XƏTMİ
XƏTTAT
OBASTAN VİKİ
Düz xətt
Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir. Düz xəttin aşağıdakı xassələri vardır: İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar. Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir, ya da paraleldir. Üçölçülü fəzada iki düz xəttin qarşılıqlı vəziyyətini təsvir etmək üçün 4 variant mövcuddur: düz xətlər paraleldirlər; düz xətlər kəsişirlər; düz xətlər perpendikulyardırlar; düz xətlər çarpazdır; Dekart koordinat sistemində düz xətti birdərcəli tənliklə ifadə etmək olur. == Kəsişən düz xətlər == Müstəvi üzərində iki müxtəlif düz xəttin bir ortaq nöqtəsi olarsa, onda deyirlər ki, bu düz xətlər kəsişir. == Paralel düz xətlər == Bir müstəvi üzərində üst-üstə düşməyən və kəsişməyən düz xətlər paralel düz xətlər adlanır. == Çarpaz düz xətlər == Fəzada paralel olmayan və kəsişməyən iki düz xətt çarpaz düz xətlər adlanır. == Düz xətt tənlikləri == === Düz xəttin bucaq əmsalı tənliyi === OX oxuna perpendikulyar olmayan hər hansı düz xəttin verilməsini fərz edək. Bu düz xəttin absis oxu ilə əmələ gətirdiyi bucaq φ, ordinat oxundan ayırdığı parça O B = b {\displaystyle OB=b} olsun.
Düz xətt parçası
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
Xətt
Xətt — iki nöqtə arasında məsafə; bir-biri ilə zəncirvari bağlı olan obyektlər. Xətt (riyaziyyat) — iki nöqtə arasında məsafə (düz; əyri). Trend xətti — qrafikada inkişafı göstərən düz xətt. Bollincer xətti — fond bazarlarının texniki analiz aləti. Apsi xətti (göy mexanikası) — orbitin perimərkəzi ilə apomərkəzini birləşdirən xətt. Langer xətti (anatomia) — insan dərisinin dartılma xətti. "Horizont xətti" — 1992-ci ildə fransız filosofu Jak Attali tərəfindən yazılmış tarixi traktakt. Yönəltmə xətti — (ing.guideline, ru. направляющая линия) – masaüstü nəşriyyat sistemlərində və kompüter qrafikasında: üfüqi və ya şaquli yönəldici; ekranda səhifəkənarı boşluqların, sütunlar arasındakı aralıqların və səhifələmə şablonunun başqa elementlərinin yerini göstərən və çap olunmayan nöqtəli xətt. Elektrik ötürücü xətti — elektrik enerjisini nəql etmə texniki xətti.
Sınıq xətt
Sınıq xətt A1A2, A2A3, ..., An-1An parçalarından ibarət olan A1A2...An fiquru adlanır. Belə ki, ixtiyari k ∈ {2, 3, ..., n-1} üçün Ak-1Ak və AkAk+1 parçaları, eləcə də A1 və An üst-üstə düşdükdə A1A2 və An-1An parçaları bir düz xətt üzərində olmasınlar. A1, A2, ..., An nöqtələri sınıq xəttin təpə nöqtələri, A1A2, A2A3, ..., An-1An parçaları isə sınıq xəttin tərəfləri adlanır. Sınıq xəttin birinci və sonuncu təpə nöqtələri üst-üstə düşərsə, o qapalı sınıq xətt adlanır. Sınıq xəttin tərəfləri bir-birini kəsə bilər.
Xətt gəmisi
Xətt gəmisi (ing. battleship, fr. cuirassé, alm. Schlachtschiff‎) — Zirehli artilleriya hərbi gəmisi. Su tutumu 20-dən 64 min tona qədər, uzunluğu 150-dən 263 metrə qədər, 280-dan 460 millimetr ölçülü toplarla təchiz edilir. Gəmi heyəti 1500—2800 nəfərə qədər olur. XX əsrdə düşmən gəmilərini məhv etmək və sahildə quru qoşunlarına kömək etmək üçün istifadə edilirdi. Смит П. Ч. Закат владыки морей.
Xətt taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Yaşıl Xətt
Yaşıl xətt aşağıdakı mənalara uyğun gələ bilər: Yaşıl xətt (Kipr) – Şimali Kipr və Cənubi Kipri ayıran bölgəni bildirmək üçün istifadə olunan termin. Yaşıl xətt (Bakı metrosu) – Bakı metrosunun 2-ci xətti.
Çəpəki xətt
Çəpəki xətt — Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitabların (kollektiv monoqrafiyalar və ya dərsliklər) elmi işlərin ədəbiyyat siyahısının tərtibi zamanı istifadə olunur; * Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri iki hissədən ibarət olur. Onlar bir-birindən bir çəpəki xətlə – "/" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Qoşa çəpəki xətt– dissertasiyalarda istifadə olunan mənbələrin biblioqrafik təsvirində istifadə edilən şərti işarədir. Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur: 1.məqalə haqqında məlumat; 2.məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr bir birindən qoşa cəpəki xətlə – "//" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı, Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi göstərilir. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s..
