XUM

düzənliyin /sahənin/ ortasında və ya kənarında yüksələn qalıq yüksəkliyin cənubi slavyanca adı. хум hum
XİSAN
XURCUNVARİ BUZLAQ
OBASTAN VİKİ
Xum
Hum – Xorvatiyada yaşayış məntəqəsi. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi də var. Hum kifayət qədər qədimdir və onun haqqında ilk qeydlər 1102-ci ilə gedib çıxır.
Qədir-Xum
Qədiri-Xum(ərəb. غدير خم‎) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur: Şimal istiqamətində bir yol Mədinəyə gedir; Şərq istiqamətində bir yol İraqa gedir; Qərb istiqamətində bir yol Misirə gedir; Cənub istiqamətində bir yol Yəmənə gedir. Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir.
Qədiri-Xum
Qədiri-Xum(ərəb. غدير خم‎) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur: Şimal istiqamətində bir yol Mədinəyə gedir; Şərq istiqamətində bir yol İraqa gedir; Qərb istiqamətində bir yol Misirə gedir; Cənub istiqamətində bir yol Yəmənə gedir. Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir.
Pul-i Xumri
Puli-Xümri — Əfqanıstanda şəhər.
Xumam
Xumam — İranın Gilan ostanında yerləşən şəhər. Xumam əhalisinin çoxluğunu giləklər təşkil edir.
Xumar (qala)
Xumar və ya Xumarinskoye qorodişe (rusca:Хумаринское городище) — dövrümüzə yalnız xarabalıqları gəlib çatmış orta əsrlər qalası. Qala Kalez dağının zirvəsində, Böyük Qafqazdakı Kuban çayının yuxarısında yerləşir. Qalanın yaxınlığında Xumara kəndi yerləşir. Qala inzibati baxımdan Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Qaraçay rayonu ərazisinə aiddir. Qalanın qalıqları 1960–1962-ci illərdə V.A. Kuznetsov tərəfindən araşdırılmışdır. Araşdırılma zamanı runik əlyazmaları aşkar edilmişdir. Lakin bu ekspedisiya zamanı qazıntılar aparılmamışdır. 1963–1964-cü illərdə həyata keçirilmiş arxeologi qazıntılar zamanı isə artıq qazıntılar aparılmışdır. Bu ekspedisiya Qaraçay-çərkəz Respublikasının araşdırma inistitutunun əməkdaşı E.P. Alekseyeva tərəfindən həyata keçirilmişdir. O, üzə çıxarmışdır ki, orta əsrlərə aid qatların altında eradan əvvəl 8–6-cı əsrlərə aid qatlar yatmaqdadır.
Xumar Bağı
Xumar Bağı (fars. خمارباغي‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 258 ailədə 431 nəfəri kişilər və 458 nəfəri qadınlar olmaqla cəmi 889 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Xumar Qədimova
Xumar Qədimova (1 fevral 1966, Qazax rayonu) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2017). Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983–1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda çalışıb. 1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib, Azərbaycan ədəbiyyatının klassiklərinin və Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib və ifa edib. 2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib. Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib. 3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Xumar Zülfüqarova
Xumar Rza qızı Zülfüqarova (15 noyabr 1927, Bakı – 2 iyul 2017, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı. Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurmuş, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış etmiş, kinofilmlərdə rol almışdır. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ etmişdir. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub. 25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirmiş, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat etmişdir.
Xumarlu
Xumarlı və ya Xumarlu— İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,222 nəfər və 334 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xumarlı
Xumarlı (Zəngilan) — Zəngilan rayonunda kənd. Xumarlı (Xudafərin) — Cənubi Azərbaycanın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanında şəhər.
Xumarlı (Xudafərin)
Xumarlı və ya Xumarlu— İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,222 nəfər və 334 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xumarlı (Zəngilan)
Xumarlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Xumarlı kəndi Həkəriçayının sahilindədir. Tədqiqatçıların bir qismi oykonimi XIII-XIV əsrlərdə adı çəkilən qumar tayfasının adı ilə, digər qismi isə Xumar şəxs adından yaranmış nəsil adı ilə əlaqələndirir. Hər iki halda etnotoponimdir. http://zengilan.
