ZÜLAL

I
сущ.
1. устар. чистая прозрачная вода
2. биол. белок (сложное органическое вещество, важнейшая составная часть живых организмов)
II
прил. биол. белковый. Zülal maddəsi белковое вещество, zülallar mübadiləsi белковый обмен, zülal aclığı белковое голодание
ZÜKUR
ZÜLALAOXŞAR
OBASTAN VİKİ
Zülal
Zülal — α-aminturşu qalıqlarından təşkil olunmuş yüksək molekullu təbii birləşmədir. Üzvi maddələr arasında mühüm əhəmiyyət kəsb edən və çox mürəkkəb quruluşa malik olan birləşmələrdən biri də zülallardır. Züllallar bitki, heyvan və insan orqanizminin yaranması və inkişafında müstəsna əhəmiyyətə malikdir. Zülallar canlı orqanizmdə müxtəlif funksiyalar daşıyırlar. Onlar dərinin, əzələlərin, müxtəlif orqanların toxumalarının tərkibinə daxildir. Bəzi zülallar bioloji katalizator (fermentlər) xassəsinə malik olub, orqanizmdə gedən bütün kimyəvi proseslərdə iştirak edirlər. Zülallar orqanizmin enerji mənbələrindən biri olmaqla bərabər, orqanizm üçün infeksiyalardan müdafiə rolunu oynayırlar. α-aminturşulardan təbii sintezolunmuş üzvi birləşmə, canlı hüceyrənin əsas tərkib hissəsi. Molekul kütləsi on minlərdən milyonadək və daha çoxdur. Amfoter elektrolitdir, molekullarında sərbəst karboksil və amin turşuları var.
Zülal Mədətli
C-reaktiv zülal
C-reaktiv zülal (ing. C-reactive protein, CRP) - qan plazması zülalı olub, iltihab nəticəsində miqdarının qanda kəskin artaması müşahidə olunur. Orqanizmdə iltihabi prossesin olub olmamasını C-reaktiv zülalın miqdarına müvafiq təyin etmək mümkündür. CRP geni I xromosomun 1q21-q23 nahiyəsində yerləşir. Zülal molekulu zənciri 224 amminturşusu qalığından ibarətdir. Monomerinin malekulyar kütləsi 25,106 кDа. Zülal böyük olmayan pentraksinlər (ing. pentraxin) ailəsinə aiddir.
Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır. 2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir. O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.
Kloto zülalı
Kloto zülalı — β-qlukuronidaza (К. Ф.3.2.1.31 ) bir sıra reseptorlarla qarşılıqlı təsirdə olan, orqanizmin insulunə qarşı həssaslığını tənzim edən transmembran zülaldır. == Kəşf tarixi == Kloto geni ilk dəfə 1997-ci ildə yapon alimləri tərəfindən kəşf edilmiş və yunan mifologiyasında ömrün ipini əyirən mələyin şərəfinə Kloto adlandırılmışdır. Yaşlandıqca orqanizmdə Klotonun miqdarı azalır. Təcrübə heyvanlarında Klotonun miqdarı yüksəldikcə ömrün uzunluğu artır, əksinə nokaut siçanlarda zülalın olmaması qocalmanı sürətləndirir. Aparılan tədqiqatlar göstərir ki, siçan və insanların Klotho zülalında 1014 amin turşusu var. İnsanla siçanın Klotho geni 86% oxşardır. İnsanda bu gen 13-cü xromosomda yerləşir: 5 eqzonu, 4 intronu var. Klotho proteini I tip transmembran zülallara aid edilir. Quruluşuna görə Klotho zülalının N və C terminalı (ucları) var. C terminalı transmembrana bitişikdir.
Qəmbər Zülalov
Qəmbər Əbdül oğlu Zülalov (1895, Şuşa – 1976, Bakı) — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və böyük qardaşı olan Əli Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Onlar bir neçə il Türkmənistanın Aşqabad şəhərində əmisinin yanında yaşamışlar. Müğənniliyə 1917-ci ildə Şuşada başlamışdır. Şirin və məlahətli, yumşaq və orta tembrli səsi vardı. Bir müddət Şuşada xanəndəlik və müğənnilik etdikdən, müəyyən həvəskar tamaşalarında opera və operetta rolları oynadıqdan sonra 1919-cu ildə Bakıya gəlmişdir. 1926–1975-ci illərdə qısa fasilələrlə Azərbaycan Opera Teatrının solisti olmuş, burada Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında Məcnunun atası, paşa, Nadir partiyalarını ifa etmişdir. Operanın inkişafında göstərdiyi xidmətlərinə görə 26 aprel 1958-ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 80 yaşında fəxri təqaüdə çıxmışdır.
