XRİSTİANLIQ
XUBLUQ
OBASTAN VİKİ
Xub
Xub — Pakistanın Lasbela rayonunda şəhər.Şəhər Pakistanın 49-cu böyük şəhəridir. Xub iqtisadi cəhətdən Bəlucistanın ən böyük sənaye şəhərlərindən biridir. Xub, Kəraçi ilə yaxınlığı səbəbindən bir ticarət mərkəzi olaraq ortaya çıxır. Bazar və bazarlar da müxtəlif çeşidli mallarla doludur. Neft emalı zavodları, Müxtəlif şirkətlər, Güc Layihələri üzrə işlər, Bosicor Neft Emalı Zavodları Kəraçi yaxınlığındakı Hubda yerləşir.
Fərhad Xubanlı
Fərhad İslam oğlu Xubanlı — pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor. == Həyatı == 1950-ci ildə 25 oktyabrda Gürcüstanın Saqareco rayo­nun­da) Qaraçöp mahalının Muğanlı (Yor Muğanlı) kən­dində anadan olub. === Təhsili === 1967-ci ildə doğulduğu kənddə orta məktəbini bitirib. 1967-1971-ci illərdə Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültə­sində təhsil alıb. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === 1971-ci ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə təyinatla Balakən rayonunun Qazmalar kəndindəki 2 №-li orta məktəbdə müəllim işləyib. 1974-cü ildə Lənbəli kənd orta məktəbinə direktor müavini təyin edilib. O ,1993-2008-ci illərdə Az-nin Müəllimlər İnstitutunun Qazax filiyalinda S.S. Orbeliani adina Tbilisi Dovlət Pedaqoji Universitetinin Marneuli filiyalinda dekan işləmişdir. Sonralar 2010-2012-ci illərdə H.Əliyev adina Gürcüstan - Azərbaycan Humanitar Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. Hal-hazırda doğulduğu kənddə elmi-tedqiqat işini davam etdirir. === Elmi fəaliyyəti === 1979-cu ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun qiyabi aspiranturasında təhsil alıb.
Vadim Xubanov
Xubanov Vadim Ələddin oğlu (1963, Moskva) — Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini. Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Xubilay
Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[…], Böyük Monqol imperiyası – 18 fevral 1294[…], Xanbalıq, Yuan) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi. Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı. 1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.
Xubilay Aka
Xubilay xan
Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[…], Böyük Monqol imperiyası – 18 fevral 1294[…], Xanbalıq, Yuan) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi. Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı. 1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.
Xubistan (Miyanə)
Xubistan (fars. خوبستان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kəndin sakinləri azərbaycanlılardır. Kənddə 2006-cı il siyahıya alınmaya görə 591 nəfər yaşayır (105 ailə).
Xubyar (Çaroymaq)
Xubyar (fars. خوبيار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Xubyarlı
Xubyarlı (İmişli) — Azərbaycan Respublikasının İmişli rayonunda kənd. Xubyarlı (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunda kənd.
Xubyarlı (Cəbrayıl)
Xubyarlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun Cəbrayıl qəsəbə inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, oykonim özündə qəd. türkdilli bulqarların kuvyar tayfasının adını əks etdirir. Tarixi mənbələrin məlumatına görə, V əsrin sonu - VI əsrdə dəfələrlə Cənubi Qafqaz hücum etmiş bulqarların bir qismi bu ərazidə məskunlaşmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Xubyarlı (Kəleybər)
Xubyarlı (fars. خوبيارلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (18 ailə).
Xubyarlı (İmişli)
Xubyarlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Xubyarlı kəndinin adı 1902-ci il yanvar ayının 31-də Şamaxı şəhərində baş vermiş zəlzələdən köçən və gəlib həmin kənddə yerləşən 3 ailədən biri Xubyar bəyin adı ilə bağlıdır.[mənbə göstərin] Araz çayının sağ sahilində, Mil-Muğan su kanalı boyu, Bakı-Horadiz şose yolunun kənarında yerləşir.[mənbə göstərin] İmişli rayonunun Məzrəli inzibati ərazi vahidində kənddir. Mil düzündədir. Tədqiqatçılara görə, oykonim özündə qəd. türkdilli bulqarların kuvyar tayfasının adını əks etdirir. Tarixi mənbələrin məlumatına görə, V əsrin sonu - VI əsrdə dəfələrlə Cənubi Qafqaz hücum etmiş bulqarların bir qismi bu ərazidə məskunlaşmışdır.
