ZƏRPƏRƏST
ZƏRRAB
OBASTAN VİKİ
Alfa-zərrəcik
Alfa zərrəcik (α — zərrəcik) — 2 proton və 2 neytrondan ibarət olan 42He nüvəsidir. α zərrəciyin kütləsi mα=4,0027 а.е.м.= 6,644 q, spini və maqnit momenti sıfra bərabərdir. Əlaqə enerjisi 28,11 МеВ (1 nuklona 7,03 МеВ). Maddədən keçərkən α — zərrəcik ionlaşma, atom və molekulaların həyəcanlanması hesabına, həmçinin molekulların dissosiasiyası nəticəsində tormozlanır. Havada α — zərrəciyin uçuş yolunun uzunluğu l=aυ -dur, burada υ -başlanğıc sürət, α=9,7.10−28 s3 sm−2(l~3–7 sm üçün)-dir. Bərk maddə üçün l ~10−3 csм (şüşədə sм) olur. Nüvə fizikasında çox fundamental kəşflər, gəlməsinə görə, alfa zərrəciyin öyrənilməsinə borcludurlar. Belə ki, Alfa zərrəciyin səpilməsinin tədqiqi -atom nüvəsinin, yüngül elementlərin α -zərrəcikləri ilə şüalandırılması nüvə reaksiyalarının və süni radioaktivliyin kəşfinə gətirib çıxartdı. Alfa hissəciyi nüvə reaksiyaların həyata keçirilməsinə səbəb olur. Alfa hissəciyi axımına Alfa şüalanması deyilir.
Maddə və sahə zərrəcikləri
Maddə və sahə zərrəcikləri aşağıdakılardır: Maddə və sahə zərrəcikləri - maddəni təşkil edən əsas zərrəciklər elektronlar, protonlar və neytronlardır. Elektron - təbiətdə ən kiçik sükunət kütləsinə (9,1·10-31kq) və mənfi elektrik yükünə malik zərrəcikdir. Elektronu 1897-ci ildə ingilis alimi C.Tomson kəşf etmişdir. Proton - müsbət yüklü zərrəcik olub (onun yükü mütləq qiymətcə elektron yükünə bərabərdir və 1,6·10-19Kl-dur) atom nüvəsini təşkil edən zərrəciklərdən biridir. Protonun sükunət kütləsi elektronun kütləsindən ≈1836 dəfə böyük olub 1,673·10-27kq-dır və 1919-cu ildə ingilis alimi E.Rezerford kəşf etmişdir. Neytron - elektrik cəhətdən neytral zərrəcik olub, kütləsi elektronun sükunət kütləsindən ≈1839 dəfə böyükdür(1,675·10-27kq)və nüvəni təşkil edən zərrəciklərdən biridir. Atom nüvəsi - güclü qarşılıqlı təsir hesabına protonlarla neytronlar arasında yaranan və atomun kütləsini əsasən özündə saxlayan əlaqəli sistemdir. Atom - müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb əlaqəli sistemdir. İon - elektron itirmiş(və ya əlavə olaraq qazanmış)atomdur. Molekul - maddənin kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb əlaqəli sistemdir.
Rza Zərrab
Rza Zərrab, Rza Sərraf (12 sentyabr 1983, Təbriz) — Cənubi azərbaycanlı iş adamı. Türkiyə sahibkarı. Rza Zərrab 1983-cü ildə Təbrizdə anadan olub. İran və Türkiyə vətandaşlığına sahibdir. Rza Zərrab iş fəaliyyətinə 1996-cı ildən başlayıb. O, "Al Nafees Exchange" və "Al Salam Center Exchange" firmaları ilə Dubayda maliyyə sektorunda fəaliyyət göstərib. Türkiyədəki fəaliyyətinə isə "Royal" dənizçilik şirkəti ilə başlayıb. 2008-ci il yanvarın 25-də əsası qoyulan şirkətin qurucuları Türkiyənin "Ticaret Sicil" qəzetində belə təqdim olunub: Rza Sərraf, Əhəd Xabaztamımı, Apdullah Həppani, Humayun Zatpəvər və Turqut Həppani. Rza Zərrab Türkiyədə 2008-ci ildən fəaliyyət göstərir. İş adamı hazırda 10 müxtəlif istiqamətdə fəaliyyət göstərən Royal Holdinqin sahibidir.
