Xələclər
Xələclər – İranda, Əfqanıstanda, Türkmənistanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalqı. Dilləri Altay dil ailəsinin Türk dilləri qrupunun Arqu yarımqrupuna aiddir. İrandan başqa yaşadıqları ölkələrdə digər xalqlar arasında assimilyasiyaya uğramışlar. Hazırda İranda xələclərin böyük əksəriyyəti azərbaycanlılar ilə qarışsa da, az bir qismi öz dillərini məişət səviyyəsində qorumuşdur. İranın Mərkəzi və Qum ostanlarında yaşayırlar.
Xələclər Astara rayonunun Şahağac kəndində yaşayırlar. Məsud Məmmədov namizədlik dissertasiyasını Xələc dilinə həsr etmişdir. Xələclər buraya Şandermandan gəlmişlər.
Divanü Lüğat-it-Türkdə boy adı belə izah edilir;
"….. İyirmi ikilər onlara türkcə "qal ac" deyərlər, "ac qal" deməkdir.