YAZ GECƏ-GÜNDÜZ BƏRABƏRLİYİ

martın 21-dəki gecə-gündüz bərabərliyidir. Həmin gün Günəş ekliptika üzrə illik hərəkətində göy ekvatorunu keçib Cən. yarımkürəsi səmasından Şim. yarımkürəsinə qayıdır.
YAZ
YER
OBASTAN VİKİ
Gecə-gündüzün bərabərliyi
Gecə-gündüzün bərabərliyi (və ya ekinoks) — gecə və gündüzün bərabər olduğu, Günəş şüalarının ekvatora dik şəkildə düşməsi nəticəsində şüaların çevrənin qütblərdən keçdiyi andır. İldə iki dəfə təkrarlanır — yaz gecə-gündüz bərabərliyi və payız gecə-gündüz bərabərliyi. 23 sentyabrda baş verən gecə-gündüzün bərabərliyi: şimal və cənub yarımkürələri, Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən cənub yarımkürəsinə dik düşməyə başlayır. Bu tarixdən etibarən cənub yarımkürəsində gündüzlər, gecələrdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarix cənub yarımkürəsində yazın, şimal yarımkürəsində payız başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində da görülür. Dünyada gecə və gündüz bir-birinə bərabər olur.
Gecə-gündüz tortu
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Yaz
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Gündüz
Gündüz — ad. Gündüz Abdullayev Gündüz Abdullayev (kapitan) Gündüz Abdullayev (şəhid) Gündüz Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gündüz Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Gündüz Abbasov — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Gündüz Səmədov — Gündüz Cəlilov — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Fiqurların bərabərliyi
Fiqurların bərabərliyi — Evklid həndəsəsində müstəvi üzərində yaxud fəzada verilən fiqurlar çoxluğunda əsas binar münasibətlərdən biridir. Fiqurların bərabərliyi ekvivalentlik münasibətidir, yəni həm refleksiv, həm simmetrik, həm də, tranzitivdir. Bərabərlik fiqurların bərabər olmaq xassəsidir. Əgər φ {\displaystyle \varphi } fiqurunu hərəkət çevirməsi ilə φ 1 {\displaystyle \varphi 1} fiquruna çevirmək olarsa, bu fiqurlara bərabər fiqurlar deyilir. Qeyd edək ki, fiqurların bərabərliyi onların nöqtələr çoxluğu kimi bərabər olması demək deyildir. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Gender bərabərliyi
Gender bərabərliyi — cinsi bərabərlik və ya cinslərin bərabərliyi kimi də tanınır. Gender bərabərliyi, iqtisadi iştirak və qərarların qəbulu da daxil olmaqla, cinsindən asılı olmayaraq resurslara və imkanlara bərabər çıxış asanlığı vəziyyətidir. Eyni zamanda cinsindən asılı olmayaraq müxtəlif davranışları, istəkləri və ehtiyacları bərabər qiymətləndirmə vəziyyəti sayılır. UNICEF gender bərabərliyini "qadınlar və kişilər, qızlar və oğlanlar eyni hüquqlardan, resurslardan, imkanlardan və müdafiələrdən istifadə edirlər. Bu, qızların və oğlanların, qadınların və kişilərin eyni olmasını və ya onlara tam münasibət göstərilməsini tələb etmir.. 2017-ci ildən etibarən gender bərabərliyi Birləşmiş Millətlər Təşkilatının on yeddi davamlı inkişaf məqsədindən (SDG 5) beşincisi hesab edilir. Gender bərabərliyi məqsəddir, gender neytrallığı və gender bərabərliyi isə məqsədə çatmağa kömək edən təcrübə və düşüncə tərzidir. Müəyyən bir vəziyyətdə gender tarazlığını ölçmək üçün istifadə edilən gender pariteti əsaslı gender bərabərliyinə nail olmağa kömək edə bilər, lakin özlüyündə məqsəd deyil. Gender bərabərliyi qadın hüquqları ilə güclü şəkildə bağlıdır və çox vaxt siyasət dəyişikliklərini tələb edir. Qlobal miqyasda gender bərabərliyinə nail olmaq həm də qadınlara və qızlara qarşı cinsi alver, qadın öldürmə, müharibə zamanı cinsi zorakılıq, gender əmək haqqı fərqi[1] və digər təzyiq taktikaları daxil olmaqla, zərərli təcrübələrin aradan qaldırılmasını tələb edir.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
Yaz Xan
Yaz ağçiçəyi
Yaz ağçiçəyi (lat. Leucojum vernum) - ağçiçək cinsinə aid bitki növü.
