Mersedes Yellinek
Adriana Manuela Ramona Yellinek (alm. Adriana Manuela Ramona Jellinek; ləqəbi Mersédes (isp. Mercédes) olub; 16 sentyabr 1889, Vyana – 23 fevral 1929, Vyana) — Avstriyalı iş adamı Emil Yellinekin qızı, "Mersedes" avtomobil markası onun şərəfinə adlandırılıb.
Ailəsinin üçüncü uşağı idi. Anası Raxel Qoqqman Senrobert (Rachel Goggmann Cenrobert, 1854–1893) əlcəzairli Səfərad yəhudilərindən idi. Onun babası Adolf Yellinek Vyana şəhərinin baş ravvini olmuşdur. Onu evdə "Mersedes" (Ladino dilində "şəfqət", "məlahət" deməkdir) çağırırdılar. Avstriyalı bankir və Qotlib Daymlerin avtomobil firmasının təsisçisi olan atası müəssisədə buraxılan avtomobil markasını qızının şərəfinə adlandırmışdır. "Mersedes" "Daymler"in əvvəlki modellərinin elementləri əsasında hazırlanmışdır, onun texniki yenilikləri ştamplanmış rama və giriş klapanlarının mexaniki ötürücüsü idi, amma sonradan şirkət onlardan imtina etməli oldular. Maşının idarə edilməsi qeyri-adi dərəcədə asan və ən əsası istismarda etibarlı idi.