Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. Rhead, G. Wooliscroft.
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Yelpikqanadlılar
Yelpikqanadlılar (lat. Strepsiptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Düzqanadlılarda, bərabərqanadlılarda və pərdəqanadlılarda parazitlik edən xırda cücülərdir. Yelpikqanadlıları kəskin ifadə olunmuş cinsi dimorfizim səciyələndirir. Erkəklər imaqo mərhələsində sərbəst yaşayandır, bədənləri normal olub, baş, döş və qarıncığa bölünmüşdür. Bədənin uzunluğu 1–7 mm-dir. Başı gödək, güclü şəkildə köndələndir. Bığcıqları yaxşı inkişaf etmişdir, 4-7 buğumdan ibarətdir. Ağız orqanları reduksiya olunmuşdur. İki cüt qanadı var.
Yelpikvari yemişan
Yelpikvari yemişan (lat. Crataegus flabellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Şimali Amerikanın şimal-şərqi rayonlarını - Kvebekdən Pensilvaniyayadək olan əraziləri əhatə edir. Hündürlüyü 6 m-dək olan, çoxgövdəli ağacdır. Budaqları yuxarı qalxan, qonur, zoğları çılpaq, bozumtuldur, kiçik budaqları isə əyridir. İynələri çoxsaylı, möhkəm, biraz əyilmişdir, uzunluğu 3-10 sm-dir. Yarpaqları enli- yumurtavari və ya rombvari, ucu biz, bünövrəsi enli və ya ensiz, xırda dişli, 4-6 cüt yelpikvari yayılan, dərin olmayan pərli, cüt dişciklidir. Uzunluğu 3-7 sm, eni 2,5-6 sm, bəzi zoğlarda uzunluğu 9 sm, eni 8 sm, üstü yapışıq tükcüklü, sonradan çıxıntılı və ya çılpaq olub, alt tərəfi də çılpaqdır. Saplaqların uzunluğu 1-4 sm, yalançı zoğları xətvari-lansetvari, vəzicikli-tükcüklü, tez töküləndir. Çiçək qrupları 8-12 çiçəkli, oxu zəif tükcüklüdür.
Yeni Zelandiya yelpikquyruğu
Yeni Zelandiya yelpikquyruğu—kiçik həşəratyeyən quşdur. Geniş ərazidə yayılmış yelpikquyruqlar Yeni Zelandiyanın Cənub Adalarında, həmçinin Rhipidura fuliginosa placabilis kimi yarımnövləri Şimal Adalarında, Rhipidura fuliginosa penita yarımnövü Çatem adlarında, hal-hazırda nəsli kəsilmiş Rhipidura fuliginosa cervina (və ya Lord Houv yelpikquyruğu) yarımnövü Lord Houv adasında yayılmışdır. Bu quş alabəzək yelpikquyruq və ya Maori dilində Pīwakawaka və ya Tīwakawaka kimi də adlanır. Bu növlər bir çox halda Avstraliya və Yeni Kaledoniyanın boz yelpikquyruqları ilə eyni növ hesab edilir, lakin quşların çağırışlarındakı fərqlərə görə bəzi orqanlar indi bu quşlara ayrıca növ kimi bu yanaşır. Yeni Zelandiya yelpikquyruğu mövsümi olaraq çoxalır. Şimal Adalarında avqustdan marta, Cənub Adalarında sentyabrdan yanvara və Çatem adalarında isə oktyabrdan yanvara kimi bala çıxarma dövrüdür. Onlar adətən mövsümdə iki və ya daha çox nəsil artırırlar. Quşlar adətən yığcam, fincanşəkilli yuvalarını ağacların çəngəlində, mamır qabığı və lifdən hazırlanmış və tez-tez hörümçək toru ilə tamamlanmış şəkildə qururlar. Yuvanın qurulmasında hər iki cins iştirak edir. Yuvanın ölçüsü adətən, boz və qəhvəyi xallı üç-dörd yumurta sığacaq qədər olur.