İcarəlik xətt
İcarəlik xətt (en. leased line) – ümumi rabitə şəbəkəsində özəl istifadə üçün icarəyə götürülmüş telefon kanalı. İcarəlik xətt kommutasiya olunan telefon şəbəkəsinin adi rabitə xəttindən azca daha geniş buraxılış tezlikləri zolağına malikdir və verilənlər kommutasiya avadanlığından istiqamətləndirilmədiyindən siqnalın təhrif olunması minimallaşdırılır. İcarəlik xətt sürətlə işlənir, maneələrdən daha yaxşı qorunur, lakin adi telefon kanalından baha başa gəlir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Əyri xətt
/ — Bu işarə "Drop" adlanır. Drop sözü bir çox dillərə tanışdır. Drop işarəsinə (/) asan dildə desək "Əyri xətt"-də deyə bilərik. Bu işarə əsasən vebdə istifadə olunur.
Doqquzpunktlu xətt
Doqquzpunktlu xətt, "U" formalı xətt və ya doqquztireli xəritə — Çinin Cənubi Çin dənizindəki ərazi iddialarını müəyyən etmək üçün istifadə etdiyi xətt. Bunlar Vyetnam və Tayvanın iddia etdiyi Parasel adaları, mülkiyyət hüququ Filippin, Çin, Bruney, Malayziya, Tayvan, Vyetnam və digərləri tərəfindən mübahisə mövzusu olan Spratli adalarıdır. Bəzi yerlər Çin, Tayvan və Vyetnam tərəfindən meliorasiyaya məruz qalmışdır. "Doqquzpunktlu xətt" xəritəsi 1947-ci ildə Çinin milliyyətçi hökuməti tərəfindən təqdim edilmişdir. Vyetnamda "Đường lưỡi bò" – "inək dili xəritəsi" və ya "inək dili yolu" kimi də tanınır. Çin mənbələrinə görə, bu xətt ilk dəfə 1948-ci ilin fevralında Çində özəl nəşrlərdə dərc edilmiş xəritələrdə onbirpunktlu xəttdən ibarət "U" formalı xətt kimi meydana çıxmışdı. Bununla belə, Çin hökumətinin Batlonqvi adasını və ona bitişik su ərazilərini Vyetnama vermək qərarına əsasən, 1953-cü ildə ÇXR baş naziri Çjou Enlayın göstərişi ilə dəyişikliklər edilmiş, nəticədə indiki "doqquzpunktlu xətt" ortaya çıxmışdır. Bu xətt Cənubi Çin dənizinin sularında materik Çinindən və Haynan adasından Malayziya və Bruney sahillərinə qədər demək olar ki, ekvatorda Çin maraqları zonasını müəyyən edir. == İstinadlar == == Xarici keçidlər == Antonio T. Carpio. "Historical Facts, Historical Lies, and Historical Rights in the West Philippine Sea" (PDF).
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Xətt gəmisi (yelkənli)
Xətt gəmisi (ing. ship-of-the-line, fr. navire de ligne) — üçdorlu və üçqatlı top sıralı yelkən sinifli, ağacdan hazırlanmış gəmi. Xətt gəmisi 500-5500 ton su sıxışdırma qabiliyyətli göyərtəsində 30—50 dən 135-ə qədər top yerləşən, 300-500 nəfərlik heyətə malik, XVII əsrlərdən tikilməyə başlanılmış 1860-cı illərədək dəniz döyüşlərində cinah taktikası məqsədilə istifadə olunan hərbi gəmi.
Yaşıl Xətt (Kipr)
Yaşıl Xətt — Kiprdə iki ayrı dövləti Kipr Rum Administrasiyasından və Şimali Kipr Türk Respublikasından (de-fakto) ayıran bölgəni göstərmək üçün istifadə olunur. İlk dəfə 1964-cü ildə o vaxt BMT "sülhməramlı qüvvələri" komandiri Peter Young tərəfindən təqdim edilmişdir. Qüvvələrini Nikosiyanın müxtəlif bölgələrinə paylayan General Young, xəritədə yaşıl qələm ilə bir xətt çəkir, sonradan "Yaşıl xətt" adlandırılacaq. "Yaşıl xətt"in mövcud sərhədləri 1974-cü ildəki Kipr Sülh Hərəkatı ilə təyin olundu.
Böyük dairəvi xətt
Böyük dairəvi xətt (rus. Большая кольцевая линия) Moskva Metropoliteninin 11-ci (xronoloji ardıcıllıqla onuncu) və dünyanın ən uzun metro xəttidir. Xəttin birinci hissəsi 26 fevral 2018-ci ildə açılıb. Son 9 stansiya isə 1 mart 2023-cü ildə sərnişinlərin istifadəsinə verildi. Xəttin ümumi uzunluğu 57.5 kilometrdir və 31 stansiyadan ibarətdir. Xəttin beş stansiyasında 5G texnologiyası sınaqdan keçirilir.Xətt sxemdə firuzəyi(bəzən qara) rəng ilə işarə olunur. == Təsvir == Xəttin uzunluğu 58,5 kilometrdir, lakin bəzi mənbələrdə 70 kilomterdən artıq olduğu qeyd olunur. Xəttdə 252 eskalator fəaliyyət göstərir. Sayca ən çox (17) eskalator Peçatniki (rus. Печатники) stansiyasında yerləşir.
