Xocavənd

coğ. Khodjavend

Xocalı
xof
OBASTAN VİKİ
Arakel (Xocavənd)
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır XIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir. Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur.
Azıx (Xocavənd)
Azıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Azıx kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd adını ərazidəki Azıx mağarasının adından almışdır. XIX əsrin I yarısında Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş erməni ailələri burada məskunlaşmış və yaşayış məntəqəsini Azox adlandırmışlar. Azıx mağarası və ya Azıx kahası Quruçayın sol sahilində, 900 m. hündürlükdədir. Azərbaycanda ən iri karst mağarası hesab olunur. Tədqiqatçıların fikrincə, azıx qədim türk dillərindəki "ayı" sözündəndir və mağara "ayı mağarası"dır. Mənbələrdəki Azuq variantına əsaslanan tədqiqatçılar isə bu toponimi "azuqə yeri", "tədarük yeri", "anbar" kimi izah edirlər.
Ağbulaq (Xocavənd)
Ağbulaq (Edilli, Xocavənd)
Ağcakənd (Xocavənd)
Ağcakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Köhnə Tağlar kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağcakənd kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Ağcakənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Ağdam (Xocavənd)
Ağdam (əvvəlki adı: Akaku) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Akaku kəndi Ağdam kəndi adlandırılmışdır. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağdam kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə buraya gələn ermənilər kəndin adını Akaku toponimi ilə əvəz etmişdilər. 1992-ci ildə kəndin əvvəlki adı özünə qaytarılmışdır. Tədqiqatçıların əksəriyyəti bu oykonimi "mənası aydın olmayan" adlar sırasına daxil edir. 1933-cü ildə həmin kənd Ataqut inzibati ərazi vahidinin tərkibində verilmişdır. Türk dillərində "aka" sözü "baba, böyük qardaş, ata" mənalarını ifadə edir. Eyni zamanda həm "ku", həm də "ut" komponentlərinin hər ikisi "davamçı; vəliəhd, şahzadə; arxasınca gedən" mənalarında işlənmışdir.
Ağkənd (Xocavənd)
Ağkənd (əvvəlki adı: Spitakşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Ağkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Spitakşen kəndi Ağkənd kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ağkənd kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == 1828-ci ildə İranın Xoy əyalətindən gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı erməni dilinə kalka edilərək Spitakşen (Ağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı özünə qaytarılmışdır. 1917-ci ildə Gəncə və Şuşa qəzalarında da Ağkənd kəndləri qeydə alınmışdır. Keçən əsrdə Ermənistan ərazisində Ağkənd adlı 6 kənd olmuşdur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Binə (Xocavənd)
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır. == Tarixi == === Tarixi abidələri === Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var. == Mədəniyyəti == İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.
Bünyadlı (Xocavənd)
Bünyadlı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 23 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Bünyadlı kəndi 23 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1917-ci ildə Binyatlı variantında qeydə alınmış bu yaşayış məntəqəsi ilə yanaşı Lənkəran qəzasında Bunyalallar kəndinin olması haqqında da məlumat verilir. == Tarixi == === Tarixi abidələri === Bünyadlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Cütcü (Xocavənd)
Cütcü (əvvəlki adı: Maçkalaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Keçmışdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırıldı. 1992-ci ildən kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir. Oykonim peşə adı ilə bağlı olub, "torpağı becərən, sürən" deməkdir. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütçü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cütçü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Cəmiyyət (Xocavənd)
Cəmiyyət (əvvəlki adı: Ninki) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Ninki kəndi Cəmiyyət kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmiyyət kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Vaxtilə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını da dəyişdirib Ninki adlandırmışdılar. 1992-ci ildən yaşayış məntəqəsinin keçmiş adı bərpa edildi. Cəmiyyət ərəb dilində "birlik", "camaat", "yığın" deməkdir. == Tarixi == === Tarixi abidələri === Cəmiyyət kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Daşbaşı (Xocavənd)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Dərəkənd (Xocavənd)
Dərəkənd (əvvəlki adı: Zamzur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Zamzur kəndi Dərəkənd kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dərəkənd kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra kəndin adı Zamzur (zam/cam qədim türk dillərində "bataqlıq" və zur İran dillərində "dərə") kimi rəsmiləşdirilmişdi. 1992-ci ildən kənd yerləşdiyi mövqeyə görə Dərəkənd adlandırıldı. == Tarixi == === Tarixi abidələri === Dərəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Edişə (Xocavənd)
Edişə — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edişə kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Etnotoponimdir. Keçən əsrdə Şimali Qafqazda Edişa adlı dörd kənd qeydə alınmışdır. Edişə adlı tayfanın XII–XIII əsrlərdə qıpçaqların tərkibində Şimali Qafqazdan Azərbaycana gəlmələri ehtimal olunur. XIX əsrdə Qars əyalətində Edişə adlı yaşayış məntəqəsi olmuşdur. Gürcüstan ərazisindəki Edisə toponimi də bu etnonimlə bağlıdır == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Günəşli (Xocavənd)
Günəşli (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılmışdır. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılmışdır. 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Günəşli kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Noraşen ("yenikənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildən Günəşli adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kiş (Xocavənd)
Kiş (əvvəlki adı: Qişi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kiş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qişi kəndi Kiş kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kiş kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Qiş (Qişi) variantında da qeydə alınmışdır. 1992-ci ildən kəndin adı Kis kimi rəsmiləşdirilmişdir. == Tarixi == Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi. Həmçinin bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.
