XURŞUD

Farsca xor “günəş” deməkdir, söz də bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XURMA
XURUŞ
OBASTAN VİKİ
Xurşud
Xurşud — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Xurşud Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Salyan düzündədir. XIX əsrdə balıq vətəgəsinin adı olub. Vətəgənin adı Xurşud Şəxs adı ilə bağlıdır. Yaşayış məntəqəsinin ilk sakinləri Cənubi Azərbaycandan gəlib balıq vətəgəsində muzdla işləyən ailələr olmuşdur. Kənddə Xurşud kənd məscidi dini icması fəaliyyət göstərir.
Xurşud Dövran
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004). Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur. Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.
Xurşud Məmmədov
Xurşud Bayramqulu oğlu Məmmədov — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi, Azərbaycan Kommunist Universitetinin əvvəlcə rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru. Xurşud Məmmədov 1906-cı ildə Qaryagin rayonunda doğulmuşdur. 1927-ci ildə 7 illik məktəbi bitirdikdən sonra həm ordud xidmət etmiş, həm də tam orta təhsil almışdır. Xurşud Məmmədov əmək fəaliyyətinə Azərbaycan Kommunist Partiyası Qaryagin Rayon Komitəsində başlamışdır. O, 1936-cı ildə 26 Bakı Komissarı adına Zaqafqaziya Kommunist Universitetini, daha sonra isə orada aspiranturanı bitirərək Tiflis Ali Partiya Məktəbi və Bakı Ali Partiya Məktəbində tarix fənni üzrə dərs keçmişdir. Xurşud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmişdir. O, Azərbaycan Kommunist Universiteti rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru işləmişdir. Xurşud Məmmədov 1944-cü ildən 1948-ci ilədək Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi, 1948–1951-ci illərdə Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1954-cü illərdə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Respublika Partiya Məktəbinin direktoru, 1995–1961-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. Məmmədov Xurşud Bayramqulu oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu.
Şamil Xurşud
Şamil Xurşud oğlu Fərzəliyev -Şamil Xurşud (1934–1986): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi Şamil Fərzəliyev (Şamil Xurşud) 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
Şamil Xurşud oğlu Fərzəliyev

Nazir Xurşudov
Xurşudbanu Natavan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Xurşudbanu Natəvan

Digər lüğətlərdə