Bənövşəyi xətt (1914)
Bənövşəyi xətt —1914-cü ilin martında Britaniya ilə Osmanlı imperiyaları arasında razılaşdırılmış sərhəd xətti. 1913-cü il İngiltərə–Osmanlı Konvensiyasında razılaşdırılan Mavi xəttin dayandırılmasından başlayaraq Osmanlının Yəmən vilayəti ilə Britaniyanın Ədən protektoratı arasındakı sərhədə qədər uzanmışdır. Mavi xətt ilə birlikdə Bənövşəyi xətt Ərəbistan yarımadasını iki yerə bölmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Anscombe, Frederick F. The Ottoman Gulf: the creation of Kuwait, Saudi Arabia, and Qatar New York: Columbia University Press, 1997. Kelly, J. B. Eastern Arabian Frontiers New York: Frederick A Praeger, 1964. Kelly, J. B. Sovereignty and Jurisdiction in Eastern Arabia International Affairs (Royal Institute of International Affairs) 34.4 (1958): 16-24. Hurewitz, J. C., ed. The Middle East and North Africa in World Politics: A Documentary Record, 2nd edn. Vol. 1: European Expansion, 1535-1914.
Xətt-i Humayun
Xətt-i humayun və yaxud da yazılı əmrlər, (Osmanlı dilində: خط همايون) Osmanlı sultanlarının mühüm məsələlər haqqında şəxsən özlərinin yazdıqları və ya qeydlər apardıqları fərmanlara verilən ümumi addır. Osmanlı dövlətinin dövlət strukturunda ən mühüm yazılı əmrlər hesab olunan xətt-i humayunlar (yazılı əmrlər) Osmanlı sülaləsinin simvolu sayılan qırmızı rəngli çantalarda daşınar, üç dəfə öpülərək başa qoyulduqdan sonra açılaraq oxunardı. Bu fərmanlar Osmanlı sultanları tərəfindən şəxsən yazılmış olsalarda, lakin onların saray məmuru tərəfindən surəti köçürülmüş olan bir nüsxəsi də olurdu. Onlar əsasən sultana, baş vəzir və ya Osmanlı dövlətinin başqa yüksək rütbəli məmuru tərəfindən verilmiş bir sənədə cavab olaraq yazılırdılar. Məhz buna görə də, bir ərizənin, məktubun təsdiq edilməsi və ya rədd edilməsi, hesabatın təsdiq edilməsi, sorğuya icazənin verilməsi, verilmiş fərmanla bağlı yaranmış hər hansısa bir məsələyə aydınlıq gətirilməsi və bu kimi digər dövlət sənədlərinə cavab olaraq yazılırdılar. Xətt-i Humayunlar bəzən mövcud bir sənədə cavab olaraq deyil, sıfırdan da yaradıla bilərdilər. Osmanlı imperiyasını modernləşdirməyi hədəfləyən Tənzimat islahatından (1839) sonra rutin tipli xətt-i humayunlar sultanın şifahi cavabının sənəddə qeyd edildiyi vəsiyyət-i səniyye tətbiqi ilə əvəz olunmağa başlanmışdır. İstanbulda yerləşən Osmanlı arxivlərində təxminən 100.000 belə sənəd mövcuddur. Ən məşhur xətt-i humayunlar arasında Tənzimat Fərmanı (1839) və İslahat Fərmanı (1856) yer alır. “Xətt-i humayun” ifadəsi bəzən ədəbi mənada, yəni Osmanlı sultanı tərəfindən şəxsən yazılmış olan sənəd mənasında da işlənə bilər.
Mavi xətt (Livan)
Mavi xətt — Livanı İsraildən və Colan təpələridən ayıran demarkasiya xətti. İsrailin Livandan tam çəkilib-çıxmadığını müəyyən etmək məqsədilə 7 iyun 2000-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən nəşr edilmişdir. Bu, "müvəqqəti", həmçinin və "sərhəd yox, geri çəkilmə xətti" kimi təsvir edilmişdir. Bu, İsrail, Livan və "Hizbullah" arasında davam edən sərhəd münaqişəsinin mövzusudur. İsrail hökuməti 2018-ci ilin sentyabr ayına qədər öz icmalarını "Hizbullah" yaraqlılarının reydlərindən qorumaq üçün demarkasiya xəttinin İsrail tərəfində 11 kilometrlik beton İsrail–Livan səddini tamamlamışdır. Səddin uzunluğu 130 kilometr (81 mil) idi və 2020-ci ilə qədər tamamlanacağı gözlənilirdi. Layihənin 450 milyon dollara başa gələcəyi gözlənilirdi. Səddin əksəriyyəti polad, sensorlar və müşahidə kameraları ilə örtülmüş beton divardır. Xüsusilə çətin yerlərdə beton əvəzinə polad hasardan istifadə edilmişdir.
Azov (xətt gəmisi, 1826)
"Azov" (rus. Азо́в) — Rusiya donanmasının 74 silahlı yelkənli xətt gəmisi. == Tarixi == "Azov" 1826-cı ildə Arxangelskdə suya buraxılmışdır. Gəminin inşaatçısı İ. A. Kuroçkin olmuşdur. "Azov" 20 oktyabr 1827-ci ildə Navarin döyüşündə birinci dərəcəli kapitan Mixail Lazaryevin komandanlığı altında fərqlənmişdir. Gəmi öz atəşi ilə Osmanlı donanmasına aid beş gəmini, o cümlədən donanma komandirinin freqatını məhv etmişdir. "Azov" ən çox zərbəni almış və gəmidəki insan itkiləri Rusiya dənizçilərinin ümumi insan itkilərinin yarısını təşkil etmişdi. "Azov" Rusiya donanması tarixində ilk dəfə Müqəddəs Georgi nişanı və vımpeli ilə təltif edilmiş, Lazarevin rütbəsi artırılaraq kontr-admiral olmuşdur. Gəmi 1831-ci ildə sökülmüşdür. XIX–XX əsrlərdə "Azov"un xatirəsinə üç gəmi "Azov xatirəsi" adlandırılmışdır.
