Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zubarə
Zubarə – Qətərin paytaxtı Dohadan təqribən 105 km məsafədə, "Aşşimal" bələdiyyəsində yerləşən Qətər yarımadasının şimal qərb sahilində yerləşən dağılmış qədim qala-şəhər. "Əl-Zubarə və "Əz-zubarə" kimi də tanınır. Qala XVIII əsrin ilk yarısında əsas qəbilələrdən olan "Bəni Utbə"nin nümayəndəsi Al ibn Əli tərəfindən tikilmişdir. 2013-cü ildə UNESCO-nun Ümümdünya Mədəni İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülüb. Bu qala qədim dövrlərdə Hörmüz boğazı ilə Fars körfəzinin qərb tərəfi arasında yerləşmiş qlobal ticarət və mirvari yığımı üçün uğurlu mərkəzə çevrilmişdi. Eləcə də bölgədə 18–19-cu əsr qəsəbələrinin ən geniş və ən yaxşı saxlanılan nümunələrindən biri hesab edilir. Qalanın daxili və xarici Fars körfəzində yerləşən digər yaşayış məntəqələrindən fərqli olaraq, şəhər həyatı, quruluşu və Fars körfəzinin sosial və iqtisadi tarixi aspektlərinin 20-ci əsrdə neftin kəşf edilməsindən əvvəlki dövrə məxsus üslublarına xüsusi diqqət yetirilməklə qorunub saxlanmışdır. 400 hektar (xarici şəhər divarının içərisində 60 hektar) ərazini əhatə edən Zubarə Qətərin ən əhəmiyyətli arxeoloji bölgəsidir. Qala daxilində şəhər, xarici, eləcə də sonradan tikilmiş daxili divarlar, liman, dəniz kanalları, ekspozisiya divarları, "Murair Qalası" və daha yaxın tarixdə tikilmiş "Zubara Qalası" yerləşir.
Zərənə
Zərənə — İranın İlam ostanının Eyvan şəhristanının Zərənə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,909 nəfər və 605 ailədən ibarət idi.
Zəvarə
Zəvarə — İranın İsfahan ostanının Ərdistan şəhristanının Zəvarə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,806 nəfər və 2,197 ailədən ibarət idi.
Çəqanə
Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir. Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.
Zəmanət
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Zərnə
Zərnə — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Zərnə kəndi Qax rayonunun mərkəzindən 18 km məsafədə (köhnə Zaqatala yolu üzərində) yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Kəndin adının yaranması tarixçəsində belə qeyd olunur ki, vaxtilə bu kənddə çəltik, düyü əkərlərmiş. Bu düyü növü zər kimi parıldayarmış, bərq vurarmış. Zərnə oyk., sadə. Qax r-nunun Ləkit i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XVIII əsrin 20-ci illərində Dağıstanın Saxur kəndindən və Şəkidən köçüb gəlmiş ailələr Zəmə adlı çəltik əkini sahəsində salmışlar. Bəzi tədqiqatçılara görə, oykonim ərəb dilindəki zər (əkin) sözündən və -nə sözdüzəldici şəkilçisindən ibarət olub, “əkin yeri” mənasındadır. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Zərnə kəndində milli tərkibi ləzgilərdən və muğallardan ibarət 94 ailə yaşayırdı.
Hoşyar Zəbari
Hoşyar Mahmud Məhəmməd Zəbari (kürd. Hişyar Zêbarî; 2 dekabr 1953, Akra[d]) — İraq kürd siyasətçisi. O, İraqın xarici işlər naziri, maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışmışdır. == Həyatı == Hoşyar Mahmud Məhəmməd Zəbari 2 dekabr 1953-cü ildə İraqın Akra şəhərində, kürd əsilli ailədə anadan olmuşdur. O, İordaniyada siyasət üzrə bakalavr dərəcəsini bitirdikdən sonra Birləşmiş Krallığın Esseks Universitetində sosiologiya üzrə magistr dərəcəsi almışdır. Zəbari 1990-cı illərdə Kürdüstan Demokrat Partiyasının xarici əlaqələr üzrə sözçüsü olmuş, partiyanı təmsil etmək məqsədilə Birləşmiş Krallıq və ABŞ-da olmuşdur. Zəbari 2003-cü ildə İraq Hökumət Şurası tərəfindən İraqın Xarici İşlər naziri təyin edilmişdir. O, 2014–2016-cı illərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində də çalışmışdır. == Şəxsi həyatı == Zebari İraq kürdü və sünni müsəlmandır. Onun atası Zəbari tayfasının başçısı Mahmud Ağa Zəbari idi və 1981-ci ildə İraq kəşfiyyatı tərəfindən qətlə yetirilmişdir.