Yelpin
Yelpin (Dərələyəz)
Yelpin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Yelbis
Yelbis - türk və altay mifologiyasında dağ qızları. Yelbiz də deyilir. Müqəddəs dağın iki qızına verilən addır. Bu dağın adı isə Yalbuz və ya Albuzdur. İran mifologiyasında Elbürz dağı deyilər. Yelbiz sözü eyni zamanda ruh, cin kimi mənalara gəlir. Yelbi adı verilən müqəddəs gücə sahibdirlər. Altaylılar "Abu Kaan" dağının qızlarına bu adı verərlər. Onlar, "Yelbi" deyilən gücə sahib olduqlarını üçün bu adı almışlardır. X və XI əsrlərdəki gürcü mənbələrində Qafqaz dağlarının adı "Yalbuz-Albuz" olaraq keçər.
Yemlik
Yemlik (lat. Tragopogon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kelpi
Kelpi (ing. Kelpie) — Şotlandiyada göllərdə və hovuzlarda yaşayan və formasını dəyişən su ruhuna verilən ad. Adətən at kimi təsvir olunsada, insan şəklini də qəbul edə bilər. == Etimoloqiya == Kelpi sözünün etimologiyası Şotland german dilində qeyri-müəyyən olsa da, Şotland kelt dilindəki calpa ("düyə") ya cailpeach ("sıpanı") sözündən əmələ gəlməsi təxmin olunur. Sözün ilk qeydə alınması Uillyam Kollinsin qəsidəsində, 1759-cu ildən əvvəl təxmin olunur. == Lox Ness == Demək olar ki, hər böyük Şotlandiya sularının kelpi ilə bağlı bir hekayəsi var, lakin ən geniş məlumatlı olan Lox Ness gölüdür. == Bədii təsviri == 2013-cü ilin oktyabrında Folkirkdə yerləşən Fort və Klayd Kanalında heykəltaraş Endi Skott tərəfindən Kelpi atları ucaldılmışdır.
Relik
Relik (Latınca reliquiae "geri qalan, qalıq") Xristianlıqda Məsih, müqəddəslər və digər əziz insanlarla əlaqəli və ya onlardan qalmış müqəddəs əşyalara və ya parçalara verilən addır. Məsələn, müqəddəslərin sümükləri və ya bu insanın sahibi olduqları mallar relikdir. Reliklər bəzən reliker adlanan xüsusi mühafizə qablarında saxlanılır.
Yelvi
Yerik
Yerik (rus. ерик, ing. yerik) daşqın zamanı su basmış körfəz, axmaz, qədim çay yatağı; çaydan gölə, göldən gölə gizli axın; Don çayının aşağısında və Volqa çayının deltasında xırda qollar.
Çelik
Çelik — türk soyadı. Ömər Çelik — türk jurnalist və siyasətçi. Burak Çelik — Türkiyəli aktyor və modeldir. Mert Çelik — azərbaycanlı futbolçu Sənəm Çelik — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Ava Çelik — Alman aktrisa. Ayşegül Çelik Şahin — Türk yazar.
Anton Yelçin
Anton Viktoroviç Yelçin (ing. Anton Yelchin; 11 mart 1989, Leninqrad – 19 iyun 2016[…], Studio City[d], Kaliforniya və ya Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb. == Həyatı == Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı. Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir.
Sellik manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Seltik FK
"Seltik" (ing. Celtic Football Club) — Şotlandiyanın Qlazqo şəhərini təmsil edən peşəkar futbol klubu. Oyunlarını 60,830 nəfərlik Seltik Park stadionunda oynayan Seltik yaşıl-ağ rənglərə malikdir. Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi Reyncersin "Protestant və Kraliçə klubu", Seltikin isə kraliçəyə boyun əyməyən katoliklərın komandası olmasıdır.
Seltik Park
Seltik Park (ing. Celtic Park) — Qlazqo şəhərində yerləşən futbol stadionu. Seltik futbol klubuna məxsusdur. Seltik azarkeşləri arasında Paradise (Cənnət) deyə bilinir. Şotlandiyada ən böyük futbol stadionudur. Tutumu 60.830 nəfərdir.
