zevqma
zeyl 2021
OBASTAN VİKİ
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov (film)
Abdullah ibn Zeyd
Abdullah ibn Zeyd (580-ci illər, Mədinə – 644, ərəb. عبد الله بن زيد‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Yuxuda Məhəmməd peyğəmbərin təsdiq etdiyi azan qaydalarını və sözlərini görən şəxs. Bu səbəbdən ona Sahib əl-azan (azanın banisi) ləqəbi verilmişdir. == Bioqrafiya == Abdullah ibn Zeyd Mədinənin Xəzrəc qəbiləsindən idi. O, Əqəbədə Məhəmməd peyğəmbərə beyət edən ənsarlardan və Mədinədə ilk müsəlmanlardan biri idi. Müsəlmanlar Məkkədən Mədinəyə hicrətindən sonra müsəlmanların müşriklərlə döyüşlərində və digər mühüm tarixi hadisələrdə iştirak etmişdir. Məkkənin fəth edildiyi gün o, Xəzrəc qəbiləsinin dəstələrinin bayraqdarı idi. Hicri 1-ci ildə Məscidül-Nəbi məscidinin tikintisi başa çatdıqdan sonra Abdullah yuxuda azan səsini eşidir və bu barədə Məhəmməd peyğəmbərə xəbər verir. Abdullah ibn Zeydin dediyi bildirilir Abdullah ibn Zeyd xəlifə Osman ibn Əffanın hakimiyyəti dövründə təxminən 64 yaşında vəfat etmişdir.
Adil Zeynalov
Adil Ağakərim oğlu Zeynalov (20 fevral 1960, Lənkəran – 12 mart 2020, Bakı) — Azərbaycan aktyoru, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir. A.Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətinin üzvü olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor kimi fəaliyyət göstərərək burada bir sıra rolları ifa etmiş, 2002-ci ilin aprel ayından isə ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış və rejissor kimi tamaşalara quruluş vermişdir. A.Zeynalovun oynadığı "Olanlardan-keçənlərdən" (Ü.Hacıbəyov) və "Ölülər" (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının "Qızıl fondu"nda saxlanılır. == Vəfatı == Adil Zeynalov 12 mart 2020-ci ildə vəfat etmişdir. == Mükafatları == 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Allophylus zeylanicus
Allophylus zeylanicus (lat. Allophylus zeylanicus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü. == Təsviri == Allophylus zeylanicus-un görünüşü adətən kiçik kol şəkilindədir.Yarpaqları oval formadadır. Qabığı ağımtıl rəngdədir, yeni tumurcuqları kiçik tüklərlə örtülmüşdür. Çiçəkləri qırmızı, yumurtavari, hamardır. Bütün bitki dərman məqsədləri üçün istifadə olunur. == Yaşayış yeri və ekologiya == Bu bitki növünə düzənlik ərazilərdə, bataqlıq ərazilərdə və həmişəyaşıl meşələrdə rast gəlmək olar. Allophylus zeylanicus yerüstü sistemin bir hissəsidir. Allophylus zeylanicus dağ qurşağının 2000 m yüksəkliyi daxilində əmələ gəlir.
Anar Zeynalov
== Siyahı ==
Aqil Zeynallı
Aqil Aydın oğlu Zeynallı (5 noyabr 1995, Sabirabad rayonu – 31 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Zeynallı 1995-ci il noyabrın 5-də Sabirabad rayonunun Axtaçı Muğan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Aqil Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Zeynallı oktyabrın 31-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Sabirabad rayonunun Axtaçı Muğan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Armudu zeytun
Armudu zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 7,0 m-ə çatır. Çətirin diametri 7,5 m-dir. Dağınıq çətirə malikdir. Budaqları bir qədər yuxarı qalxmış vəziyyətdədir. Yarpaqları tünd yaşıl rəngdədir. Yaıpağm orta ölçüsü (sm); saplağm uzunluğu 0,6; eni 1,1. Meyvələri tünd bənövşəyi rənglidir. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir.
Asəf Zeynallı
Asəf Zeynallı (5 aprel 1909, Dərbənd, Dağıstan vilayəti – 27 oktyabr 1932, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi. Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edir. Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi.
Asəf Zeynallı (film, 2000)
Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumu
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A. N. Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.