Mustafa Zəmani
Mustafa Zamani (fars. مصطفی زمانی‎; 20 iyun 1982, Əmləş, Gilan ostanı) — İran aktyorudur. İlk dəfə filmlərdə tələbəlik illərində — 2005-ci ildə çəkilmişdir. Mustafa Zamani 21 iyun 1982-ci il tarixində İranın Mazandaran vilayətində dünyaya göz açmışdır. Mustafa adı ona anası tərəfindən verilmişdir. O, öz soyadı (Zamani) ilə fəxr edir. Gənc yaşlarından hər kəs onun gözlərinin gözəlliyindən bəhs edərdi. Mustafa Zamani sənaye idarəçiliyi üzrə təhsil almışdır, mühasib vəzifəsində çalışmışdır. Hobbisi atçılıqla məşğul olmaqdır. Kamera qarşısına ilk dəfə 2005-ci ildə, tələbə ikən çıxmışdır.
Məranə (Sərdəşt)
Məranə (fars. مرانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (14 ailə).
Səbinə Kərimova
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan. Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var. Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu. Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.
Təranə Quliyeva
Təranə Arif qızı Quliyeva (25 iyun 1974, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini Təranə Quliyeva 25 iyun 1974-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, Naxçıvanın tanınmış ziyalılarından, görkəmli musiqiçi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır. Təranə Quliyeva 1984-cü ildə Naxçıvan şəhər 3 nömrəli rus dili təmayüllü orta məktəbi bitirib. O, 1982–1988-ci illərdə Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində təhsil alıb. 1989-cu ildə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumuna (İndiki Musiqi Kolleci) qəbul olunub, 1993-cü ildə həmin texnikumu "Fortepiano" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1993–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Həmin akademiyada "Musiqişünaslıq" ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Təranə Quliyeva əmək fəaliyyətinə 1991-ci ildə müəllim kimi başlayıb. Əvvəlcə Naxçıvan şəhər uşaq incəsənət və musiqi məktəbində, 1993-cü ildən isə Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərib.
Übeyd Zəkani
Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 1301 – 1371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir. Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi. Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi. Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir. İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.
Təranə Bayramova
Təranə Eyvaz qızı Bayramova (15 fevral 1972, Bakı) — Azərbaycan alimi, həkim-cərrah, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru (2015), Mərkəzi Gömrük Hospitalı Mama-ginekologiya şöbəsinin rəisi (2012), Gömrük Tibb Xidməti Polkovnik-leytenantı (2023). Təranə Bayramova 15 fevral 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Nəriman Nərimanov rayonunda yerləşən 82 saylı orta pilot məktəbinin birinci sinfinə getmişdir, 1987–1988-ci illərdə fizika, kimya fənləri üzrə keçirilən şəhər olimpiadasında I yeri tutmuşdur. 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1995-ci ildə fakültəni əla qiymətlərlə müalicə işi ixtisası üzrə bitirmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin göndərişi ilə, azad təyinatla mamalıq-ginekologiya ixtisası üzrə Türkiyə Respublikasına ezam olunmuşdur. 1995–2000-ci illərdə Ankara Başkent Universiteti və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasında mamalıq-ginekologiya ixtisasına (mütəxəssislik) yiyələnmişdir. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəhər Onkoloji dispanserində onkoloji ginekologiya şöbəsində internatura keçərək, onkoginekoloq ixtisası almışdır.
Rəvanə Qurbanova
Təranə Həşimova
Təranə Həşimova (tam adıː Həşimova Təranə Əzim qızı; 26 oktyabr 1977, Bakı) — Fəlsəfə doktoru, dosent, şairə. Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Səbinə Abbasova
Səbinə Abdullayeva
Səbinə Xanlar qızı Abdullayeva - Azərbaycanı 57 kq çəki dərəcəsində təmsil edən, B2 kateqoriyalı paralimpiyaçı cüdoçu. Beynəlxalq Görmə əlilləri İdman Federasiyası (ing. IBSA - International Blind Sports Federation) tərəfindən 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan cüdo üzrə Dünya Çempionatında 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. BGİF tərəfindən təşkil olunan 2013-cü ildə Macarıstanın Eger şəhərində və 2015-ci ildə Portuqaliyanın Odivelaş şəhərində keçirilən Cüdo uzrə Avropa Çempionatlarının ikisində də 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. Bundan əlavə 2015-ci ildə paytaxtımızda təşkil olunan İlk Avropa Oyunlarında da 57 kq çəkidə gümüş mükafatçı olmuşdur. İlk Avropa Oyunlarındakı böyük nailiyyəti və Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci ildə imzaladığı sərəncamına əsasən "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı cüdonun 57 kq çəki dərəcəsində təmsil edib 7-ci yeri tutmuşdur.