Pulsuz-xətt telefon nömrəsi
Ödənişsiz bir telefon nömrəsi və ya pulsuz telefon nömrəsi, mənşə telefon abunəçisinə ödəniş etmək əvəzinə gələn bütün zənglər üçün hesablanmış bir telefon nömrəsidir . Zəng edən tərəf üçün şəhər telefonundan pulsuz nömrəyə zəng etmək pulsuzdur. Pulsuz zənglər 0120, 800, 0800, 888, 866, 877, 855, 844, 833 və ya 1‑800 nömrəsi 909 (ərazi) kimi coğrafi ərazi koduna bənzər bir yığım prefiksi ilə müəyyən edilir. Xüsusi xidmət giriş nömrələri ölkəyə görə dəyişir. Telefon şəbəkələri elektro-mexaniki zəng keçidindən tamamilə kompüterləşdirilmiş saxlanılan proqram nəzarət şəbəkələrinə keçdikdə pulsuz xidmətlərin xüsusiyyətləri inkişaf etmişdir. Başlanğıcda, çağırılan tərəfə göndərilən zəng, bir telefon şirkəti operatoru vasitəsi ilə bir toplama zəngi olaraq göndərilməli idi . Operator zəngi əl ilə tamamlamadan əvvəl məsafədəki nömrədə ödənişlərin qəbul olunmasını təmin etməli idi. Bir neçə iri müəssisə və dövlət idarəsi çox sayda toplama çağırışı aldı, bu da operatorlar üçün çox vaxt aparırdı. Avtomatlaşdırılmış pulsuz xidmətin inkişafından əvvəl bir çox telefon şirkəti zəng edən pulsuz xidmətin manual versiyasını təqdim etdi. Operator tərəfindən edilən pulsuz danışıq nümunələri arasında 1950-ci illərdə ABŞ-da və Kanadada təqdim olunan Zenith nömrəsi və 1960-cı ildə İngilis Poçt Ofisi tərəfindən təqdim olunan orijinal "Freephone" xidməti var.
Qırmızı xətt (film, 2001)
Rejissor: Səyavuş Hüseynli
Yaşıl xətt (Bakı metrosu)
Bakı metrosunun 2-ci xətti 22 fevral 1968-ci ildən fəaliyyətdədir. 2-ci xəttin ümumi uzunluğu 16,3 km və 10 stansiyadan ibarətdir.
1-ci xətt (Bakı metropoliteni)
Bakı metrosunun 1-ci xətti 6 noyabr 1967-ci ildən fəaliyyətdədir. 1-ci xəttin ümumi uzunluğu 18,36 km və 13 stansiyadan ibarətdir.
1-ci xətt (Bakı metrosu)
Bakı metrosunun 1-ci xətti 6 noyabr 1967-ci ildən fəaliyyətdədir. 1-ci xəttin ümumi uzunluğu 18,36 km və 13 stansiyadan ibarətdir.
İncə qırmızı xətt (film, 1998)
İncə Qırmızı Xətt Ceyms Consun 1998-ci ildə yazdığı roman əsasında, rejissoru və ssenari müəllifi Terrence Malik olan və baş rollarda Ben Çaplin, Con Travolta, Corc Kluni, Vudi Harrelson, Şon Penn, Nik Nolte, Con Kusak kimi məşhur aktyorlar olan və musiqisi Hans Zimmer tərəfindən bəstələnmiş İkinci Dünya Müharibəsi zamanı bir qrup əsgərin stresli anlarını, müharibə zamanı və müharibədən sonrakı təcrübələrini göstərən dramatik döyüş filmidir. Film yayımlanarkən çox yaxşı rəylər əldə etmişdir. Filmin müddəti 170 dəqiqədir. 7 Akademiya Mükafatına namizəd olmuş olan bu film, eyni zamanda da Ən Yaxşı Film Mükafatına namizəd olmuşdur.
Dürand xətti
Dürand xətti (ing. Durand Line, puşt. د ډیورنډ کرښه) — Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq 2670 kilometrlik (1,660 mil) sərhəd. Böyük Britaniyanın Britaniya Hindistanını genişləndirməyə çalışdığı üç ingilis-əfqan müharibəsi nəticəsində meydana gəlmişdir. Bu xətt Əfqan Əmiri Əbdürrəhman xan və Hindistan Müstəmləkə İdarəsinin katibi Ser Mortimer Dürand arasında 1893-cü ildə aparılan danışıqlar nəticəsində yaranmışdır. Əfqanıstan hökuməti onu sərhəd kimi tanımaqdan imtina edir. XIX əsrin ortalarında Çar Rusiyasının Mərkəzi Asiyanı ələ keçirməsindən sonra Britaniya İmperiyası üçün həyəcan təbili çalınırdı. Britaniya əsas müstəmləkəsi olan Hindistana Çar Rusiyanın yaxınlaşmasını ciddi təhlükə olaraq görürdü. Hindistanı qorumaq üçün Əfqanıstan ideal bufer zona idi. Əfqanıstanın dağlarından zəngin Hindistan ovası yüksəkdən görünürdü və ona görə də buranın çox böyük strateji əhəmiyyəti var idi.
Dəmiryol xətti
Dəmiryol xətti — xüsusi ayrılmış yerdə dəmir relslər və mürəkkəb kompleks mühəndis qurğularının kompleksi.