Rüstəm Zülalov
Rüstəm Qəmbər oğlu Zülalov (3 yanvar 1946, Bakı – 15 fevral 2011, Bakı) — Azərbaycan operatoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. Rüstəm Zülalov 1946-cı ilin yanvarın 3-də Azərbaycanın Bakı şəhərində doğulmuşdur. Görkəmli musiqiçi, Azərbaycan respublikasının əməkdar artisti Qəmbər Zülalovun oğludur. Anası Mariya Zülalova. 1963-cü ildə orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsinin işıq sexində əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə işıqçı, sonra kinooperator assistenti vəzifələrində çalışmışdır. 1976-cı ildən isə ali dərəcəli kinooperator vəzifəsində işləyib. Bu dövr ərzində bir sıra məsul dövlət və hökumət çəkilişlərində və televiziya filmlərində aparıcı operator kimi iştirak etmişdir. Müxtəlif janrda bir sıra filmlər çəkmişdir. "Lider" və "Mir" televiziya şirkətində çalışmışdır.
Zülali yemlər
Zülali yemlər – bitki və heyvani mənşəli olub, tərkibcə yüksək proteinə malikdirlər. Bu qrup yemlərə paxlalı kulturalar, jmıx aiddir. Paxlalıların toxumları proteinlə zəngindir. Təxminən 21,2–34,0%-ə qədərdir. Bu da bioloji dəyərinə görə taxıllar fəsiləsindən daha yüksəkdir. O cümlədən tərkibinə B1, B2, B5, E, C vitaminlər də daxildir. Paxlalı bitkilərin çiy meyvələrində, əsasən də soyada, antitriksin maddəsi var. Bu maddə fermentlərin aktivliyini və züllaların həzmini azaldır. Paxlalıların toxumları fosfor və kükürdlə, soya isə bunlardan əlavə yağ turşuları ilə zəngindir. Noxud — əsas paxlameyvəli yemdir. Tərkibində 21,5% protein və çox miqdarda lizin var.
Zülallar
Zülal — α-aminturşu qalıqlarından təşkil olunmuş yüksək molekullu təbii birləşmədir. Üzvi maddələr arasında mühüm əhəmiyyət kəsb edən və çox mürəkkəb quruluşa malik olan birləşmələrdən biri də zülallardır. Züllallar bitki, heyvan və insan orqanizminin yaranması və inkişafında müstəsna əhəmiyyətə malikdir. Zülallar canlı orqanizmdə müxtəlif funksiyalar daşıyırlar. Onlar dərinin, əzələlərin, müxtəlif orqanların toxumalarının tərkibinə daxildir. Bəzi zülallar bioloji katalizator (fermentlər) xassəsinə malik olub, orqanizmdə gedən bütün kimyəvi proseslərdə iştirak edirlər. Zülallar orqanizmin enerji mənbələrindən biri olmaqla bərabər, orqanizm üçün infeksiyalardan müdafiə rolunu oynayırlar. α-aminturşulardan təbii sintezolunmuş üzvi birləşmə, canlı hüceyrənin əsas tərkib hissəsi. Molekul kütləsi on minlərdən milyonadək və daha çoxdur. Amfoter elektrolitdir, molekullarında sərbəst karboksil və amin turşuları var.
Zülalovlar
Zülalovlar — Azərbaycanın tanınmış soylarından biri. Zülalovlar nəsli Qarabağın Şuşa şəhərinin Qurdlar məhəlləsində yaşayırdılar. Əsasən dabbaqlıqla güzəran keçirirdilər. Bu nəsil bütün Qarabağda dabbaqlıq, papaqçılıq və kürkçülüklə məşhur idilər. Əbdülbağının səsi bu nəsli qalxındırdı. Ticarətə və digər yüksək peşələrə yiyələndilər. Yeni tipli məktəblərdə oxudular, savadlandılar. Bu soyun ulu babası Zülaldır. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şuşa şəhərində yaşamışdı. Sənətkarlıqla məşğul idi.