Qaradağlı (Xocavənd)
Qaradağlı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. 17 fevral 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == Kənd mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir.
Qarakənd (Xocavənd)
Qarakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakənd kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il in sentyabr ayının 20-də keçirilən lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. == Toponimikası == Kəndin keçmiş adı Qızqaladır. Yerli sənədlərdə yaşayış məntəqəsinin adi indi də Qızqala şəklində yazılır. Həqiqətən kəndin ərazisindəki böyük qayalıqda Qız qalası adlanan qala xarabalıqları var. Kəndin indiki adı isə onun gəlmə ermənilar tərəfindən Karaşen (kar "qaya" və "şen" kənd) adlandırılmasına görə, şen sözünün kənd sözü ilə əvəz edilməsi nəticəsidir. 1933-cü ildə Gədəbəy rayonu ərazisində da Qarakənd adlı yaşayış məntəqəsi qeydə alınmışdır. == Tarixi == Hələ 1918–1920-ci illər Azərbaycan-Ermənistan müharibəsi zamanı bu kənddə yaşayan ermənilər müsəlman əhalinin qətlə yetirilməsində iştirak ediblər.
Quşçular (Xocavənd)
Quşçular — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun faktiki mövcud olan Quşçular kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Günəşli kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Quşçular kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Spitakşen (Xocavənd)
Spitaqşen — Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisində keşmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. == Tarix == Sovet vaxtında kənd Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Hadrut rayonunun tərkibində idi. 1933-cü il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə kəndin adı Spitaqşen kimi qeyd olunur və Arpagəduq kənd Sovetinin tərkibində göstərilir. 1961-ci il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur, Arpagədik kəndi isə Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində göstərilir. 2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər. 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Qanun № 279-XII qəbul etdi. Bu Qanunda Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi ilə yanaşı, həmçinin Martuni rayonunun adı dəyişdirilib Xocavənd rayonu adlandırılmışdı, Hadrut rayonu ləğv edilmişdi və ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonunun ərazisinə birləşdirilmişdi. Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 №-li qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırılmışdı.
Xocavənd
Xocavənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Xocavənd şəhər inzibati ərazi dairəsində şəhər , Xocavənd rayonunun mərkəzidir. == Toponimikası == Qədim adı Xocavənd olub. XIX əsrin 80-ci illərinə qədər Xonaşen adlanmışdır. Ba YIII əsrə aid Bizans mənbəsində "Hun ölkəsi" kimidir. Bizans tarixiçisi Feodan yazır ki, 624-cü ildə imperator İranla Xəzərlərlə ittifaqa girmək üçün onlarla Albaniyada hun ölkəsində görüşdü. Hun etnonimindən və qədim dillərində "şin" sözündən ibarətdir. Bu ərazi maldar ellər üçün qışlaq və əkin (məzrə) yerləri idi. "Xunaşi" adı isə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış hunların adından və qədim türk dillərində "şin" "yaşayış yeri", "məskən" sözündəndir. XIX əsrdə Gəncə qəzasının tədqiqatçısı N. A. Abelov yazır ki, maldar elin məntəqələri (yurd, oba, binə, qışlaq) oturaq məskəndən yaranan Şenlik adlanır (Elzavetopolskiy uezd, s. K).
