Xocavənd

coğ. Khodjavend

Xocalı
xof
OBASTAN VİKİ
Dərəkənd (Xocavənd)
Dərəkənd (əvvəlki adı: Zamzur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Zamzur kəndi Dərəkənd kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dərəkənd kəndi 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra kəndin adı Zamzur (zam/cam qədim türk dillərində "bataqlıq" və zur İran dillərində "dərə") kimi rəsmiləşdirilmişdi. 1992-ci ildən kənd yerləşdiyi mövqeyə görə Dərəkənd adlandırıldı. == Tarixi == === Tarixi abidələri === Dərəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Edişə (Xocavənd)
Edişə — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edişə kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Etnotoponimdir. Keçən əsrdə Şimali Qafqazda Edişa adlı dörd kənd qeydə alınmışdır. Edişə adlı tayfanın XII–XIII əsrlərdə qıpçaqların tərkibində Şimali Qafqazdan Azərbaycana gəlmələri ehtimal olunur. XIX əsrdə Qars əyalətində Edişə adlı yaşayış məntəqəsi olmuşdur. Gürcüstan ərazisindəki Edisə toponimi də bu etnonimlə bağlıdır == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Günəşli (Xocavənd)
Günəşli (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılmışdır. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılmışdır. 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Günəşli kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Noraşen ("yenikənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildən Günəşli adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kiş (Xocavənd)
Kiş (əvvəlki adı: Qişi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kiş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qişi kəndi Kiş kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kiş kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Qiş (Qişi) variantında da qeydə alınmışdır. 1992-ci ildən kəndin adı Kis kimi rəsmiləşdirilmişdir. == Tarixi == Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi. Həmçinin bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.
Mirikənd (Xocavənd)
Mirikənd (əvvəlki adı: Miruşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Miruşen kəndi Mirikənd kəndi adlandırılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mirikənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə keçib. Kəndin qədim adı Takir olmuşdur. Çar Rusiyası Azərbaycanın şimalını işgal etdikdən sonra XIX əsrdə burada gəlmə ermənilər yerləşmişdi. Kənd bir müddət Mirikənd adlandırılsa da, sonralar oykonim erməniləşərək Miruşen kimi qeydə alınmışdı. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Oykonim "Mirinin kəndi", "Miriyə məxsus kənd" mənasındadır.
Muğanlı (Xocavənd)
Muğanlı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Muğanlı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. Kənd Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Məscid Seyid Rza günbəzi (XIV əsr) İbad Mövsüm oğlu Hüseynov Azərbaycanın Milli Qəhrəmanı Ümumilkdə kəndin səkkiz şəhidi olub.
Noraşen (Xocavənd)
Günəşli (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılmışdır. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılmışdır. 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Günəşli kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin keçmiş adı Noraşen ("yenikənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildən Günəşli adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir.
Qaradağlı (Xocavənd)
Qaradağlı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. 17 fevral 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. Kənd mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir.
Qarakənd (Xocavənd)
Qarakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakənd kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il in sentyabr ayının 20-də keçirilən lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Kəndin keçmiş adı Qızqaladır. Yerli sənədlərdə yaşayış məntəqəsinin adi indi də Qızqala şəklində yazılır. Həqiqətən kəndin ərazisindəki böyük qayalıqda Qız qalası adlanan qala xarabalıqları var. Kəndin indiki adı isə onun gəlmə ermənilar tərəfindən Karaşen (kar "qaya" və "şen" kənd) adlandırılmasına görə, şen sözünün kənd sözü ilə əvəz edilməsi nəticəsidir. 1933-cü ildə Gədəbəy rayonu ərazisində da Qarakənd adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Hələ 1918–1920-ci illər Azərbaycan-Ermənistan müharibəsi zamanı bu kənddə yaşayan ermənilər müsəlman əhalinin qətlə yetirilməsində iştirak ediblər.
Qarqar (Xocavənd)
Qarqar (əvvəlki adı: Herher) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Herher kəndi Qarqar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarqar kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. X əsrdə Gargar formasında qeydə alınmışdır. Gargar isə qədim Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adını əks etdirir. Sonralar burada yaşamış ermənilər kəndi Herher kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Qarqar adlanır. Qarqar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Qarxut (Xocavənd)
Qarxut - Xocavənd rayonunda dağ adı. Türk dillərində qar sıldırım, alınmaz qaya və monqolca xut zirvə sözlərindən ibarətdir.Bu kəndin adının mənası çıxılmaq, zirvə deməkdir. Xut sözü Ermənistanda Şirak dağ silsiləsində Qaxmaxut zirvəsinin adında da vardır. Qarqar (Dağ) Budaqov B.Ə. Azərbaycan coğrafi terminlərinin bəzi məsələlərinə dair. “Azərbaycan SSR EA Xəbərləri” (Yer Elmləri Seriyası), 1959, № 7. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Quşçular (Xocavənd)
Quşçular — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun faktiki mövcud olan Quşçular kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Günəşli kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Quşçular kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Sos (Xocavənd)
Sos — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdı. Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlinir. Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilmişdir.
