi ovalığında yerləşir.
Məmmədxanlı (Xaçmaz)
Məmmədxanlı (keçmiş İlxıçı) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd. Məmmədxanlı kəndi Ərəb, Hacılar, Keymərəz, Qalağan və Sayad kəndləri ilə birlikdə Qalağan kənd bələdiyyəsinin idarəetməsi altındadır. Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur. Kənd bəzi mənbələrdə İlxıçı Məmmədxan və ya İlxıçı kimi də adlandırılmışdır. İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar (İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz qəbiləçilik təşkilatlarını unudaraq, başqa türk əhalisiylə qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən başqa, onlardan bir iz qalmamışdır.
Padar (Xaçmaz)
Padar — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir.
Palıdlı (Xaçmaz)
Palıdlı (əvvəlki adı: Xaraxoba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunu Dədəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 noyabr 2013-cü il tarixli, 830-IVQ saylı Qərarı ilə kənd Palıdlı adlandırılmışdır. Palıdlı kəndinin əsası SSRİ dövründə, Rusiya SFSR-in Dağıstan MSSR-dəki Axtı rayonunun Xrax kəndindən (SSRİ-nin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Azərbaycan SSR-in Xaçmaz rayonundakı boş əraziyə köçürülmüş ailələr üçün qoyulmuşdur. Hazırkı dövrdə Dağıstandakı keçmiş Xrax kəndi, həmin vaxtdan bəri tərk edilmiş və rəsmi olaraq ləğv olunmuşdur. Xaçmazın Xaraxoba və Uryanoba kəndlərinin əraziləri 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə, Axtı rayonunun kolxozuna icarəyə veriliblər. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. Müstəqillik dövründə, 2004-cü il keçəndən sonra 6 il ərzində həllini tapmayan bu məsələ, 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb, və Xraxoba və Uryanoba kəndləri tam olaraq Azərbaycanın ərazisi kimi qəbul ediliblər. 2012-ci ilin aprel ayında Xraxoba kəndinin bütün sakinləri Rusiya dövlətinin yardımı ilə Dağıstana köçüblər. Köçürülmə Azərbaycan hökuməti, Rusiya səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilib.
Qarabağlı (Xaçmaz)
Qarabağlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaradağlı (Xaçmaz)
Qaradağlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qaraqaşlı (Xaçmaz)
Qaraqaşlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaraçı (Xaçmaz)
Qaraçı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənddə yaşayanların sayı 785 nəfər olmaqla, azərbaycanlılardan ibarətdir. Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Qarğalıq (Xaçmaz)
Qarğalıq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Xaçmaz
Xaçmaz — Azərbaycanda şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır.
Xaçmaz bələdiyyəsi (Xaçmaz)
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quba-Xaçmaz
Quba-Xaçmaz iqtisadi rayonu — Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Quba-Xaçmaz iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Qubadır. Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min km² olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. Quba-Xaçmaz iqtisadi rayonunun Mərkəzi Quba şəhəridir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına — düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir. Region əhalisinin ümumi sayı 527,7 min nəfər olmaqla ölkə əhalisinin 5,5 %-ni, təşkil edir.
Quruçay (Xaçmaz)
Quruçay — Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. Uzunluğu 77 km, hövzəsinin sahəsi 220 km²-dir. Başlanğıcını Baş Qafqazın Yan silsiləsindən - Susay-Qrız yolu üstündəki aşırımdan (2550 m) alır. Yuxarı axımında Susayçay, düzənlikdə isə Mazarçay adlanır. Çayın illik axımı yağış, yeraltı və qismən də qar sularından əmələ gəlir. Orta illik su sərfi 0,90 kub m/san-dir. İllik axımının 60-70%-i yaz-yay, 20-30%-i isə payız-qış fəslində keçir. Çaydan bütün axımı boyu suvarma işlərində geniş istifadə olunur.
Koroğlu heykəli (Xaçmaz)
Koroğlu heykəli — Xaçmaz şəhərində Azərbaycanın xalq qəhrəmanı Koroğlunun şərəfinə ucaldılmış heykəl. Bu heykəl 2012-ci ildə Xaçmaz şəhərindəki yeni salınan Çənlibel parkında qoyulub. Bakı-Xaçmaz yolu üzərində, düz şəhərin girişinə çatarkən sol tərəfdə yerləşən bu parkda gözəl bir mənzərə yaradılıb. Ümumiyyətlə isə, park heykəllərlə və təbiət mənzərələri ilə bəzədilib.
Köhnə Xaçmaz bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köhnə Xudat (Xaçmaz)
Köhnə Xudat — Azərbaycan Respublikası Xaçmaz rayonu eyniadlı inzibati ərazi vahidində kənd. Kənddə məktəb, kitabxana, poçt idarəsi və bələdiyyə fəaliyyət göstərir. Köhnə Xudat kəndində 1200-yə yaxın insan yaşayır. Kənddə su fontanı var. Köhnə Xudat Samur-Dəvəçi ovalığında yerləşir.
Köhnə Xudat bələdiyyəsi (Xaçmaz)
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.