Xocavənd (kənd, Xocavənd)
Xocavənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Xocavənd kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mirikənd (Xocavənd)
Mirikənd (əvvəlki adı: Miruşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Miruşen kəndi Mirikənd kəndi adlandırılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mirikənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə keçib. == Toponimikası == Kəndin qədim adı Takir olmuşdur. Çar Rusiyası Azərbaycanın şimalını işgal etdikdən sonra XIX əsrdə burada gəlmə ermənilər yerləşmişdi. Kənd bir müddət Mirikənd adlandırılsa da, sonralar oykonim erməniləşərək Miruşen kimi qeydə alınmışdı. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Oykonim "Mirinin kəndi", "Miriyə məxsus kənd" mənasındadır.
Qarqar (Xocavənd)
Qarqar (əvvəlki adı: Herher) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Herher kəndi Qarqar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarqar kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == X əsrdə Gargar formasında qeydə alınmışdır. Gargar isə qədim Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adını əks etdirir. Sonralar burada yaşamış ermənilər kəndi Herher kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Qarqar adlanır. == Tarixi == === Tarixi abidələri === Qarqar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Qarxut (Xocavənd)
Qarxut - Xocavənd rayonunda dağ adı. Türk dillərində qar sıldırım, alınmaz qaya və monqolca xut zirvə sözlərindən ibarətdir.Bu kəndin adının mənası çıxılmaq, zirvə deməkdir. Xut sözü Ermənistanda Şirak dağ silsiləsində Qaxmaxut zirvəsinin adında da vardır. == Həmçinin bax == Qarqar (Dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Azərbaycan coğrafi terminlərinin bəzi məsələlərinə dair. “Azərbaycan SSR EA Xəbərləri” (Yer Elmləri Seriyası), 1959, № 7. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Sos (Xocavənd)
Sos — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdı. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlinir. Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilmişdir.
"Xocavəndin azad olunmasına görə" medalı
"Xocavəndin azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Xocavəndin azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Cəbrayılın azad olunmasına görə" medalından sonra taxılır.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi
Ağbulaq (Edilli, Xocavənd)
Ağbulaq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağbulaq kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ əyalətindən köçüb gəlmiş ailələrin burada məskunlaşmasından yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Ağbulaq (Gavahın, Xocavənd)
Ağbulaq (əvvəlki adı: Masmına) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Masmına kəndi Ağbulaq kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ağbulaq (Gavahın) kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qırmızı kilsə (Xocavənd)
Qırmızı kilsə — Xocavənd rayonunun Binə (keçmiş Domu) və Tuğ kəndlərinin arasında, kiçik təpə üzərində yerləşən tarix-memarlıq abidəsi. Qırmızı kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Dövlət əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Nazirlər Kabitetinin 6 sentyabr 2023-cü il tarixli qərarına əsasən qeydiyyatdan çıxarılmışdır. == Tarixi == Kilsənin qərb qapısı üzərindəki kitabədə deyilir: "Erməni təqvimi ilə 449-cu ilin (miladi 1000) yayında, Musanın oğlu Qaqikin hakimiyyəti dövründə mən, Musanın qızı Voski özüm və valideynlərimin ruhunu xilas etmək üçün Tanrı evini tikdirdim." Kilsə memarlıq və bədii dəyəri baxımından böyük əhəmiyyətə malik olsa da, həm də Qafqaz albanlarının tarixi şəxslərinin adlarını saxlayan və ən erkən tarixli alban epiqrafikalarından birinə malik olan abidə kimi dəyərlidir. == Memarlıq xüsusiyyətləri == Məbədin örtüyü və cənub drvarı dağılmışdır. Onun ətrafında digər tikililərin və habelə təpəni əhatə edən qala divarlarının qalıqları qeydə alınmışdır. Əhali bu ərazini "hökmdar imarəti" adlandırmışdır. Kobud yonulmuş daşlardan inşa edilmiş bu kilsənin uzunluğu 11 m, eni 6,45 m olmuşdur. Məbədin əsas girişi qərbdə, ikinci girişi isə cənubda yerləşmişdir. Qərb divarındakı qapı yerinin yuxarısında erməni dilində inşaat yazısı qeydə alınmışdır.