Spitakşen (Xocavənd)
Spitaqşen — Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisində keşmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. Sovet vaxtında kənd Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Hadrut rayonunun tərkibində idi. 1933-cü il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə kəndin adı Spitaqşen kimi qeyd olunur və Arpagəduq kənd Sovetinin tərkibində göstərilir. 1961-ci il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur, Arpagədik kəndi isə Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində göstərilir. 2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər. 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Qanun № 279-XII qəbul etdi. Bu Qanunda Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi ilə yanaşı, həmçinin Martuni rayonunun adı dəyişdirilib Xocavənd rayonu adlandırılmışdı, Hadrut rayonu ləğv edilmişdi və ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonunun ərazisinə birləşdirilmişdi. Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 №-li qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırılmışdı.
Tuğ (Xocavənd)
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Təkə (Xocavənd)
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Xanoba (Xocavənd)
Xanoba (əvvəlki adı: Xnuşinak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Xanoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Xnuşinak kəndi Xanoba kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanoba kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd Qarabağ xanlarına məxsus məntəqələrdən biri olmuş, XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Xnuşinak (erm. Xanoba) adlandırılmışdı. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Çinarlı (Xocavənd)
Çinarlı (əvvəlki adı: Vəng) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 oktyabr 2020-ci il tarixli, 190-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılmışdır. 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Çinarlı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Çinarlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şəkər (Xocavənd)
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Xocavənd
Xocavənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Xocavənd şəhər inzibati ərazi dairəsində şəhər , Xocavənd rayonunun mərkəzidir. Qədim adı Xocavənd olub. XIX əsrin 80-ci illərinə qədər Xonaşen adlanmışdır. Ba YIII əsrə aid Bizans mənbəsində "Hun ölkəsi" kimidir. Bizans tarixiçisi Feodan yazır ki, 624-cü ildə imperator İranla Xəzərlərlə ittifaqa girmək üçün onlarla Albaniyada hun ölkəsində görüşdü. Hun etnonimindən və qədim dillərində "şin" sözündən ibarətdir. Bu ərazi maldar ellər üçün qışlaq və əkin (məzrə) yerləri idi. "Xunaşi" adı isə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış hunların adından və qədim türk dillərində "şin" "yaşayış yeri", "məskən" sözündəndir. XIX əsrdə Gəncə qəzasının tədqiqatçısı N. A. Abelov yazır ki, maldar elin məntəqələri (yurd, oba, binə, qışlaq) oturaq məskəndən yaranan Şenlik adlanır (Elzavetopolskiy uezd, s. K).
Xocavənd (kənd, Xocavənd)
Xocavənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Xocavənd kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Xocavənd (Ağcabədi)
Xocavənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Xocavənd kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. Elmi ədəbiyyatda Xocavənd sözünün mənası " Xocalı nəsli" deməkdir. Vaxtilə bu ərazidə Xoca adlı bir şəxs, ilk sakin yaşamış, ərazidən keçən Qarqar çayının qarşısına bənd vurdurmuşdur. Ona görə bu yerlər Xocabənd, sonralar təhrif olunuraq Xocavənd adlanmışdır. Kəndin yaşayış məskəni kimi mövcudluğu XVIII əsrin birinci yarısına kimi qeyd olunur. Xocavənd kəndinin ərazisi 23.4 km² olmaqla əhalisi 3527 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır Xocavənd oykonimini müxtəlif prizmalardan izah edən araşdırıcılar vardır. Keçmişdə mədrəsə təhsili almış şəxslər, din xadimləri və başqaları xoca adlanırdı. Türklər indi də müəllimə xoca deyir.
Xocavənd (dəqiqləşdirmə)
Xocavənd — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı: Xocavənd — şəhər, Xocavənd rayonunun mərkəzi. Xocavənd — Ağcabədi rayonununda kənd. Xocavənd — Xocavənd rayonununda kənd. Xocavənd rayonu — Azərbaycanda rayon, mərkəzi Xocavənd şəhəri.