Asəf Zeynallı adına Bakı Musiqi Kolleci

Asəf Zeynallı adına Musiqi Məktəbi

Asəf Zeynallı küçəsi
Asəf Zeynallı küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, Qala küçəsindən Kiçik Qala küçəsinə qədər olan küçə. Şəhərin əsas turizm marşrutlarından biridir. == Tarixi == Bəstəkar Asəf Zeynallı (1909-1932) adına layiq görülmüşdür. Şəhərin ən qədim küçələrindən biridir. 1939-cu ilə qədər Böyük Minarə çağırıldı. Sovet dövründə küçənin görməli yerlərindən biri məşhur "Kabab Mamedali" idi. == Tikili == 11 - "Abşeron" qalereyası 18 - Seyid Yəhya Murtuza məscidi (17-ci əsrin əvvəllərində) 25 - Şeyx İbrahim məscidi (XV əsrin əvvəllərində) 39 - Baba Kuhi Bakuvi məscidi 45 - Qəni Məmmədovun evi (1908) 49 - Cümə məscidi 53 - "Ləzgi" məscidi (Aşura məscidi) 63a - Mədrəsə Məscidi 65 - "İçərişəhər" ehtiyatı 67 - Hacı Qayıb hamamı == Görməli yerlər == Mirzə Şəfi küçəsi ilə küçə küncündə köhnə Bakı peşələrindən birinin nümayəndələrinə (yamacın çirklənməsinə əsaslanan xüsusi materiallar olan evlərin damlarının örtülməsi ustaları) bir abidə quraşdırılıb. Quruluşun müəllifi, sənətçi Niyaz Nəcəfov bir dəfə şəhərin peşəsinin itməsi xatırlatmaq istəmişdir, bu da çox vacib idi. Quraşdırmanın müəllifinə görə, evin damında olan işçi tərəfə tərəfi iplə qaynar qoşa vermək üçün gözləyir. == Yüksək səviyyəli qonaqlar == Rusiya prezidenti Vladimir Putin (14.08.2013) == Küçə kinoda == == Mənbə == Какую тайну таят в себе улицы Ичеришехер?
Asəf Zeynallı küçəsi (Bakı)

Avropa zeytunu
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Azərbaycan zeytunu
Azərbaycan zeytunu - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 6,0 m-ə çatır. Çətirin diametri 7,0 m-dir. Dağınıq şarşəkilli çətirə malikdir. Budaqları bir qədər aşağı əyilmiş vəziyyətdədir. Yarpaqlan tünd yaşıl rəngdədir. Yarpağm orta ölçüsü (sm): saplağm uzunluğu - 1,0; yarpağm uzunluğu - 6,8; eni - 1,3. Meyvələri tam yetişdikdə qara olur. Qısa-oval fonnalıdır, simmetrikdir.
Azərbaycan zeytunu (film, 1951)
Azərbaycan zeytunu qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1951-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Abşeronda yetişdirilən və böyük müalicəvi əhəmiyyəti olan zeytun plantasiyalarının genişləndirilməsindən, zeytun yağı və konservlərinin istehsalından bəhs olunur. == Məzmun == Filmdə Abşeronda yetişdirilən və böyük müalicəvi əhəmiyyəti olan zeytun plantasiyalarının genişləndirilməsindən, zeytun yağı və konservlərinin istehsalından bəhs olunur.
Bahadur Zeynalov
Bahadur Qasım oğlu Zeynalov (1917, Qoçəhmədli, Qaryagin qəzası – 1995, Bakı) — kimyaçı, AEA-nın həqiqi üzvi, əməkdar elm xadimi. == Həyatı == Bahadur Zeynalov 1917-ci ildə Qaryagin qəzasının Qoçəhmədli kəndində dünyaya gəlmişdi. Orta məktəbi bitirəndən sonra 1930-cu ildə Ağdam Kənd təsərrüfatı Texnikumuna daxil olmuşdu. 1933-cü ildə texnikumu tamamlayıb MTS-də aqrotexnik vəzifəsində işə başlamışdı. 1934-cü ildə API-yə qəbul olmuşdu. 1938-ci ildə institutu tamamlayıb, EA-nın aspiranturasına girmişdi. 1939-cu ildə əskəri xidmətə çağırılmışdı. Səmərqənd şəhərindəki 1592-ci süvari alayında hərbi qulluğa başlamışdı. 1940-cı ilədək burda xidmət etmişdi. 1940-cı ildən 1941-ci ilədək Leninabad şəhərində 9-cu minamyot bölməsinin kursantı olmuşdu.
