xunveybinlər
xurafatçı
OBASTAN VİKİ
Xurafat
Xurafat ərəbcə huruf (hərflər) sözündən törəmədir və çox güman ki, hürufilik üsulları ilə məna çıxarmalarını bildirib. Ancaq sonradan mahiyyəti dəyişmişdir. Xurafatı miflə də əlaqələndirmək olar. Belə ki, insanlıq uşaqlıq dövründə dünyaya mif vasitəsi ilə baxıb. Qədim Yunan filosofu Aristotel özünün Metafizika kitabında bir problemin fərqinə varıb heyrətə düşmək insana özünün biliksizliyini fərq etdirir deyərək aşağıdakı ifadələri bildirir; "Bu səbəbdəndir ki, philo-mythos bir tərəfiylə də philo-sophosdur, çünki məhz miflər (xurafatlar) heyrət verici şeylərdən təşkil olunur." Xurafat ilə əlaqədar filosof Dücanə Cündioğlunun aşağıdakı fikirləri mühüm əhəmiyyət kəsb edir. "Bu gün xurafə-pərəstliyin dəyəri bilinmir, çünki xurafə-pərəstliyin bir imkan olaraq dərk olunması bir tərəfə dursun həqiqət-pərəstliyin tam əksi zənn edildiyindən həyatın bütün sahələrində xurafatlar qəhr olduqca həqiqətin özü də qəhr olub durur.
Koreyada xurafat
== Ümumi məlumat == Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Müasir həyatda belə batil inanclar həddən artıq çoxdur. İnsanlar həyatın mühüm məqamlarında inancların uğur və ya pislik gətirəcəyinə inanır. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da.Hər bir insanın inancı fərqlidir. Hətta bir çox insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi inancları da mövcuddur. == Koreyalıların batil inancları == "4" rəqəmindən qorxu.Bu batil inancının açılışı çox sadədir.Belə ki, bir çox Asiya ölkələrində "4" rəqəminin deyilişi "ölüm" sözünün deyilişi ilə çox oxşardır.Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.Məhz bu iki sözün oxşarlığına görə koreyalılar onlardan qaçmağı üstün tuturlar.Məsələn, Koreyanın köhnə çoxmərtəbəli binalarının liftində "4" rəqəminin olmamasını görə bilərsiniz.Həmin rəqəm F hərfi ilə işarə olunur.Həmçinin xəstəxanalarda yaxud digər müəssisələrdə "4" rəqəmi ilə işarələnən mərtəbə tapa bilməyəcəksiniz.O ya 5-ci mərtəbə olaraq yaxud da F hərfi ilə qeyd olunacaq. Gecə fit çalma!Bu inanca görə axşam yaxud gecə fit çalmaq olmaz.Digər xalqlarda bu inanc "fit çalma!-pul olmaz" deyə məna verirsə əgər, Koreyada bu inancın mənası tamamilə başqadır.Koreyalılar inanırki, əgər fit çalınsa onun səsinə ya pis ruhlar ya da ilanlar gələ bilər.Pis ruhların fit səsinə gəlməsi barəsində dəqiq məlumat olmasa da ilanların fit səsinə gəlməyəcəyini dəqiqliklə demək olar.Belə ki, ilanlar tamamilə kardır.Halbuki, koreyalıların yanında fit çalmaq istəsəniz onlar bunu etməyə qoymayacaqlar. Yatarkən işlək sərinkeş.Koreyalalıların fikrincə gecə yatdığınız otaqda sərinkeşi yanmış vəziyyətdə qoymaq olmaz çünki o öldürə bilər.Bu təbii ki cəfəngiyyatdır,lakin,Koreyada bu batil inanc məşhurlaşmışdır.Bu bir çox koreyalıların öz qohum və yaxud ailə üzvlərinin ölmüş vəziyyətdə sərinkeş yanan otaqda tapılması ilə bağlıdır.Buna görə də istehlakçılar sərinkeşə avto sönmə funksiyasını əlavə etmişlər. Yuxuda donuz görmə.Bir çox asiya ölkələrindəki kimi yuxuda donuz gormək böyük miqdarda pul gəlirinin olması mənasıni bildirir.Belə ki, donuz onlara görə çiçəklənmə xoşbəxtlik rəmzi olduğu üçün yuxuda donuz görmə gəlir ve uğurun gəlməsini bildirir.Hətta koreyalıların əksəriyyəti yuxuda donuz gördükdən sonra lotereya bileti alırlar.

Digər lüğətlərdə

вы́даться до́черин курфю́ршество повози́ться пу́тать с наме́рением жигулёвский кольпи́т ло́цманство малообразо́ванный моллю́ски навы́ться несоразме́рный филатели́ст хе-хе-хе́ junketeer megalopolis piped music relax screw Very light vis-à-vis монополия ореол реэвакуироваться