Xocavənd döyüşləri
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Xocavənd oymağı
Xocavənd oymağı—Avşar elinin qollarından biri. Tarixçi Əminə Pakrəvan yazır: "Üçkilsənin önündə qızğın savaş başladı. Sisyanov topxanasına atəş əmri verdi. Ancaq Abbas Mirzənin cəbhənin ön sıralarında savaşması Azərbaycan ordusuna böyük ruh yüksəkliyi vermişdi. Baş komutanın bu şəkildə savaşması Azərbaycan Ordusunda ölümdən qorxma hissini yox etmişdi. Şahsevən və Xocavənd süvarilər bu savaşda elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-dilə düşdü. Abbas Mirzə ordusunun ölümdən qorxmamasını görən rus ordusu qorxmağa başlamış, ruh düşgünlüyünə uğramışdı. Sisyanov ordusunu üç qismə ayırmışdı. Şahsevənlər üçüncü gün rus ordusunun topxanasını susdurmağı başardı. Üçüncü gün üç qismə ayrılmış rus ordusunun bir-biri ilə olan irtibatları kəsildi".
"Xocavəndin azad olunmasına görə" medalı
"Xocavəndin azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Xocavəndin azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Cəbrayılın azad olunmasına görə" medalından sonra taxılır.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi
Qırmızı kilsə (Xocavənd)
Qırmızı kilsə — Xocavənd rayonunun Binə (keçmiş Domu) və Tuğ kəndlərinin arasında, kiçik təpə üzərində yerləşən tarix-memarlıq abidəsi. Qırmızı kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Dövlət əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsənin qərb qapısı üzərindəki kitabədə deyilir: "Erməni təqvimi ilə 449-cu ilin (miladi 1000) yayında, Musanın oğlu Qaqikin hakimiyyəti dövründə mən, Musanın qızı Voski özüm və valideynlərimin ruhunu xilas etmək üçün Tanrı evini tikdirdim." Kilsə memarlıq və bədii dəyəri baxımından böyük əhəmiyyətə malik olsa da, həm də Qafqaz albanlarının tarixi şəxslərinin adlarını saxlayan və ən erkən tarixli alban epiqrafikalarından birinə malik olan abidə kimi dəyərlidir. Məbədin örtüyü və cənub drvarı dağılmışdır. Onun ətrafında digər tikililərin və habelə təpəni əhatə edən qala divarlarının qalıqları qeydə alınmışdır. Əhali bu ərazini "hökmdar imarəti" adlandırmışdır. Kobud yonulmuş daşlardan inşa edilmiş bu kilsənin uzunluğu 11 m, eni 6,45 m olmuşdur. Məbədin əsas girişi qərbdə, ikinci girişi isə cənubda yerləşmişdir. Qərb divarındakı qapı yerinin yuxarısında erməni dilində inşaat yazısı qeydə alınmışdır. Bu epiqrafika nümunəsi belə tərcümə olunmuşdur: "449 (1000)-cu ildə, Musenın oğlu hökmdar Hagik zamanında mən — Musenin qızı Voski Allah evini tikdim …".
Ziyarət (dağ, Xocavənd)
Ziyarət — Xocavənd rayonu ərazisində dağ. Qarabağ silsiləsinin cənub-şərqindədir. Hündürlüyü 2480 m. Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində Dizapayt kimi adı çəkilir. Kalankatlınin yazdiğına görə, Maskut hökmdarı Sanatrukun 337-ci ildə öldurtdüyü ilk alban yepiskopu Qriqoris burada dəfn edilmişdir. Onun dəfn edildiyi məbəd azərbaycanlılar arasında Ağoğlan piri kimi məşhurdur. Dağ bu məbədə görə Ziyarət dağı adlanmışdır.
Müqəddəs Yelisey monastırı (Xocavənd)
Müqəddəs Yelisey monastırı — Xocavənd rayonunun Çartar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur. İki pilonu və tağtavanı ilə Müqəddəs Yelisey kilsəsi son orta əsrlər dövrünün tipik xüsusiyyətlərinə malikdir. Altarın hər iki tərəfində, planda düzbucaqlı formaya malik köməkçi otaqlar yerləşir. Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir və qədim kilsənin dəqiq inşaat tarixi dəqiq bilinmir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur. Fronton üzərindəki kitabədən isə bəlli olur ki, dağıdılmış qədim kilsənin yerində XVII əsrdə yeni kilsə tikilmişdir. Kitabədə yazılır: "Mən, ustad Qabriel bu kilsəni öz əllərimlə inşa etdim...” Monastır Çartar kəndinin cənubunda, yüksək dağlıq ərazidə yerləşir. Kompleksin yeganə kilsəsi kitabələrdə Müqəddəs Yelisey kilsəsi adlandırılır.