zevqma

zevqma (dilç.)
zetatizm
zey 2021
OBASTAN VİKİ
Zevqma
Zevqma (yun. Ζεῦγμα) ― Türkiyənin müasir Qaziantep ilində yerləşən qədim yunan şəhəri. Adı Fırat çayını həmin yerdən keçən və zevqma adlandırılan ponton körpüsü səbəbi ilə belə qoyulmuşdur. Zevqma mozaika muzeyində yerdəki mozaika var və dünyanın ən böyük mozaika muzeylərindən biridir. Zevqma I Selevk Nikator tərəfindən eramızdan əvvəl 3-cü əsrin əvvəllərində Fərat üzərindəki ilk körpünün olduğu yerdə qurulmuşdur. E.ə. 64-cü ildə şəhəri Romalılar idarə edirdi. Zevqma strateji baxımdan əhəmiyyətli bir yerdə yerləşdiyindən Romalılar üçün böyük əhəmiyyət daşıyırdı. Şəhərdə 70 000-ə qədər insan yaşayırdı və şəhər Romalılar üçün hərbi və ticarət mərkəzinə çevrilmişdi. Zevqma 253-cü ildə Sasanilər tərəfindən dağıdılsa da, daha sonra yenidən bərpa edilmişdir.
Zevqma (şəhər)

Zevqma mozaika muzeyi
Zeuqma Mozaika Muzeyi (türk. Zeugma Mozaik Müzesi) — Türkiyənin Qaziantep şəhərində yerləşən və sahəsi 30.000 m2 olan arxeoloji muzey. Dünyanın ən böyük mozaika muzeyidir. Açıldığı ilk gündə 3000-dən çox ziyarətçi qəbul etmişdir. Həm memarlığı, həm də texnologiyası baxımından muzey dünyada öndə gedənlərdəndir. Muzey "İpək yolu" adı verilən E-400 yolunun üzərində inşa edilmişdir. 3 mərtəbəli 3 binadan ibarətdir. Bununla yanaşı 1.160 nəfəri qəbul edəcək konfrans salonuna da sahibdir. Muzeyin girişində isə Afina heykəli yerləşir. Burada yaşı 2000-dən çox olan mozaika sərgilənir.