Yaz baharotu
Yaz fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Yaz mandraqorası
Yaz mandraqorası (lat. Mandragora vernalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Yaz xaçgülü
Yaz xaçgülü (lat. Senecio vernalis) — xaçgülü cinsinə aid bitki növü. Birillik, cavan vaxtı torvari-tüklü və ya yunvari, aşağı hissəyə doğru demək olar ki, çılpaq bitkidir. Kökümsovu milşəkilli, açıq qəhvəyi rənglidir. Gövdəsi (2) 15-60 (80) sm hündürlükdə, düz, çox vaxt tək, boş qalxanvari budaqlanandır. Gövdəətrafı yarpaqlar saplağa daralan, belvari və ya uzunsov-belvari, kənarları seyrək dişli; aşağı gövdə yarpaqları qısa saplaqlı, lələkvaribölümlü, hissələri uzunsov seyrək dişlidir; orta yarpaqlar oturaq, yuxarı yarpaqlar dar hissələrə lələkvari bölünmüşdür. Səbət boş qalxanvari-süpürgəvari çiçəkqrupundadır (nadir hallarda tək çiçək). Sarğı silindrvarizəngvari, 4-7 mm enində, solğun. Dilcikşəkilli çiçəklər qızılı-sarı, sarğıdan 2 dəfə uzundur. Toxumcaları silindrvari, 3 mm uzunluqda; kəkili ağ, toxumcadan 2 dəfə uzundur.
Yaz zirinci
Yaz zirinci (lat. Berberis vernae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni şimal-qərbi Çindir. Tyan-Şanın şərq (Çin) hissəsinin dağlarında yayılmışdır. Hündürlüyü 2 m-dək olan, yarımdərili yarpaqlı və uzun (5 sm-dək) iynələri olan koldur. 8 yaşında hündürlüyü 1,4 m-ə, çətirinin diametri 140 sm-ə çatır. Vegetasiyası aprelin ikinci yarısından oktyabrın ortalarına qədərdir. Yavaş böyüyür və 6 yaşından hər il çiçəkləyir, meyvə verir. İyunun ortalarında təxminn 10-12 gün çiçəkləyir. Meyvələri oktyabrın əvvəllərində yetişir.
Yaz çınqıllıqotu
Yaz çınqıllıqotu (lat. Rhinanthus vernalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çınqıllıqotu cinsinə aid bitki növü. Hündürlüyü (8) 15-50 sm, gövdəsi düz, zəif tüklü və ya çılpaqdır, tünd rəngli uzununa cizgili və düyünaraları uzanmış olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaqdır, uzunsov-neştərvari, neştərvari və ya ensiz neştərvaridir, sivri, küt və ya demək olar ki, yastı dişcikləri olan mişarvari-dişlidir, təpə hissədə qısa daralmışdır, qısa tüklü və kələkötürdür. Tac açıq-sarı rəngdədir, uzunluğu 15-20 mm-dir, tacın borucuğu azacıq bükülmüşdür və kasacıqla eyni uzunluqdadır. Qutucuq ovalşəkillidir, kasacıqdan qısadır, uzunluğu 10-12 mm-dir. Toxumlarının uzunluğu 5 mm-ə qədər, oval, eni 1 mm-ə yaxın olan qanadı vardır. İyul İyul-avqust Azərbaycanda yayılması: BQ (Quba) BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və ya subalp qurşaqlarında.
Yaz yastıqotu
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.
Gündüz Ağayev
Gündüz Malik oğlu Ağayev (20 iyul 1981, Puşkin rayonu) — Azərbaycan rəssamı və karikaturaçısı. 1981-ci il iyulun 20-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. İlk sərgisini 2004-cü ildə keçirib. Sayca ikinci sərgisi Bakı Muzey Mərkəzində baş tutub. Gündüz Ağayevin əsərləri yalnız Azərbaycanda deyil, həmçinin Rusiya (2008), Türkiyə (2011), Fransa səfirliyinin təşkilatçılığı ilə 2012-ci ildə "Dostluq" və 2013-cü ildə Türkmənistanda beynəlxalq sərgilərdə sənətsevərlərə təqdim olunub. Rəssam kimi "Sənət Demokratiya Naminə" layihəsində də yer alıb. Azərbaycanda insan hüquqları problemlərinə və qeyri-demokratik şəraitə etiraz üslubu olaraq karikatura janrına keçib, bunun nəticəsində çoxsaylı təzyiqlərə məruz qalıb. 2014-cü ildən Azərbaycandan kənarda, Fransada yaşayır. "Azadlıq Radiosu", "Meydan TV" və "AzLogos" kimi platformalar ilə əməkdaşlıq edir.