İvana Yelçiç
İvana Yelçiç (d. 16 mart 1980; Mostar, Bosniya və Herseqovina) — Xorvatiyanı təmsil edən həndbolçu. İvana Yelçiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
İzabela Belçik
İzabela Monika Belçik (pol. Izabela Monika Bełcik; 29 noyabr 1980) - 29 noyabr, 1980-ci ildə Polşanın Malbork şəhərində anadan olub. 2005-ci ildə ilk dəfə Polşa milli komandada iştirak etdi. Polşa komandalarında voleybol karyerasını davam etdirdi. Polşa milli komandasının heyətində 2003 və 2005-ci illərdə Avropa çempionatının qızıl medalını qazanıb. İzabela Belçik karyerası başladıqdan bəri 6 komandada oynayıb: İzabela Belçikin bir çox idman nailiyyətləri olubdur.
Eynar Selvik
Eynar Selvik (18 noyabr 1979, Bergen), eyni zamanda Kvitrafn ("ağ qarğa") səhnə adlı, 2000–2004-cü illərdə Gorgoroth black metal qrupunda nağara ifaçısı və 2002-ci ildə əsası qoyulmuş Nordik folklor layihəsi olan Wardruna qrupunun solisti kimi tanınan norveçli musiqiçidir Selvikin Vikinqlər serialı üçün yazdığı açılış mahnısı ona və Vardrunaya beynəlxalq şöhrət qazandırdı. Eynar həm də şouda aktyor kimi iştirak edib. == Şəxsi həyat == Eynar Selvik Bergen şəhərindən avtomobillə təxminən 35 dəqiqəlik məsafədə, Norveçin qərb sahilində yerləşən, kiçik bir daxili ada olan Osteroyda doğulub böyüyüb. Yeniyetməlik illərində runlar haqqında tapdığı əski kitab onu xristianlıqdan öncəki vikinq mədəniyyəti ilə tanış olmağa təşviq etdi. Eynar Selvik animizmlə səciyyələnən müasir bütpərəstliyin tərəfdarıdır. 2017-ci ildə Morgenbladet -ə verdiyi müsahibədə o, dünyagörüşündən danışdı: "Zənnimcə hər kəs özünə və öz addımlarına cavabdehdir. Heç kim mənim günahlarım üçün ölməyib. Tanrılar özünə kömək edənlərə kömək edir . Sən öz tanrınsan, bu dünyada necə davrandığın, necə töhfə verdiyin sənin məsuliyyətindir".
Yaroslav Melnik
Yaroslav Melnik (ukr. Ярослав Йосипович Мельник, lit. Jaroslavas Melnikas, 6 fevral 1959) — Ukrayna və litvalı yazıçısı, filosof və tənqidçi. Yaroslav Melnik 6 fevral 1959-cu ildə Ukraynanın Rovno vilayətinin Dubenski rayonunun indiki qəsəbədə statusu almış Smıqa kəndində anadan olmuşdur. O, Lvov Universitetini və Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını Ukrayna filologiyası ixtisası üzrə bitirib. 1997-ci ildə Parisin ən böyük nəşriyyatlarından biri olan Robert Laffont Yaroslavın "Les Parias d'Eden" ((fr. Парии Эдема) romanını nəşr etdirir. O, fransız ədəbiyyatşünasları tərəfindən tanınıb və ölkə mətbuatı tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Ukrayna Təhsil və Elm Nazirliyi onun "Uzaq kosmos" (ukr. Далекий простір) romanını ölkənin orta məktəblərinin 11-ci sinfi üçün Ukrayna ədəbiyyatı üzrə icbari kurrikuluma daxil edib.
Yerlik hal
Yerlik hal və ya ismin yerlik halı. Əşya və ya hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından birinə cavab verir və -da, -də şəkilçiləri ilə düzəlir. Məsələn: Günayda, Ayseldə (kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) şvə s. Kimdə? nədə? sualına cavab verən isim cümlədə vasitəli tamamlıq, harada?