Bakı zeytunu
Billi Zeyn
Uilyam Corc Zeyn Jr. (ing. William George Zane Jr.); (24 fevral 1966, Çikaqo, İllinoys) – yunan əsilli, ABŞ-lı aktyor və rejissor. == Həyatı == Zeynin həqiqi ailə soyadı Tzanetakosdur. İlk böyük rolunu Gələcəyə Dönüş filmi ilə qazandı. Billi Zane, beynəlxalq şöhrətini Dead Calm filmindəki Hughie Warriner rolu ilə qazandı. Zeynin 1989-cu ildə rol aldığı bir digər istehsal isə NBC televiziyası üçün çəkilən The Case of the Hillside Stranglers oldu. 1999-cu ildən etibarən bir çox film və televiziya istehsalında rollar almağa başlayan Zeyn, 1997-ci ildə çəkilən Titanik filmi ilə dillər əzbəri oldu. Bu rolu ilə çoxlu sayda mükafatın sahibi oldu. 1998-ci ildə çəkilən I Woke Up Early The Day I Died filmi ilə də çoxlu sayda mükafat qazanmağı bacardı.
Boris Zeydman
Boris Zeydman (Zeydman Boris İsaakoviç) — bəstəkar, pedaqoq. Azərb. əməkdar inc. xad. (1956). "Maskarad" (1945), "Ağıldan bəla" (1949) operalarının, "Qızıl açar" (1957) baletinin, musiqili komediya və s. əsərlərin müəllifidir. == Həyatı == Boris Zeydman 10 fevral 1908-ci ildə Peterburqda anadan olub. Leninqrad Konservatoriyasında təhsil alıb (1931). Saratov və Leninqrad musiqi məktəbində, Leninqrad Konservatoriyasında (1936–1939), Bakı Konservatoriyasında (1939–1957), Daşkənd Konservatoriyasında (1957-ci ildən) dərs deyib.
Buzovna zeytunu
Buzovna zeytunu - Qədim mənşəli yerli Azərbaycan zeytun sortudur. Azərbaycan ET Çoxillik Bitkilər İnstitutu tərəfındən Abşerondakı (Nardaran və Buzovna qəsəbələri) — köhnə zeytun ağacları içərisindən seçilmişdir. Ağacı iridir. Şarşəkilli, bir qədər dağınıq, srx çətirə malikdir. Budaqları yuxarı qalxmış vəziyyətdədir. Meyvələri tünd zoğalı rənglidir. Budaqda meyvələr tək-tək, nadir halda iki-iki yerləşir. Meyvələr saplağa kifayət qədər möhkəm birləşməmiş- lər. Ona görə də meyvələr yarıyetişmiş halda olduqda tökü- lürlər. Meyvənin qabığı bərkdir.
Böyük Zeyvə
Böyük Zeyvə, Arataşen (erm. Առատաշեն) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. == tarixi == Böyük Zeyvə rayon mərkəzindən 5,5 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilkin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra kəndə 1828-29-cu illərdə İranın Salmas və Xoy vilayətlərindən və 1915-16-cı illərdə Türkiyənin Alaşkerd vilayətindən köçürülən ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə sıxışdırılıb tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «böyük» sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün birləşməsindən əmələ gəlmişdir.
Bəhruz Zeynalov (hərbçi)
Bəhruz Novruz oğlu Zeynalov (d. 9 may 1989, Ağdam rayonu – ö. 11 fevral 2013, Qaradağ yaxınlığı, Bakı) — leytenant, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti. == Həyatı == Bəhruz Zeynalov 9 may 1989-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Bəhruz 2013-cü ildə fevral ayının 11-də adı çəkilən qüvvələrə məxsus Mil Mi-17 helikopterinin Qaradağ rayonu ərazisində Xəzər dənizinə düşməsi nəticəsində faciəli şəkildə həyatını itirmişdir. Məlum olduğu kimi Bəhruzun uşaqlıq dövrü muharibə illərinə təsadüf edib. Onuda qeyd edimki Zeynalovlar ailəsi əslən Ağdam rayonundandılar. Evin başcısı Novruz Zeynalov hərbi hissədə həkim olub. Muharibə zamanı ağır yaralanıb. Həyat yoldaşı, qardaşı və nəhayət, oğlu hərbçi olan Tamam ana elə hey oğlundan danışıb, dururdu.
Bəhruz Zeynalov (klarnet ifaçısı)
Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnet və balaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin] == Haqqında == Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır. Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur. == Mükafatları == Azərbaycan SSR Əməkdar Artisti (1982) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səyavuş Əlizadə. Şağan və şağanlılar (Qrifli). Bakı: Nurlan. 2008. səh.

Digər lüğətlərdə