Subatom zərrəciklər
Maddə və sahə zərrəcikləri aşağıdakılardır: Maddə və sahə zərrəcikləri - maddəni təşkil edən əsas zərrəciklər elektronlar, protonlar və neytronlardır. Elektron - təbiətdə ən kiçik sükunət kütləsinə (9,1·10-31kq) və mənfi elektrik yükünə malik zərrəcikdir. Elektronu 1897-ci ildə ingilis alimi C.Tomson kəşf etmişdir. Proton - müsbət yüklü zərrəcik olub (onun yükü mütləq qiymətcə elektron yükünə bərabərdir və 1,6·10-19Kl-dur) atom nüvəsini təşkil edən zərrəciklərdən biridir. Protonun sükunət kütləsi elektronun kütləsindən ≈1836 dəfə böyük olub 1,673·10-27kq-dır və 1919-cu ildə ingilis alimi E.Rezerford kəşf etmişdir. Neytron - elektrik cəhətdən neytral zərrəcik olub, kütləsi elektronun sükunət kütləsindən ≈1839 dəfə böyükdür(1,675·10-27kq)və nüvəni təşkil edən zərrəciklərdən biridir. Atom nüvəsi - güclü qarşılıqlı təsir hesabına protonlarla neytronlar arasında yaranan və atomun kütləsini əsasən özündə saxlayan əlaqəli sistemdir. Atom - müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb əlaqəli sistemdir. İon - elektron itirmiş(və ya əlavə olaraq qazanmış)atomdur. Molekul - maddənin kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb əlaqəli sistemdir.
Sövməə Zərrin (Alan Bərağuş dehistanı)
Sövmayə Zərrin (fars. صومعه زرين‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (112 ailə).
Sövməə Zərrin (Sərab)
Sövməə Zərrin (fars. صومعه زرين‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (15 ailə).
Zərrab
Zərrab — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Zəraf, Zərdab variantlarında da qeydə alınmışdır. Kənd Sarısu adlı kiçik çayın sahilində yerləşdiyinə görə belə adlanmışdır. Fars dilində Zərdab "sarısu" deməkdir. "Zərrab"ın "zər" və "ab" sözlərindən yarandığı da ehtimal edilir. "Zər"in "od", "ab"ın isə "su" olduğu bəllidir. Kənddə albanlara aid olduğu ehtimal edilən qədim xristian qəbiristanlığı mövcuddur. Kənd Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 25 km cənubda, Yaqubludan 5 km qərbdə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 289 nəfər yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir.
Zərrabi məhəlləsi
Zərrabi məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Gəncənin qədim məhəllələrindən olan bu məhəllənin adının mənası haqqında yekdil fikir formalaşmayıb. Bəziləri onu peşə-sənət əlamətinə görə-zərsatan, zərgəlik məmulatları düzəldən sənətkarların yaşadığı yer anlamında izah edirlər. Digərləri isə "zər" və "ab" tərkiblərinə görə (farsca "qızıl" və "su") Zərrabinin qiymətli su çıxan yer kimi adlandırıldığını iddia edirlər.Tarixçi Fərrux Əhmədov bu versiyaların heç birini təkzib etməyərək üçüncü versiyanı irəli sürmüşdür. Onun fikrincə "Zərrab" sözü ərəb dilində "pulkəsən" anlamına gəldiyindən ola bilər ki, əhali zərbxananın, pulkəsilən yerin adı ilə qədim şəhərin bir məhəlləsini belə adlandırıb. Zərrabi məhəlləsində 1804-cü ilin mayında 39 ev 213 nəfər (106 kişi+107 qadın) adam olmuşdur. 1916-cı ildə isə burada 783 ailə yaşayırdı. Məhəllə sakinlərinin o vaxtlar əsas məşğuliyyəti sənətkarlıq (papaqçılar, çəkməçilər, çəlləkçilər, zərgərlar), dəyirmançılıq və ticarət imiş. Zərrabi məhəlləsinin məscidi iki kümbəzli, eyvanlı və darovsarlı məscidlər tipində inşa olunmuşdur. Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası ilə əlaqədar olaraq göstərir ki, bu məscid Zərrabi məhəlləsinin ağsaqallarından Hacı Qəzənfər Kərbəlayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbəlayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə XIX yüzilliyin əvvəllərində məhəllə camaatının hesabına tikilmiş, keçmiş adını yaşadan yeni məsciddir.