Epik
Epik növun şifahi xalq ədəbiyyatında əsas janrlari nağıl, əfsanə, dastan və lətifədir. Yazılı ədəbiyyatda epik novun aşağıdakı növləri vardir. Təmsil Hekayə Novella Povest Oçerk Roman Xatirə.
Mert Çelik
Mert Çelik (10 iyun 2000, İstanbul) bir azərbaycanlı futbolçu kimi oyanayır. Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. 19 sentyabr 2020 ci ildə Neftçi Mert Çelik ilə müqavilə bağladı.
Sanem Çelik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Burak Çelik
Burak Çelik' (21 iyul 1992, İstanbul) Türkiyə'li aktyor və modeldir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır.2013-cü ildən əsas fəaliyyətinə başlayan Burak Çelik karyerasını daha da genişləndirmişdir. == Həyatı və karyerası == Atası Ordu'lu, anası isə mühacir olmuşdur. 21 iyul 1992-ci ildə dünyaya gəlmişdir. 2013 Best Model of Turkey və eyni ildə Best Model of The World qalibi olmuşdur. O, 42 ölkədən 56 modelin qatıldığı "Best Model of The World" yarışmasında "Ən yaxşı kişi model" seçilmişdir. Çelik Karagül serialında canlandırdığı Serdar obrazı ilə aktyor'luğa addım atmışdır. O, serialda 100 seriyada iştirak etmişdir. Daha sonra 2016-cı ildə ekranlara çıxan Hayat Sevince Güzel serialında baş rolda Çelik Barış obrazını canlandırmışdır. Teleserialda Səlim obrazını canlandırmışdır.
Sənəm Çelik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Çəlpək
Çəlpək (türkm. Çelpek; qaz. шелпек; qırğ. май токоч, челпек; özb. чалпак; uyğ. чалпак) — Orta Asiya türklərinin ənənəvi çörəklərindən biri. un süd şəkər kərə yağı qaymaq soda duz bitki yağı Xəmir top şəklində düzülür və qızıl rəngə çatana kimi isti bitki yağı ilə qızardılır. Çəlpək maya ilə də hazırlana bilər, beləliklə xəmir daha uzun müddət yumşaq qalır. Verilən vəziyyətdə xəmir hazırlamaq üçün resept bursak (bağırsaq) üçün işlədilən reseptə bənzəyir . Çəlpək Çəlpək / Tatar mətbəxi .
Çəltik
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Qəpik
Qəpik — Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və s. bir sıra ölkələrdə xırda pul vahidi. Tarixi mənbələrə görə bəşəriyyət tarixində ilk qəpiklər e.ə. VII əsrdə Lidiya dövlətində elektrumdan — 30% gümüş saxlayan qızılla gümüşün təbii ərintisindən kəsilmişdir. Sonrakı əsrlərdə əsas qəpik metalları qızıl, gümüş və mis olmuşdur. XIX əsrin ikinci yarısında bu metallara dördüncü metal — nikel əlavə olunmuşdur. Məsələn, müasir 50 franklıq Belçika qəpikləri təmiz nikeldən kəsilmişdir. Hazırda qəpik hazırlanmasında daha çox mis-nikel ərintisindən istifadə olunur. Maraqlıdı ki, qədim Baktriyada qəpikləri tərkibi müasir tərkiblə, demək olar ki, eyni olan, 20% nikel saxlayan mis-nikel ərintisindən düzəldirdilər. Bu tərkib təbii filiz yataqlarının tərkibinə uyğun gəlirdi.
Səlik
Səlik və ya Sellik — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 34 evdə 70 nəfəri kişilər, 54 nəfər isə qadınlar olmaqla 124 nəfər şiə islam inanclı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan sakinlərin sayı 1,811 nəfər olub. Etnik tərkibinə əsasən kənd əhalisi əsasən azərbaycanlılardan, qismən darginlərdən və tabasaranlılardan ibarətdir. Bu kəndin ilk əhalisi olan tərəkəmələr Şirvan ərazisindən köçüb gəlmədirlər.
Çəlik
Cəlik (Ərdəbil)