Elektrik veriliş xətti
Elektrik veriliş xətti — işlədiciləri elektrik enerjisi ilə təmin etmək üçün elektrik stansiyalarında hasil olunan elektrik enerjisinin ötürülməsi və paylanmasını həyata keçirən qurğulardır. == Elektrik verilişi xətlərinin gərginlik sinifləri == Şəbəkənin xarakteristikasından, xəttin uzunluğundan, işlədicilərin sayından və s. asılı olaraq EVX-ləri aşağıdakı gərginlik siniflərinə ayrılır: Alçaq gərginlikli — (1 kV – dan aşağı gərginlik) Orta gərginlik — (1 kV – dan 35 kV – dək olan diapazondakı gərginlik) Yüksək gərginlikli — (110 ÷ 220 kV – dək olan diapazondakı gərginlik) İfrat yüksək gərginlikli — (330 kV – dan 750 kV – dək olan diapazondakı gərginlik) Ultra yüksək gərginlikli — (750 kV – dan yüksək olan gərginlik) == Elektrik verilişi xəttinin konstruktiv quruluşu == EVX konstruktiv quruluşuna görə aşağıdakılara bölünür: Hava EVX — cərəyanın ötürülməsi xüsusi dayaqlar üzərində çəkilmiş məftillər vasitəsilə həyata keçirilir. Kabel EVX — cərəyanın ötürülməsi xüsusi kabel kanallarında, torpaqda və s. quraşdırılmış güc kabelləri vasitəsilə həyata keçirilir. == Hava elektrik veriliş xətti == Hava elektrik veriliş xətti elektrik enerjisinin dayaqlardakı izolyatorlardan asılmış məftillər vasitəsilə ötürülməsinə və paylanılmasına xidmət edən qurğudur. === Hava elektrik verilişi xətti konstruktiv elementləri === Elektrik enerjisini ötürən məftillər Məftilləri atmosfer (ildırım) ifrat gərginliklərindən mühafizə edən troslar Məftilləri yer və su səthindən müəyyən məsafədə saxlayan dayaqlar Məftilləri dayaqlardan izolə edən izolyatorlar Məftilləri, izolyatorları və dayaqları bir-biri ilə əlaqələndirən armaturlar Dayaqların, trosların, izolyatorların ağırlığını öz üzərinə götürən özüllər Dayaqların torpaqlama sistemləri Hava elektrik veriliş xətlərinin məftil və trosları müəyyən yerlərdə (xəttin çəkilmə şəraitindən asılı olaraq) aknker dayaqlara sərt bərkidilməli və lazımi qədər çəkilməlidir. Anker dayaqları arasında məftil və trosları müəyyən hündürlükdə saxlamaq üçün aralıq dayaqları qurulur. Dayaqlarda iki qonşu bərkidilmə nöqtəsi arasındakı ən kiçik məsafəyə aşırımın uzunluğu və ya aşırım (l) deyilir. Məftilin ən çox sallanma şəraitində onunla yer arasındakı ən kiçik məsafəyə qabarit məsafəsi (h) deyilir.
Gədəbəy ensiz dəmiryolu xətti
Gədəbəy ensiz dəmiryolu xətti - Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il). == Tarixi == Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi. Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı: Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu.
Hava xətti
Aviatrassa, aviasiya xətti və ya hava xətti — nəqliyyat təyyarələrinin müntəzəm uçması üçün təsdiq olunmuş marşrut. Aviatrassa təyyarələrin təhlükəsiz qalxıb-enməsi üçün aerodromlar və zəruri yerüstü avadanlıq (aviamayak, tanınma nişanları və s.) ilə təchiz edilir. Rusiyada ilk aviatrassa 15 iyul 1923-cü ildə Moskva ilə Nijni Novqorod arasında açılmışdır, uzunluğu 420 kilometr olmuşdur. 1975-ci ildə SSRİ hava xətlərinin ümumi uzunluğu 800 min kilometrdən çox olmuşdur. 1975-ci ildə SSRİ ilə 70-dən ölkənin paytaxt və ya iri şəhəri arasında hava rabitələri var idi. 1970-ci illərdə Azərbaycanda 20-dən artıq aviatrassa var idi. Məsələn, Bakı–Gəncə–Naxçıvan, Bakı–Xankəndi, Bakı–Şəki–Balakən, Bakı–Ağdam, Bakı–Yevlax, Bakı–Lənkəran və s. == İstinadlar == == Xarici keçidlər == FAA Order JO 7400.2L, Procedures for Handling Airspace Matters, effective 2017-10-12 (with changes), accessed 2017-12-04 FAA Aeronautical Information Manual, Chapter 1 Cold War Berlin air corridor disagreement.
Kirovsko-Vıborqskaya xətti
Sankt-Peterburq metrosunun 1-ci xətti — Sankt-Peterburq metrosunun xətlərindən biridir. SSRİ dövründə, 15 noyabr 1955-ci ildə açılıb. Xəttin uzunluğu 29.57 km-dir və 19 stansiyadan ibarətdir.
Koordinat düz xətti
Koordinat düz xətti — üzərində hesablama başlanğıcı, vahid parça və istiqamət seçilmiş düz xəttə deyilir.