Zülalın biosintezi
Zülal biosintezi — Bütün hüceyrələrdə DNT nəzarətində baş verən ən mühüm plastik mübadilə zülal molekulunun sintezidir. Bir zülal molekulunun sintezi 3-4 saniyə çəkir. Nəticədə hər 80 gündən bir bədənimizin yarısını təşkil edən zülallar dəyişilir. İnsan öz həyatı boyu təxminən 200 dəfə öz zülallarını dəyişir. Bu zaman çoxlu sayda ferment iştirak edir və yüksək enerji sərf olunur. Hüceyrədə amin turşuların birləşmə ardıcılığı və sintez olunan zülalın qurluşu DNT- dən asılıdır.Zülallar da üzvi polimerlərdir.Onların nukleotidləri amin turşulardır. DNT nin müxtəlif sahələrində zülalların sintezi həyata keçirilir. DNT nin 1 molekulu onlarca zülal sintezində iştirak edir.Zülal haqqaında məlumat DNT-də nukleotidlər ardıcıllığı şəklində kodlaşdırılır. DNT- də nukloitidləarin müəyyən ardıcıllıqla və irsi informasiyanın saxlandığı sahə gen adlanır. Nukleotidlərin üç- üç birləşməsi cəmi 64 kombinasiya kod tripleti yaradır.
İsbəndiyar Zülalov
Əbdülbaqi Zülalov
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi. Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür. 1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi.
Əbdülbağı Zülalov
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi. Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür. 1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi.
Əli Zülalov
Əli Əbdül oğlu Zülalov (13 sentyabr 1893, Şuşa – 18 fevral 1963, Bakı) — Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1940). Əli Zülalov 1893-cü il sentyabrın 13-də Şuşa şəhərində anadan olmuşdur. Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və qardaşı olan Qəmbər Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Şuşa şəhər real məktəbini bitirmişdir. 1917-ci ildə həvəsi onu teatra gətirmişdir. Bülbülcanla dostluq edən Üzeyir Hacıbəyov Əli Zülalovun incəsənətə olan marağını duymuşdu. Onunla söhbət zamanı gəncin gur, xarakterik səsi bəstəkarın diqqətini çəkib. Elə bu səbəbdən də onu birillik sınaq müddətində özünün rəhbərlik etdiyi opera və operetta truppasının xoruna işə götürüb. Beləliklə, Əli Zülalov səhnədə ilk addımlarını Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppasında atdı. Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından biri də Əli Zülalov olub.
Qan zülalları
Qan zülalları həmçinin plazma zülalları adlanır — qan plazmasında mövcud olan zülallar. İmmunitet sisteminin fəaliyyətində lipidlərin, hormonların, vitaminlərin və mineralların daşınması da daxil olmaqla bir çox müxtəlif funksiyaları yerinə yetirirlər. Digər qan zülalları fermentlər, tamamlayıcı komponentlər, proteaz inhibitorları və ya kinin prekursorları (qanın laxtalanmasında, vazodilatasiyasında, hamar əzələlərin daralmasında, iltihabın tənzimlənməsində, ürək-damar və böyrək sistemlərinin tənzimlənməsində iştirak edən bioloji aktiv polipeptidlər üçün prekursor zülallar) kimi çıxış edir. Məşhur inancın əksinə olaraq, hemoglobin qan zülalı deyil, çünki qan zərdabında deyil, eritrositlərdə olur. Serum albumin qan zülallarının 55%-ni təşkil edir, plazma onkotik təzyiqinin saxlanmasına kömək edir və lipidlərin və steroid hormonların daşınmasında daşıyıcı kimi iştirak edir. Qlobulinlər qan zülallarının 38%-ni təşkil edir və immun funksiyasına kömək edən ionları, hormonları və lipidləri nəql edir. Fibrinogen qan zülallarının 7%-ni təşkil edir. Fibrinogenin həll olunmayan fibrinə çevrilməsi qanın laxtalanması üçün vacibdir. Qalan plazma zülalları (1%) fermentlər, profermentlər və hormonlar kimi tənzimləyici zülallardır. Qamma-qlobulinlərdən başqa bütün qan zülalları qaraciyərdə sintez olunur.

Digər lüğətlərdə