Xubyarlı türbələri
Xubyarlı türbələri — Cəbrayıl rayonun Xubyarlı kəndində memarlıq abidəsi. Cəbrayıl rayonun Xubyarlı kəndində memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid "Dairəvi" türbə və XVI əsrə aid səkkizguşəli türbə xüsusi təmir-bərpa briqadası tərəfindən tam bərpa olunmuşdur. Lakin bu tarixi abidələr 1993-cü il Cəbrayıl rayonunun işğalı zamanı erməni vandalları tərəfindən yerlə — yeksan edilmişdir.Cəbrayıl rayonun Xubyarlı kəndindəki türbələr Orta əsrlərin yadigarıdır. Özünəməxsus memarlıq üslubu ilə XV əsrə aid edilən "Dairəvi türbə" və XVI əsrə aid səkkizguşəli türbə Cəbrayıl rayonun işğalından əvvəl bərpa olunmuşdu. "Mədəniyyətimizin beşiyi". sia.az. İstifadə tarixi: 25 may 2021. "Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri". anl.az. İstifadə tarixi: 25 may 2021.
Xubəli Əzizov
Əzizov Xubəli Fətəli oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor. Əzizov Xubəli Fətəli oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Lerik rayonunun Buruq kəndində anadan olmuşdur. 1971-ci ildə "mexanik" ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirib. 1971-1989-cu illərdə Azərbaycan EADNQYPİ-nun "Hidrodinamika" laboratoriyasında böyük laborant, mühəndis və böyük elmi işçi vəzifələrində işləyib. 1980-ci ildə "Yeraltı hidrodinamikanın bəzi fəza məsələləri və qeyri-bircins məsaməli mühitlərdə mayenin süzülmə məsələləri" mövzusunda namizədlik, 1994-cü ildə isə "Məsaməli mühitdə köçürülmənin qeyri-stasionar və qeyri-xətti hadisələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1989-1995-ci illərdə Azərbaycan EA MRİ-da "Neft və gazın qeyri-xətti mexanikası" şöbəsinin baş və aparıcı elmi işçisi işləmişdir. 1995-ci ildən 2014-cü ilə qədər Nijnevartovsk Dövlət humanitar universitetində professor, "Tətbiqi riyaziyyat və fizika" kafedrasının müdiri işləmişdir. 2007-2014-cü illərdə Tümen neft və qaz universitetinin professoru və bu universitetin Nijnevartovsk filialının elm üzrə direktor müavini işlmişdir. 2014-cü ildə vəzifəsindən istefa etmiş və ailəsi ilə Moskva şəhərinə köçmüşdür. İki oğlu, üç qızı vardır.
Mustafa Fəhmi Xubilay
Mustafa Fəhmi Xubilay (türk. Mustafa Fehmi Kubilay; 1906, İzmir, Aydın vilayəti – 23 dekabr 1930, Menəmən, İzmir ili) — Türkiyə müəllimi və subleytenantı. O, 23 dekabr 1930-cu ildə Menəmən hadisəsi zamanı Menəməndə məhəllə gözətçiləri Həsən və Şövqi ilə birlikdə respublika əleyhdarı bir qrupun üsyanı əsnasında Dərviş Mehmet tərəfindən öldürülmüşdür. Dərviş onu öldürdükdən sonra özü də zərərsizləşdirilmiş və qısa müddət sonra edam olunmuşdur. O, Xubilay xana olan heyranlığına görə dostları tərəfindən "Xubilay" ləqəbiylə yad edilmişdir. Bu ləqəb onun həyatında mühüm yer tutmuş və sonradan Mustafa Fəhmi Xubilay kimi tanınmağa başlanmışdır. Xubilay təyin olunduğu məktəblərin birində tanış olduğu müəllim dostu Fatma Vədidə xanımla ailə həyatı qurmuş və onların bir oğlu olmuşdur. Xatirəsinə bir çox əsərlər ithaf edilmiş və müxtəlif obyektlərə onun adı verilmişdir. Hər il öldüyü gün – 23 dekabrda onun xatirəsinə anım məclisləri təşkil olunur. Onun xatirəsinə 2023-cü ildə 17-ci dəfə təşkil olunan marafon keçirilmişdir.

Значение слова в других словарях