Kredit xətti
Kufi xətti
Kufi xətti — Ərəb xətt növü. Kvadrat formada ərəb hərfləri. == Tarixi == Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanmışdır. Ərəb qrafikası ən qədim kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılmışdır. İlk "Quran" nüsxələri də məhz bu xətlə yazılmışdır. Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər qazanmış, nəhayət, müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş, sonrakı dövrlərdə onun yalnız nöqtəli şəklindən istifadə olunmuşdur. VII–VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi "çiçəkli kufi" diqqəti cəlb edir ki, həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb nəbatat motivləri ilə müşayiət olunurdu. Bəzi tədqiqatçılar IX–X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını göstərdikləri halda, Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir: 1) Tümar — məscid və binaların kitabələrində istifadə edilmişdir; 2) Sicillat — sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə edilmişdir; 3) Ühud — əmr və sərəncamların yazılışında istifadə edilmişdir; 4–5) Müamərat və əmanat — order və sənədlərdə işlədilirdi; 6–9) Dibac, mədih, mürəssə, riyaş — bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə edilirdi; 10–12) Qübar, həsən və bəyaz — dini əsərlərin yazılışında istifadə edilmişdir. VIII əsrin sonlarında isə artıq 37 kufi xətti növü mövcud idi: cəlil, tümar, kufi, müamərat, qübar cilyə, müsəlsəl, civanihi, nəsəf, sülseyn, riyaşi, məcmu, müsahif, lölöyi, əşar, həvaşi, müqtərin, mənsur, müdmic, mühəddis, məmzuc, müqəvvid, məbsut, mürsəl, müxəffəf, müəlləq, ühud, qübar, müəlləf, fəssah, nimat, qirmə, divani, müxəllə, müəccəz, tuəman, siyaqət, müfəttə.
M1 xətti (İstanbul metropoliteni)
M1 xətti (türk. M1 Yenikapı - Atatürk Airport, Kirazlı) – İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 1989-cu ildə istifadəyə verilmişdir. Bu gündə ortalama 220.000 sərnişin daşıyaraq, M2 xəttindən sonra İstanbul metropolitenində ən çox istifadə edilən üçüncü dəmiryol sistemidir. Xəttin uzunluğu 26,10 kilometrdir və 23 stansiya yer alır. Xətt Yeniqapı ilə Avtovağzal stansiyaları arasında 3 dəqiqə olmaqla, Avtovağzal və Atatürk Hava Limanları arasında həftə boyu 6:00-dan 00: 00-dək davam edir. Avtovağzal və Kirazlı arasındakı 24.000 sərnişinin ilə metro xəttinin rəsmi açılışı 14 iyun 2013 tarixində baş tutdu. Yeniqapı metrostansiyasından başlayan xətt Avtovağzal metrostansiyasına çatdıqda iki istiqamətə bölünür: ana xətt Atatürk hava limanına gedir, digər xətt Kirazlıya gedir. 2014-cü ildə xəttin sürücüsüz metro xəttinə çevriləcəyi və hətta doqquz yeni stansiyanın əlavə ediləcəyi açıqlandı. == Tarixçə == İstanbulun əhalisinin artması ilə şəhərin sərnişin nəqliyyatına ehtiyacı yarandı.
M2 xətti (İstanbul metropoliteni)
M2 xətti — İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 2000-ci ildə istifadəyə verilmişdir. Xəttin yalnız Haliç stansiyası yerüstüdür, digər 15 stansiya yeraltıdır. Planlaşdırılan və davam edən stansiyalar istifadəyə verildikdə, İncirlidən Çayırbaşıya qədər uzanacaq və cənub-şimal istiqamətində İstanbulu kəsərək 22 stansiyaya sahib olacaqdır. M2 xətti ilk dəfə 2000-ci ildə Taksim və Levent arasında 5 stansiya ilə istifadəyə verildi və son olaraq Yeniqapı stansiyası istifadəyə verildi. Xətt tez-tez, təxminən 3 dəqiqədən bir işləyir. == Tarixçə == Xəttin tikintisi 19 avqust 1992-ci ildə başlamışdır. Birinci hissə tamamilə yeraltı idi. Tunellərin inşası 1995-ci ildə, bütün xətt isə 1999-cu ildə başa çatdırılmışdır. 2000-ci ilin oktyabrında xətt sərnişinlər üçün açıldı.
Majino xətti
Majino xətti — 1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi. Majino xətti 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilib. Lonqüyondan(Lonqvi yaxınlığında) Belfora qədər keçən əsas müdafiə zolağına, uzunmüddətli qurğular daxil idi və cəbhə boyu 400 km yaxın, dərinliyə isə 6–8 km idi. Onun qarşısında 4–14 km dərinlikdə təchizat zolağı yerləşirdi. Qoşunların idarəsinin asanlığı və müdafiənin yüksək dayanıqlığı üçün Majino xətti istehkam rayonlara və sektorlara bölünmüşdü. Ən güclü müdafiə istehkamları Şyer və Reyn çayları arasında yerləşirdi. Burada Mets (Lotarinq) və Lauters(Elzas) istehkam rayonları, onların arasında uzunmüddətli atəş qurğularından(UAQ) ibarət Saar istehkam sektoru və ərazidə sünyi sel sistemi yerləşirdi. Strasburqdan Belfora qədər olan müdafiə zolağı təbii əngəllərə -Reyn çayı və Rona-Reyn kanalına dayanırdı və xüsusi ilə güclü istehkamlara malik deyildi. Xəttin sol cinahında (qərbi Arlon) istehkam sektoru vardı. Belçika ilə sərhədində Majino xəttindən şimal-qərbə sarı müdafiə istehkamlarının tikintisi ancaq 1936-cı ildə və ikinci dünya müharibəsinin əvvəlinə yaxın başlandı.
