ZİLLƏTLİ
ZİMİSTAN
OBASTAN VİKİ
Nina Zilli
Zilli Namazov
Zilli Namazov (1951 – 27 dekabr 2021) — Azərbaycan kino aktyoru, ikinci rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2019). 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışır…Azərbaycanfilmin istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb. Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib. Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə fəaliyyət göstərir. Gənc aktyorların formalaşmasında yaxından iştirak edir. Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində rejissor kimi işləyib. Hal-hazırda kino fəaliyyəti ilə yanaşı, televiziya sahəsində də, çalışır. Ailəlidir:oğlu İlkin Namazov da aktyor kimi çalışır. Zilli Namazov 27 dekabr 2021-ci ildə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Rzaqulu mirzə Zilli
Rzaqulu mirzə Əhməd mirzə oğlu Zilli (d. 1906 — ö. 1945) — Qacar şahzadəsi, müğənni. Əhməd mirzənin dördüncü oğlu Rzaqulu mirzə 1906-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Musiqişünas idi. İranda böyük xanəndə kimi tanınmışdı. Əbülhəsən xan İqbali Azərin və Arif Qəzvininin şagirdi olmuşdu. Rzaqulu mirzə 1945-ci ildə vərəm xəstəliyindən vəfat edib. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Zillisultan
Sultan Məsud mirzə Qovanlı-Qacar (1847-1918)-şahzadə, əyalət valisi Sultan Məsud mirzə Nasirəddin şah oğlu 1847-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Anası İffətüssəltənə Mirzə Qulu bəy qızıdır. İffətüssəltənə Qacar elindən olmadığına görə Sultan Məsud mirzə vəliəhd təyin edilməmişdi. O, mükəmməl saray təlim-tərbiyəsi, təhsili almışdı. Yəminüddövlə və Zilliüssultan ləqəblərini daşıyırdı. Daha çox ikinci ləqəbi ilə tanınırdı. Nasirəddin şah böyük oğlunun xətrini çox istəyirdi. Ona şahlığında heç nəyi əsirgəməmişdi. Sultan Məsud mirzə çox ərköyün böyüdüyündən qaba xasiyyət olmuşdu. Var-dövlətə, hakimiyyətə çox hərisliyi vardı.

Digər lüğətlərdə