Səbinə Alməmmədova
Səbinə Məmməd qızı Alməmmədova (18 mart 1972, Bakı) — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent. Səbinə Alməmmədova 18 mart 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-1994-cü illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. 1994-2004-cü illərdə AMEA RH “Analitik informasiya” şöbəsində aparıcı mütəxəssis həmçinin “Azərbaycan və Azərbaycanlılar” jurnalının məsul katibi və tərcüməcisi vəzifəsində çalışmışdır. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2008-ci ildən etibarən Azərbaycan Texniki Universitetində “Xarici dillər” kafedrasında ingilis dilini tədris edir. 2008-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda “Bəxtiyar Vahabzadə poeziyasının dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillər kafedrası üzrə ixtisası üzrə dosent elmi adı verilmişdir. 2016-2018-ci illərdə "Azərbaycan dilinin lüğət tərkibində alınmalar" adlı layihənin aparıcı koordinatoru olub. 2018-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda filologiya elmləri doktoru dərəcəsi almaq üçün “Müasir Azərbaycan ədəbi dilində alınma terminlərin unifikasiya və standartlaşdırma formaları” mövzusunda dissertasiya müdafiə etmişdir.
Səbinə Ağayeva
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Səbinə Babayeva
Səbinə Eldar qızı Babayeva (2 dekabr 1979, Bakı) — Azərbaycan pop müğənnisi, Azərbaycanın əməkdar artisti (2018). Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub. Səbinə Babayeva 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinfinə daxil olub. Burada o, Azərbaycanın xalq artisti Natəvan Şeyxovadan dərs alıb. Kolleci bitirdikdən sonra Səbinə xanım Azərbaycanı musiqi müsabiqələrində təmsil edib. 2003-cü ildə Səbinə Babayeva "Bəyaz həyat" serialında "Röya kimi" mahnısını ifa edıb və geniş tamaşaçı kütləsinə tanınıb. Sonrakı illərdə o, caz janrında mahnılar ifa edib və Bakı Caz Mərkəzində çalışmağa başlayib. 2013-cü il 28 mart tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Emin Ağalarova məxsus olan "Oceans away" mahnısının təqdimat mərasimi keçirilib. 2014-cü ildə 17 yanvar tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Günay Malikqızına məxsus olan "Ey Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirilib.
Şəhanə Hacıyeva
Şəhanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Şəhanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəhanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. Şəhanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şəhanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı. Şəhanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şəhanə Hacıyeva bürünc medalın sahibi oldu.
Kəlanə (çörək)
Kəlanə (kürd. کەلانە) — Kürdüstana xas olan çörək növü və ya bütöv qida. Yazda çörəyin içinə buğda unu və doqquzdon, digər fəsillərdə isə soğan doldurulur. Ənənəvi olaraq bu yastı çörək soğanı və ya yabanı sarımsaq ilə doldurulur və onları ev sobasında qızardılmış tavaya sığdırmaq üçün daha kiçik ölçülü edir.
Təranə Əlidostu
Təranə Əlidostu (fars. ترانه علیدوستی‎; 12 yanvar 1984, Tehran) — İran aktrisası. == Həyatı == Təranə Əlidostu İran futbol yığmasının oyunçusu Həmid Əlidostunun ailəsində anadan olmuşdur. Anası isə heykəltəraşlıqla məşğul olub. Təranənin kinematoqrafda debütü 17 yaşına təsadüf edir. O zaman Rəsul Sədr Əməlinin "Mən Təranəyəm, 15 yaşım var" filmində baş rolu ifa etmişdi. Bu roluna görə o, Lokarno Film Festivalında ən yaxşı aktrisa kimi "Gümüş bəbir" və Fəcr Beynəlxalq Film Festivalında "Büllur simurq" mükafatlarına layiq görülmüşdür. İkinci mükafata layiq görülən ən gənc ifaçı kimi tarixə düşüb. Təranə Əlidostu tanınmış İran kinorejissoru Əsgər Fərhadi ilə sıx əməkdaşlıq edir. Aktrisa onun "Gözəl şəhər", "Atəşfəşanlıq çərşənbəsi", "Elli haqqında" və "Satıcı" filmlərində çəkilmişdir.