Mannerheym xətti
Mannerheym xətti - Kareliya bərzəxində - Finlandiyanın keçmiş SSRİ ilə sərhədində istehkamlar sistemi. Finlandiya marşalı Karl Qustav Emil Mannerheymin adı ilə adlandırılmışdır. 1927-1939-cu illərdə inşa edilmişdir. 30 km içəriyə çəkilmiş operativ maneə zonasından ibarət idi; əsası 8-10 km, ikinci dayağı - 5 km və təbii maneələrə (göllər, çaylar, bataqlıqlar, meşələr və s.) söykənən arxa mühafizə xəttindən ibarət idi. "Mannerheym xətti"nin içərilərə doğru ümumi dərinliyi 80 – 90 km, istehkamların ümumi uzunluğu isə 400 km-ə yaxın idi. Mannerheym xəttində səngərlər və çöl istehkamları vasitəsilə birləşdirilmiş 1000-ə yaxın yaxşı gizlədilmiş ağac-torpaq atəş nöqtəsi var idi. İstehkamların önündə 12 cərgəyədək qranit dirəklər basdırılmış, 15 - 45 cərgəlik məftilli çəpərlər çəkilmiş, tank əleyhinə xəndəklər qazılmış və minalanmış çöllər var idi. 1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsi zamanı sovet qoşunlarının hücumunun qarşısı "Mannerheym xətti" ilə xeyli müddətə alınmışdı, onun yarılması zamanı sovet qoşunları canlı qüvvədə minlərlə itki verdilər. 1944-cü ildə sovet qoşunları yenidən böyük itkilərlə "Marmerheym xətti"ni yardılar və bundan sonra istehkamlar məhv edildi.
Metropoliten xətti
Metropoliten xətti — London metropoliteninin xətti. Sxemlərdə bənövşəyi rənglə göstərilir. Dünyanın ilk metropoliteni ünvanını daşımaqdadır. 10 yanvar 1863-cü ildə açılmışdır. lakin Farrinqdon və Paddinqton stansiyaları arasındakı hissə artıq bu xəttə aid deyildir. Həmin sahə hal-hazırda Hammersmit and Siti, Distrikt və Dairəvi xətlərə xidmət edir. Əsas sahə London Sitisindəki Oldgeyt stansiyası ilə Amerşem stansiyası arasındadır. bu sahədə xətt həmçinin Aksbric, Vetford və Çeşemə qədər haçalanır. 34 stansiyadan yalnız 9-u yeraltında yerləşmişdir. Bu xətt Böyük Londonun xaricinə çıxan iki xəttdən biridir.
Milyardın dəyəri, Timsah xətti (roman)
Montqomeri avtobus xətti insidenti
Montgomery avtobus xətti insidenti, Amerika Birləşmiş Ştatlarının Alabama əyalətinin Montgomery şəhərində ictimai nəqliyyatdakı irqi ayrı-seçkilik tədbirlərinin ləğv edilməsini müdafiə edən qaradərili sakinlərin təşkil etmiş olduğu dinc etirazdır. Qarşıdurma 1 dekabr 1955-ci ildən 20 dekabr 1956-cı ilədək davam etmiş və ABŞ Ali Məhkəməsinin nəqliyyatda irqi ayrı-seçkiliyi qanunsuz elan etdiyi qərarı ilə sona çatmışdır. Montgomery qanunlarına görə, zəncilərin ilk dörd sırada oturması qadağan idi, səbəbi isə bu yerlərin “yalnız ağlar” üçün ayrılmış yerlər olması idi. “Yalnız ağlar” üçün nəzərdə tutulan bütün yerlər tutulmuşdusa, arxa cərgələrdə qaralar üçün nəzərdə tutulan yerlərdə oturan qaralar durmalı və bu yeri avtobusdakı ağ rəngli sərnişinlərə vermək məcburiyyətində idilər. Martin Lüter Kinq 1955-ci ildə cənub əyalətlərində ictimai nəqliyyatda ayrı-seçkiliyin təzahürünü belə təsvir etmişdir: Avtobus sürücüləri arasında zəncilər yoxdur və bəzi ağdərili sürücülər nəzakətli olsalar da, ağ dərili sürücülərin həddindən artıq çoxu qaradərililərə qarşı təhqir və söyüşlər həyata keçirdirlər. Avtobusda qara dərililər də bağırdıqca, təbii olaraq səsləri eşidilir: “Qara İnək”, “Zəncilər”, “Qara meymun”. Tez-tez zəncilər girişdə gediş haqqını ödəyirdilər və daha sonra arxa platformadan yenidən avtobusa minmək üçün enməyə məcbur olurdular və çox vaxt zəncilər gediş haqqını götürərək arxa qapıya gəlmədən avtobus tərk edirdilər... Avtobusda “yalnız ağlar üçün” boş yerlər var idi. Avtobusda ağ dərili sərnişinlər olmasa da, yaxud da qaralar çox olsa da, ilk dörd oturacaqda oturmağa icazələri yox idi. Ancaq bu hamısı deyildi.
