Güman edirik ki, yer və yerimək sözləri etimoloji baxımdan eyni kökə malikdir. Məlumdur ki, yer və göy sözləri bir-birinin antonimidir. Göy (köy) “od”, “işıq”, “yanmaq” anlamı ilə bağlıdır. Günəş, Ay, ulduzlar, ildırım aləmi göydür, oddur, işıqdır. Yer isə “ayaqaltı”dır, üzərində hərəkət etdiyimiz məskəndir - ulu türk babalarımız başımızın üstünü göy, ayağımızın altını yer adlandırmaqda heç də səhv etməyiblər. Deməli, yer və yerimək eyni sözdən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)