Gündüz Cəlilov
Gündüz Ramazan oğlu Cəlilov (30 mart 1954, Zəhmət, Zəngibasar rayonu) — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri. Gündüz Cəlilov 30 mart 1954-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Neft və Kimya İnstitutundan məzun olmuşdur. İxtisasca energetik-mühəndisdir. İnstitutu bitirdikdən sonra "Azərenerjisalma" müəssisəsində mühəndis kimi çalışmağa başlamışdır. Gündüz Cəlilov sovet dövründə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1983-cü ildən Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı, 1985-ci ildən Neft-Mədən Maşınqayırma Zavodu Partiya Komitəsinin katibi olaraq çalışmışdır. 1988-1990-cı illərdə Xətai Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Gündüz Cəlilov 1990-cı ilin yanvarından 1992-ci ilin iyulunadək "Vətəndaş" Birliyinin sədri olmuşdur. Gündüz Cəlilov 9 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 706 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Gündüz Məmmədov
Gündüz Aydın oğlu Məmmədov (26 oktyabr 1974-cü ildə, Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub) — Ukrayna hüquqşünası, hüquq elmləri namizədi, dosent, Ukraynanın əməkdar hüquqşünası. 18 oktyabr 2019-cu ildən 27 iyul 2021-ci il tarixədək Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışmışdır. 1996 — “hüquqşünaslıq” ixtisası üzrə Meçnikov adına Odessa milli universitetini bitirib. 2013 — Odessa iqtisad universiteti bitirib. Öz əmək fəaliyyətinə 1996-cı ildə Ukrayna prokurorluğunda başlayıb. O, prokuror köməkçisi, Odessanın Primorski rayonunun prokurorluğunda təcrübə keçib, sonra rayon prokurorunun birinci müavini olub. 2012-2013 - Kiyev vilayətinin prokurorluğunda çalışıb. 2013-cü ildə Ukrayna Prokurorluğunun Milli Akademiyasının Elmi-Tədqiqat İnstitutunda cinayətkarlıqla mübarizə problemləri üzrə Tədqiqatlar Şöbəsinin baş elmi işçisi olub. 2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək - Dnepr Ekologiya prokurorluğunun İstintaq şöbəsinin rəisi. 2014-cü ilin iyulundan - Odessa prokuroru.
Gündüz Nəsibov
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Gündüz Səmədov
Gündüz İsmayılov
Gündüz Arif oğlu İsmayılov – Azərbaycanı təmsil edən pauerliftinqçi. Gündüz İsmayılov 1996-cı ildə Atlanta Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 170 кiloqramlıq nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Gündüz İsmayılov 2000-ci il Sidney Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 240 кiloqramlıq nəticə göstərən Gündüz İsayılov və Sidney Paralimpiadasının qızıl medalına sahib oldu. Amma Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Anti-Dopinq Komissiyası Gündüz İsmayılovdan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğu məlum oldu və onun nəticələri ləğv olundu. Gündüz İsmayılov həmdə 2004-cü ildə baş tutacaq Paralimpiya Oyunlarında mübarizə aparmaqdan da məhrum edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Gündüz Arif oğlu İsmayılov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
Gündüz Əliyev
Gündüz Etibar oğlu Əliyev (8 fevral 2002; Lerik rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Gündüz Əliyev 2002-ci il fevralın 8-də Lerik rayonunun Loda kəndində anadan olub. Subay idi. Gündüz Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Gündüz Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gündüz Əliyev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gündüz Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gündüz Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Gündüz Əlizadə
Gündüz Əlizadə (11 fevral 1955, Əhmədli – 9 dekabr 2017, Almaniya Federativ Respublikası) — azərbaycanlı karikatura və qrafika ustası. Gündüz Əlizadə 1955-ci ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1962- ci ildə Əhmədlidə 64 nömrəli məktəbdə 1-ci sinfə getmişdir. Uşaqlıqdan şəkil çəkməyə olan böyük həvəsi onu Yuri Qaqarin adina pionerlər sarayının rəsm dərnəyinə gətirmiş, Mərhum Məsuma Ağayevanın rəhbərlik elədiyi dərnəkdə rəsm dərsi almağa baslamışdır. 1970-ci ildə 8-ci sinfi bitirmiş Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının bedii tərtibat fakültəsinə daxil olmuş, 1974-də təhsilini uğurla basa vurmuşdur. Leninqradda Ali təhsil almaq ücün bron almış, lakin bəzi səbəblər üzündən Peterburqda təhsil almaq bas tutmamışdır. Gündüz Əlizadə 1974-cü ildə Volqaqrada hərbi xidmətə cağrilmış, orada da rəssam kimi fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə hərbi xidmətini tamamlamış Əlizadə 1977-ci ildə Mirzağa Əliyev adına incəsənət institutuna daxil olmuşdur. 1982-ci ildə ali təhsilini bitirmiş, Bakı reklam idarəsinə təyinat almışdır. Beş qardaş bir bacı olan Gündüz Əlizadə ailənin ilk övladı idi.