Multi-kod idarəli xətti prediktor
Multi-kod idarəli xətti prediktor, (ing. Code Excited Linear Prediction), rus. Линейное предсказание с мультикодовым управлением) – nitq siqnallarının kodlaşdırılması alqoritmi 1985-ci ildə Manfred Şröder və Bişnu Atal tərəfindən təklif edilmişdir. Həmin dövrdə bu alqoritm RELP və LPC audiokodekləri (məsələn, FS-1015) kimi aşağı bit sürətli alqoritmlərlə müqayisədə daha yaxşı keyfiyyət təmin edirdi. ACELP, RCELP, LD-CELP və VSELP kimi variantları ilə birlikdə hazırda ən geniş istifadə edilən nitq kodlaşdırma alqoritmidir. Hazırda CELP konkret kodek üçün deyil, alqoritmlər sinfi üçün ümumi termin kimi istifadə edilir. İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı, 111 səh.
Nabran ensiz dəmiryolu xətti
Nabran ensiz dəmiryolu xətti — Azərbaycanın Xaçmaz rayonu ərazisində mövcud olmuş ensiz dəmiryolu xətti (750 mm). Xətt 1951-ci ildə inşa edilmişdir. Xudat stansiyasından, Muxtadir qəsəbəsinə oradan isə Nabrana yönəlirdi. Üstəlik digər qollarıda var idi. Dəmir yolu Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə tabe idi. Əsasən Kolxoz və Solxozlara xidmət üçün nəzərdə tutulsa da Azərbaycanın bu hissəsinin turistik bölgə olması səbəbindən dəmir yolu turistlər tərəfindən də istifadə edilirdi. Dəmir yolu Xəzər dənizinin sahili boyunca uzanırdı. Xətt tələbatın olmaması səbəbindən 1990—1992-ci illərdə fəaliyyətini dayandırmışdır. Yollarda əsasən iki paravozdan istifadə edilirdi. Sonradan isə Tu4 teplovozları da istifadəyə verilmişdir.
Nabukko təbii qaz boru xətti
Nabukko Vest qaz kəməri — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misirin də həmçinin layihənin təchizatçısı olması ehtimal edilir. Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. 1 329 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), FGSZ (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Həmçinin, Fransa şirkəti olan Engie (GSZ) SA də 28 may 2013-cü ildə bu layihəyə qoşulmaq istəyini bildirmişdir.
Naska xətti
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Nəstəliq xətti
Nəstəliq xətti — Ərəb xəttatlıq növü. Nəstəliq xətti XIV əsrin sonunda nəsx və təliq xətlərinin sintezi nəticəsində yaradılmış və ərəb əlifbası ilə yazılan bədii xətt növlərindən birinə çevrilmişdir. Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən yaradılan nəstəliq 15–16-cı əsrlərdə Yaxın Şərqdə, xüsusilə də İran və Azərbaycanda geniş yayılmış və əsasən kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların və s. bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunmuşdur.
Nəsx xətti
Nəsx xətti—Ərəb xətt növü. Nəsx xətti (lüğəvi mənası "üzünü köçürmək", "ləğv etmək", "şəklini dəyişmək"dir) – XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra İbn Muğlə Şirazi bu xətt növünü ixtira etmiş və bu ad özündən əvvəlki xətti, yəni kufi xəttini aradan çıxardığı üçün yeni xətt növünə verilmişdir. Digər qədim xətlərlə müqayisədə nəsx özünün sadəliyi, rahat oxunuşu və rəvan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx meydana gəldiyi ilk gündən "Quran", dua, bədii kitabların yazılışı və üzünün köçürülməsində, habelə dəftərxana işlərində geniş istifadə olunmuşdur. Hazırda İslam ölkələrində nəsx xəttinin iki növündən – yaquti nəsx və İrani nəsxdən istifadə olunur. Yaquti nəsx hicri tarixlə 698-ci ildə ildə vəfat etmiş ustad Yaqut Mustəsəmi tərəfindən ixtira olunaraq təkmilləşdirilmişdir. İrani nəsx isə Səfəvilərin hakimiyyəti dövründə yaşayıb-yaratmış xəttat Əhməd Neyrizi tərəfindən ixtira olunaraq bütün İslam ölkələrində, xüsusilə də İran ərazisində geniş istifadə olunmuşdur.
Ohanyan xətti
Ohanyan xətti və ya Ohanyan səddi — 1994–2020-ci illərdə, Ermənistanın keçmiş hərb naziri olmuş Seyran Ohanyannın bir başa rəhbərliyi altında qurulan və sonrakı dövrlərdə belə güçləndirilən müdafiə qurğuları sistemi. Azərbaycan ilə Ermənistan arasındakı Qarabağdakı təmas xətti eyni ilə Ohanyan xətti ilə üst-üstə düşürdü. Onun uzunluğu 180 kilometrdən (110 mil) 200 kilometrə (120 mil) qədər idi. Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəd rolunu oynayırdı. Şərq istiqamət isə Ohanyan xəttinin əsasən seqmentini təşkil edirdi. Bu istiqamətin möhkəmləndirilməsininə yaranan ehtiyac isə təbii sərhədlərin olmaması, şərqə doğru yüksəkliklərin alçalması idi. Ohanyan xətti bir neçə məqsədi yerinə yetirmək üçün inşa edilmişdir: Ola biləcək hücumun qarşısını almaq və müdafiə tədbirlərinə başlamaq üçün. Əks hücum üçün strateji bir dayaq olaraq istifadə olunması. Xəttin əsasən strateji yüksəkliklərdən keçməsi Azərbaycanın müdafiəsinin daxili hissələrinin belə rahatlıqla nəzarətdə saxlanılması. Yeraltı bunkerlərlə təchiz olunan və alınması üçün azı 10 minlərə itki verdirmə imkanına sahib olası.

Digər lüğətlərdə