Zərrabi məscidi
Zərrabi məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən XIX əsrə aid məscid. Hazırda bura C.Cabbarlı adına Gəncə Dövlət Teatrının açıq hava səhnəsi kimi fəaliyyət göstərir. Həmçinin şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir filialı da burada yerləşir. Zərrabi məscidi Gəncənin eyni adlı qədim məhəlləsində yerləşir. Məscid iki gümbəzlidir. İnşası eyvanlı və darovsarlı məscidlər tipində həyata keçirilib. Ziyarətgahın binasını üç hissəyə ayırırlar. Birinci böyük ibadət zalı. Bu otağın sahəsi 70 kvadratmetrdir. Bundan başqa, uzunluğu 25 metr, eni 3 metr olan eyvan və sahəsi 30 kvadratmetr olan kiçik otaq da var.
Zərraf Şirinov
Zərraf Şirinov (2 may 1955, Kilsə, Kəlbəcər rayonu) — tibb elmləri doktoru, professor. Akademik M. A. Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsi baş elmi işçi. Zərraf Şirinov 1962-ci ildə Kəlbəcər rayonunun Kilsə kəndində doğulub. 1983-ci ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakültəsinə qəbul olub və elə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə ilə ali təhsili bitirdiyi üçün həmin ildə internanı bitirməmiş birbaşa yeni yaranmış Elmi Tədqiqat Qastroenterologiya İnstitutuna klinik ordinator kimi işə götürülüb. 2 illik kliniki ordinatura dövründə həmin illərdə qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi üzrə ixtisaslaşma kursu keçib. Bundan sonra həmin klinikanın qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi şöbəsində kiçik elmi işçi kimi işləyib. 1997-ci ildə namizədlik dissertasiyasını müadfiə edib və tibb elmləri namizədi elmi adını alıb. 2000-ci ildə həmin şöbəyə müdir təyin edilib. 2005-ci ildə Moskvada Xalqlar Dostluğu Universitetində doktorluq dissertasiyasını müdafiə edib.
Zərri Abdullayeva
Zərri Mütəllim qızı Abdullayeva (22 iyul (4 avqust) 1912, Qarayeri, Yelizavetpol qəzası – 25 dekabr 1996, Qarayeri, Samux rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1949). Z.Abdullayeva 1949-cu ildə üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Zərricələr
Balıqçıllar (lat. Alcedinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi. Azərbaycanda 2 növü olan 1 cinsi (Alcedo L.) vardır. Xırda quşlardır. Dimdiyi iti, düzdür. Pəncələri gödəkdir. Barmaqları yarıya qədər bitişmişdir. Azərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı "Elm".
Zərrin-külah Firuz
Firuzşah Zərrinkolah (digər mənbələrdə Zərrin-külah Firuzşah; fars. فیروزشاه زرین کلاه‎; mənası – Qızıl baş hökmdar Firuz) — kürd zadəgan, Səfəvi sülaləsinin ilk nümayəndəsi. Səfəviyyə ordeninin yaranmasından əvvəl Təvəkkül ibn İsmayıl ibn Bəzzaz tərəfindən yazılmış "Səfvət əs-Səfa" yazılı əsərində Səfəvilərin mənşəyini Xorasan Türkmeni adlandırılan Firuzşah Zərrinkolaha gedib çıxdığı qeyd edilir. Alimlərə görə, o, XI əsrdə Xorasandan Ərdəbilə köç etmişdir. Ordenin eponimi Şeyx Səfi Firuzşahdan yeddi nəsil sonra anadan olmuşdur. Səfəviyyə ordeni qurulduqdan sonra ərsəyə gətirilən yeni mətnlərdə Firuzşahın nəsil şəcərəsi 7-ci şiə imamı Musa Kazıma qədər çıxarılır. Tarixçi Namiq Musalı səfəvilərin öz hökmdarlıqlarının legitimliyini əsaslandırmaqdan ötürü bu amildən geniş surətdə istifadə etdiklərini bildirmişdir. Bəzi mənbələr Firuzşahı İbrahim ibn Ədhəm övladından, digərləri isə İbrahim ibn Ədhəmin nəvələrindən olan Sultan Əhmədin tərəfdarı kimi təqdim edir. Həmçinin, mənbələrdə Firuzun Azərbaycana gəlmədən əvvəl Əli ibn Musa Rzanın Məşhəddəki məqbərəsinin mühafizəçisi olduğunu bildirilir. "Safvətüs-səfa"nın Süleymaniyyə kitabxanasındakı nüsxələrinin birində "İbrahim ibn Ədhəm" yerinə "Sultan Əhməd" adı işlədildiyindən bəzi araşdırmaçılar "Sultan Əhməd"i ayrı şəxs hesab etmişdir.