Xumarta
Xumarta — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Köhnəkənd kənd Sovetindən Xumarta kəndi İrçan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kəndin əsl adı Xumartıdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini atlıxan nəsli salmışdır. Oykonim Xumar (şəxs adı) və tı/ti (kürd dilində "kənd" deməkdir) sözlərindən düzəlib, "Xumara məxsus kənd" mənasındadır. Kənd Qarabağ silsiləsinin yamacında yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 100 nəfər olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Xumbu Buzlağı
Xumbu Buzlağı Nepalın Xumbu regionunda, Nuptse silsiləsində Everest və Lhotze zirvələri arasında yerləşir. 7,600 metr (24,900 ft) hündürlükdə yeləşən mənbəyi və 4,900 metr (16,100 ft) yüksəkliyi ilə dünyanın ən hündür buzlağıdır. Xumbu Buzlağının sonu Everest Baza düşərgələrindən birində bitir. Buzlağın başlanğıcı isə Everest yaxınlığındakı Sükut dərəsindədir. Sükut dərəsinin qərbində Xumbu Buzlağı nəhəng buz divarı- Xumbu buz divarını əmələ gətirir. Bu buz divarı Everestə gedən Cənubi Kol marşrutunda ən böyük maneə və təhlükədir. Buzlaq həmçinin Nepalın ən böyük buzlağıdır.
Xumbu buz divarı
Xumbu buz divarı — Xumbu Buzlağının başında və Sükut dərəsinin ətəyində yerləşən buz divarı. Xumbu buz divarı Everest dağının Nepal yamaclarında 5,486 metr (17,999 ft) hündürlükdə yerləşir və Baza düşərgəsindən o qədər də uzaq deyil. Buz divarı Everest zirvəsinə gedən Cənubi Kol marşrutunun ən təhlükəli mərhələlərindən biri hesap olunur. Xumbu buz divarı Xumbu buzlağının elə sürətlə hərəkət edən bir bölməsidir ki, burada daim birdən-birə açılmış böyük çatlaqlara və buz qüllələrinə rast gəlmək mümükündür. Buzlaqdan daim ölçüsü avtomobildən tutmuş böyük evlərə qədər olan nəhəng buz parçaları düşür. Buzlağın dağdan hər gün 0.9 to 1.2 metr (3 to 4 ft) uzaqlaşdığı təxmin edilir. Əksər alpinistlər səhər tezdən, günəş doğmadan əvvəl, gecə qismən donub qaldıqda və daimi hərəkətlər az olduqda buz divarını keçməyə çalışırlar. Güclü günəş işığı ərazini isitdikcə buz quruluşu arasındakı sürtünmə azalır və yarıqların açılması və ya qar və buz bloklarının düşmə şansını artırır. Xumbu buz divarını keçmək üçün ən təhlükəli vaxt ümumiyyətlə günortadan axşama qədər yəni günəşin daha isti və buzlaqdakı hərəkətlərin daha intensiv olduğu vaxta qədərdir. Təcrübəli, uyğunlaşmış alpinistlər buz divarını bir neçə saat ərzində keçə bilər, ilk dəfə bu ərazidən keçən və yaiqlimə hələ də uyğunlaşa bilməyən alpinistlər təxminən 10-12 saatda buzlağı keçirlər.
Xums
Xüms – islamda vergi. Əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan illik gəlirin beşdə bir hissəsi. Müqəddəs Qurani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır. Xums haqqında Qurani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində "xums" sözü aşkar surətdə qeyd olunmuş, digərində ona "haqq" ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan "ənfal" ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək: Birinci ayə: Ənfal surəsi, 41-ci ayə; "(Ey möminlər! Əgər siz Allaha və haqla batilin ayrıd edildiyi gün….. nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!" Ayədəki "beşdə bir" sözü həmin ərəbcə işlətdiyimiz "xums" sözünün türkcə mə`nasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir.
Xumtorqala rayonu
Xumtorqala rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Rayonun sahəsi 1.270 km², inzibati mərkəzi Qorxmazqala kəndidir. Rayonun əhalisi 26.068 nəfərdir (2015-ci il).
Xumus
Humus, xumus və ya hummus (ərəb. حُمُّص‎) — Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb xörəyi. Noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır.
Xuməzar
Xuməzar-İranın Fars ostanının Məməsəni şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,643 nəfər və 1,283 ailədən ibarət idi.
Əl-Xums
Əl-Xums, Liviya
Xumarək (Xudabəndə)
Xumarək (fars. خمارك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 340 nəfər yaşayır (76 ailə).

Digər lüğətlərdə