Şəhanə Hümbətova
Şəhanə Hümbətova — (9 may 2005, Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Baku Juniyors" klubunun hazırki, həmçinin Azərbaycanın qadınlardan ibarət U17 millisinin keçmiş yarımmüdafiəçisi. == Həyatı və Karyerası == 2021-ci ildən "8-li İOEUGİM" ilə peşəkar karyerasına başladı. 2022-ci ildə klubun dağılması nəticəsində, Şəhanə Hümbətova "Xırdalan City" klubuna keçid etdi. Bu klubla birlikdğ 2022/2023 sezonunda bürünc medal əldə etdi. 2023/2024 sezonu "Xırxalan" klubunun fəaliyyətini dayandırması ilə "Baku Juniyors" klubuna keçdi. Bu sezon da, bürünc medal əldə etdi. Hazırda karyersını elə "Baku Juniyors" klubunda davam etdirir. == Milli Karyerası == 2021-ci ildən Azərbaycanın U17 milli yığmasının üzvüdür.
Səbinə Salmanova
Səbinə Qədir qızı Salmanova (1976, Sumqayıt) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı. == Həyatı == Səbinə Qədir qızı Salmanova 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbi başa vurduqdan sonra Bakı Dövlət Universitetində təhsil almış, buranı fərqlənmə diplomu ilə bitirmişdir. Səbinə Salmanova 2000-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində çalışmış, burada idarə rəisi, baş ədliyyə müşaviri kimi fəaliyyət göstərmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Hesablayıcı komissiyasının, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.
Berane
Berane (mont. Беране/Berane) — Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Iebine
Liparis (lat. Liparis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Zegani
Yeganə
Yeganə — qadınlara verilmiş bir soyad.
Zeqani
Zeqan -(gürc. ზეგანი) keçmiş Xabiuk, 3 sentyabr 1948-ci ildə adı dəyişdirilib ) — Abxaziya Muxtar Respublikasında, Suxumi Bələdiyyəsinin ( Əmək İcması ), Abxaziyanın ətəklərində kənd . Dəniz səviyyəsindən 280 m yüksəklikdə , Suxumidən 12 km. 2008 -ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 329.
Məhəmməd Yeganə
Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə (5 may 1923 - 18 dekabr 1995) — İran iqtisadçısı və siyasətçisi. Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə 5 may 1923-cü ildə Zəncan şəhərində dünyaya gəlmişdi. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. 1942-1946-cı illərdə Tehran Universitetində oxumuşdu. İqtisad bakalavrı diplomu almışdı.Sonra ABŞa yollanmış, 1947-1951-ci illərdə Kolumbiya Universitetində magistr ixtisasını almışdı. 1951-ci ildən 1962-ci ilədək neft sahəsində çalışmışdı. 1964-cü ildən 1969-cu ilədək İran İqtisadiyyat nazirliyində işləmişdi.1969-cu ildən 1970-ci ilədək İran Məskən və Sənaye nazirliyində Şöbə müdiri vəzifəsində çalışmışdı. 1970-ci ildən 1971-ci ilədək İran Şahənşah bankının sədri olmuşdu.Eyni zamanda baş nazirin iqtisadiyyat üzrə müşaviri vəzifəsini icra etmişdi. 1971-ci ildən 1972-ci ilədək İran Dünya Bankına başçılıq etmişdi. 1972-ci ildən 1973-ci ilədək IMF-nin direktoru olmuşdu.1973-ci ildən 1976-cı ilədək İranın Mərkəzi Bankına rəhbərlik etmişdi.
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Möhsün Yeganə
Möhsün Yeganə (fars. محسن یگانه‎; 13 may 1985, Günbədkavus, Mazandaran ostanı) — iranlı müğənni və musiqiçi. O, bir çox konsertlərdə, o cümlədən Fəcr Beynəlxalq Musiqi Festivalında çıxış edib. Möhsün Yeganə 23 may 1364-cü ildə Günbədkavus şəhərində anadan olub. O , Tehran İslami Azad Universitetinin Cənubi Tehran bölməsində sənaye istehsalı ixtisası üzrə sənaye mühəndisliyi tələbəsi idi, lakin altı semestri başa vurduqdan sonra musiqi karyerası üçün təhsilini davam etdirməkdən imtina etdi. O, ailənin üçüncü və ya sonuncu övladıdır və iki böyük bacısı həkim və stomatoloqdur. İran-İraq müharibəsində həlak olan Məhəmməd Rzanın oğludur, anası isə universitet professorudur. Möhsün Yeganə musiqi karyerasına gitara ilə başlayıb.
Yeganə (ad)
Yeganə — qadınlara verilmiş bir ad.
Iebine nervosa
Liparis nervosa (lat. Liparis nervosa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Liparis nervosa subsp. granitica Carnevali & I.Ramírez Liparis nervosa var. khasiana (Hook.f.) P.K.Sarkar Liparis nervosa subsp.