Zərrin-mələk xanım
Zərrin-mələk xanım (d. 1824, Şimali Qafqaz - ö. 1842, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin beşinci xanımı. Zərrin-mələk xanım əslən abxaz olub, 1824-cü ildə Şimali Qafqazda dünyaya gəldi. Atası abxaz əsilzadələrdən Arslan bəy Qılınc, anası isə onun xanımı Şaşa Ludur. Hələ 5-6 yaşlarında ikən bacısı İhvan xanım (1821-1907), dayısı qızı Əsmahan Lu (1823-1898) və əmisi qızı Əfra Qılıncla (1826-1881) birlikdə Osmanlı sarayına göndərildi. 3 qız uşağı sarayın hərəmində təlim-tərbiyə edildi. Hərəmdəki təlim-tərbiyə illərində Bəzmialəm Validə Sultanın nəzərini cəlb etdi və onun istəyilə mükəmməl təhsillə yanaşı rəssamlıq təhsili də aldı. 1839-cu ildə Sultan Əbdülməcidlə keçmiş Çırağan sarayında evləndi.
Zərrinabad
Zərrinabad — İranın Zəncan ostanının şəhərlərindəndir. Həm də İcrud şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,944 nəfər və 512 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Zərrinabad (Bicar)
Zərrinabad (fars. زرين آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (35 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərrinabad (Qürvə)
Zərrinabad (fars. زرين آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər və azərbaycan türkləri təşkil edir.
Zərrinabad (dəqiqləşdirmə)
Zərrinabad — İranın Zəncan ostanının şəhərlərindəndir. ‎Zərrinabad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Zərrincub (Bicar)
Zərrincub (fars. زرين جوب‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (5 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərrindeh (Çaroymaq)
Zərrindeh (fars. زرين ده‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Zərrindərə (Salmas)
Zərrindərə (fars. زرين دره‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 37 nəfər yaşayır (8 ailə).
Zərrindəşt şəhristanı
Zərrindəşt şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hacıabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,444 nəfər və 13,378 ailədən ibarət idi.
Zərrineh (Qürvə)
Zərrineh (fars. زرينه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 284 nəfər yaşayır (68 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərrab xan karvansarası
Zərrab xan karvansarası — İrəvan şəhərində tarixi karvansara. Zərrab xan (Zalxana, Sərrafxana) karvansarası Göy məscid kompleksinin bir hissəsi olmuşdur. 8 girişi olan almaz formalı qapalı həyəti var idi. Kompleks XVII əsrin ikinci yarısında tikilmiş, təxminən 1675–1680-ci illərdə tamamlanmışdır. Abidə əvvəlcə zərbxana kimi istifadə edilmiş, lakin sonradan tacirlərin istifadəsinə verilmişdir. Karvansarada 38 dükan olmuşdur. Karvansaranın darvazaları hökmdar dəyişdiyi üçün yarımçıq qalmışdır. Zərrab xan karvansarası 1920-ci illərdə dağıdılmışdır.
Şövkət Zərrin Horovlu
Şövkət Zərrin Horovlu (əsl adı:Şövkət Qulam qızı Hüseynova; 20 mart 1941, Horovlu, Cəbrayıl rayonu) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şövkət Qulam qızı Hüseynova (Şövkət Zərrin Horovlu) 1941-ci il mart ayının 20-də Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. 7-ci sinfi həmin kənddə bitirib. Sonra təhsilini Cəbrayıl rayon orta məktəbində davam etdirib. 1968–1974-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1972–2010-cu illərdə Bakı məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, metodist işləyib. Şövkət Zərrin Horovlu gənc yaşlarından şeir yazmağa başlayıb. Azərbaycanlı yazıçı Pənahi Makulunun yaradıcılığı ilə əlaqədar tədqiqat aparıb. Ailə vəziyyəti ilə əlaqədar 1977–1980-ci illərdə Əfqanıstan Demokratik Respublikasında olub. Əfqanıstan müharibəsində Şövkət Zərrin Horovlunun "Duyğu yarpaqları" əsərinin əlyazması yandığına görə yaradıcılığında durğunluq yaranıb.