Koreyada xurafat
== Ümumi məlumat ==
Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Müasir həyatda belə batil inanclar həddən artıq çoxdur. İnsanlar həyatın mühüm məqamlarında inancların uğur və ya pislik gətirəcəyinə inanır. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da. Hər bir insanın inancı fərqlidir. Hətta bir çox insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi inancları da mövcuddur.
== Koreyalıların batil inancları ==
"4" rəqəmindən qorxu.Bu batil inancının açılışı çox sadədir. Belə ki, bir çox Asiya ölkələrində "4" rəqəminin deyilişi "ölüm" sözünün deyilişi ilə çox oxşardır. Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.